"Aprel döyüşləri bariz nümunədir ki, erməniləri..."

"Aprel döyüşləri bariz nümunədir ki, erməniləri..."Ermənilər ona görə cəbhədə təxribatlar törədirlər ki, indiyədək bır sıra aparıcı ölkələr onların nazı ilə oynayıblar.

BiG.AZ xəbər verir ki, bu barədə milli.az-a Ermənistan silahlı qüvvələrinin son zamanlar işğal etdikləri Dağlıq Qarabağda Azərbaycan qoşunları ilə təmas xəttində, cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi pozaraq təxribatlar törətməsinin səbəblərini şərh edən tanınmış politoloq Fikrət Sadıqov bildirib.

Politoloq qeyd edib ki, hegemon dövlətlər və ATƏT-in Minsk qrupu həmsədrləri ikili standartlardan çıxış edir və işğalçı Ermənistana təzyiq göstərmirlər: "Bizə deyirlər ki, müəyyən kompromisə gəlin, onlarla masa arxasına əyləşin, danışıqları davam edin. Onlar işğalçılara təzyiq etmək, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələrin yerinə yetirilməsini, Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını tələb etmək əvəzinə hansısa kompromislərə çağırışlarla çıxış edirlər. İndi bunun nəticəsidir ki, işğalçılar ürəklənib cəbhədə təxribatlar törədir, gərginlik yaradırlar. Əlbəttə ki, Azərbaycan da buna adekvat və simmetrik cavab verməyə hazırdır. Belə layiqli cavablar verilir. Aprel hadisələri isə buna bariz sübutdur".

F.Sadıxovun fikrincə, cəbhədə vəziyyətin ara-sıra gərginləşməsinin başqa səbəbi də var: "Sarkisyan rejimi hakimiyyətdə olduğu dövrdə bu cür təxribatlara daim mütəmadi olaraq əl atacaq. Çünki o, hələ bir neçə il əvvəl "Dağlıq Qarabağ dalğası" ilə hakimiyyətə gəlib. Sarkisyan bu dalğanı saxlayaraq və onun içində qalaraq, eyni zamanda təxribatlarla məşğul olaraq bir sıra dairələrə, eyni zamanda parlament seçkiləri öncəsi erməni ictimaiyyətinə, seçicilərin beyninə belə fikir yeritmək istəyir: "Mən sizi qoruyuram. Azərbaycan bizi hədələyir. Azərbaycan bizim üçün böyük bir qorxu, təhlükədir. Biz özümüzü qoruyaraq vaxtaşırı onlara layiqli cavab verməliyik və s". Təbii ki, artıq çox vaxt keçib və erməni cəmiyyətindəki bəzi təbəqələrin nümayəndələri başa düşürlər ki, aparılan bu oyunun əks üzünü onlara aydındır. Təsadüfi deyil ki, Ermənistanda ara-sıra Sarkisyan rejiminə qarşı etiraz dalğaları baş qaldırır, insanlar meydanlara çıxıb kəskin etirazını bildirirlər".

Qeyd edək ki, fevralın 24-dən 25-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstəriblər. Cəbhənin Xocavənd-Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərən düşmənlə qoşunlarımız arasında daha ağır döyüş toqquşması baş verib.

Bu istiqamətdə pusquda duran bölmələrimiz düşmən hücumunun qarşısını cəsarətlə alaraq onu geri çəkilməyə məcbur edib. Döyüş toqquşması nəticəsində itkilərimiz var.

Hazırda irəliləməyə nail olmayan düşmən tərəfi mövqelərimizi ağır artilleriyadan atəşə tutmaqda davam edir.

Əməliyyat şəraitinə uyğun olaraq düşmənin atəş mövqelərinə və cəmləşmə nöqtələrinə qarşı müvafiq cavab tədbirləri həyata keçirilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2355   Tarix: 25 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888