Xocalı soyqrımından 25 il keçir
Ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımının 25 ili tamam olur.
BiG.AZ-ın məlumatına görə, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə - azərbaycanlılara qarşı soyqırımı törədib.
Erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə 1992-ci il fevralın 25-də Xocalı şəhərinə hücuma keçib. Mühasirəyə alınan şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Lakin pusquda dayanan ermənilər dinc sakinləri gülləbaran ediblər. Əsrin faciəsi olan Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Rəsmi hesablamalara görə, qanunsuz erməni silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar dövlət əmlakının və xüsusi mülkiyyətdə olan əmlakın məhv edilməsi, talan edilməsi ilə bağlı Azərbaycan dövlətinə və vətəndaşlarına 140 milyon manatdan (təxminən 170 milyon ABŞ dolları) artıq ziyan vurulub.
Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkələrində hüznlə qeyd olunur. Azərbaycan səfirlikləri və diaspor təşkilatları hər il fevralın 26-da fəaliyyət göstərdikləri ölkələrdə anım mərasimləri təşkil edir, konfranslar keçirirlər. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir.
2008-cu ilin mayından isə İslam Konfransı Təşkilatı Gənclər Forumunun (İKGF) Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya Ədalət" kampaniyası keçirilir. Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması, faciəyə beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsi və beynəlxalq səviyyədə anılmasını təmin etməkdir. Kampaniyanın beynəlxalq əlaqələndirilməsi www.justiceforkhojaly.org saytı vasitəsilə aparılır.(apa)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1451 Tarix: 26 fevral 2017
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Üç il əvvəl həyatımın ən gözəl möcüzəsi doğuldu" - Sevda
Müğənni Sevda Yahyayeva böyük qızı Ayla ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, ifaçı övladının 3 yaşı tamam olduğunu yazıb. "Üç il əvvəl həyatımın ən gözəl möcüzəsi doğuldu. Aylam. Səsinlə ruhumu sakitləşdirən, gülüşünlə dünyamı gözəlləşdirən qızım. Ad günün mübarək, ananın ürəyi"
11:44 277 Bu universitet tələbələrə fərqli təqaüdlər təsis edib: 150, 250 manat
"Yüksək balla universitetimizə qəbul olan tələbələrə təqaüdlərin verilməsi xüsusi əhəmiyyət kəsb edir". Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən dinləmədə çıxışı zamanı Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov deyib. Z.Qurbanov qeyd edi
16:09 144 Özünə Londonda 8 milyon manatlıq villa ALDI
Türkiyəli aktrisa Hande Erçel daşınmaz əmlak investisiyalarını genişləndirməyə davam edir. Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa Londonda yeni mənzil alıb. Bildirilir ki, Erçel bu ev üçün 200 milyon lirə, yəni təxminən 8 milyon manat ödəyib. Xatırladaq ki, Hande Erçel bir müddət əvvə
18.12.2025 454 Brüsseldə polislə fermerlər arasında toqquşma baş verib: Avropa Parlamentinin qarşısındakı ərazi döyüş meydanına çevrilib
Belçikanın paytaxtı və Avropa Birliyinin mərkəzi sayılan Brüsseldə fermerlər Liderlər Zirvəsi zamanı Avropa Parlamenti ətrafında etiraz aksiyası keçiriblər. Polislə fermerlər arasında toqquşma parlamentin ətrafını döyüş meydanına çevirib. BİG.AZ The Guardian-a istinadən xəbər verir ki, Belçikanın paytaxt
16:15 134 Bəzi şəxslər 100 manatlıq bu rüsumu ödəməyəcək
Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmaların əhatə dairəsi genişləndirilir. BİG.AZ xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla
13:46 160 Son 7 ildə KOB-ların sayı artsa da hələ tam yetərli deyil
"KOB (kiçik və orta biznes) subyektlərinin sayının artması yeni iş yerlərinin yaranması və rəqabətin genişlənməsi deməkdir". Bunu BİG.Az-a açıqlamasında iqtisadşı Xalid Kərimov bildirib. O, qeyd edib ki, dövlət kiçik və orta biznes sahəsində fəaliyyət göstərən subyektlərə dəstək verməyə çalışır
14:28 127 Narınginin qiymətindən narazı olan aktyora məsləhət: "Neftçilər metrosuna get"
Aktyor Sərxan Kərəmoğlu narınginin bahalığından gileylənib: "Narıngi Lənkəranda 30-40 qəpikdir, şəhərdə 3 manat. Kəndli öz meyvəsini gətirib şəhərdə sata bilmir. Ancaq bir yarmarkada qiymətlər bir az aşağıdır. Bakı boyda şəhərin camaatı yalnız yarmarkadan alış-veriş etməlidir? Mən ayda 3-5 min qazana
16:21 198 Fatih Ürek komaya düşdü
Türkiyəli müğənni Fatih Ürek komaya düşüb. Axşam.az xəbər verir ki, Türkiyə mətbuatında yer alan məlumata görə, təxminən iki aydır reanimasiyada yaşamaq uğrunda mübarizə aparan ifaçı heç nəyə reaksiya vermir. Həmçinin uzun müddətdir uzanmış vəziyyətdə qalan Fatih Ürekin bədənində yaralar əmələ gəlib
11:05 294 Paşinyan Rusiyadan Azərbaycan və Türkiyəyə gedən dəmir yollarının bərpasını xahiş etdi
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyadan Azərbaycan və Türkiyəyə çıxışı təmin edən dəmir yolu xətlərinin bərpasını öz üzərinə götürməsini xahiş edib. xarici mediaya istinadən xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Jurnalistlərlə söhbətində Paşinyan bildirib ki, rusiyalı həmkarlarında
11:24 181