"Müharibəyə hazır olmalıyıq" - Cəbhədə VƏZİYYƏT GƏRGİNDİR

"Müharibəyə hazır olmalıyıq" - Cəbhədə VƏZİYYƏT GƏRGİNDİRSon günlər cəbhə xəttində vəziyyətin gərginləşməsi müşahidə edilir. Ermənistan tərəfinin hərbi texnika və piyada qoşunlarını təmas xəttinə toplaması yaxın günlərdə hərbi toqquşmanın ola biləcəyi ehtimallarını artırır. Müdafiə naziri Zakir Həsənovun cəbhə xəttində görünməsi vəziyyətin daha da gərginləşəcəyinə bir işarədir. Ekspertlər belə hesab edirlər ki, son günlər düşmənlə təmas xəttində baş verən gərginliyin əsas səbəbi Ermənistanın siyasi elitasının xalqın gözündən düşməsidir. Belə ki, cinayətkar hakimiyyət xalqı müharibə xofunda saxlamaq istəyir.

"Onlar hərbçilərini ölümə göndərirlər"

BiG.AZ cebhe.info-a istinadən xəbər verir ki, hərbi ekspert Üzeyir Cəfərli də bu günlərdə cəbhə xəttində baş verən gərginliyi düşmənin siyasi arenada nüfuzunun zəifləməsi ilə əlaqələndirib. O, qeyd edib ki, baş verə biləcək xırda bir təxribat Ermənistan hakimiyyətinə baha başa gələ bilər: "Ermənistanın müdafiə naziri prezident Serj Sarkisyana xüsusi yaxınlığı ilə seçilən bir insandır. Yaxın günlərdə də seçkilər olacaq deyə onlar daxildəki ziddiyyətləri, daxili problemləri gizlətməyə çalışırlar. Öncə Tovuz-Qazax istiqamətində Ermənistan Azərbaycan sərhəddində təxribatlara əl atdılar, son günlərdə isə Talış istiqamətində təxribat-diversiya hərəkətləri həyata keçirdilər. Azərbaycan Müdafiə Nazirliyi də mütəmadi olaraq ön xəttə olan hərbçiləri diqqətdə saxlayır və bu günlərdə nazirin ön xəttə yollanması bunun bariz nümunəsidir. Hətta nazirliyin yaydığı son materialda da açıq-aşkar düşmən tərəfin təxribatları öz əksini tapıb. Silahlı Qüvvələrimiz də onların bu təxribatlarının qarşısını qətiyyətlə alıb. Sadəcə, mənə maraqlıdır ki, onlar nəyə nail olmaq istəyirlər? Azərbaycanın bu qədər hərbi texnikası, gecəgörmə, müşahidə cihazları, pilotsuz uçuş aparatları olduğu halda düşmən niyə bu cür təxribatlara əl atır? Bu isə onun göstəricisidir ki, onlar siyasi arenada olduğu kimi, hərb sahəsində də qeyri-peşəkardılar. Onlar bu təxribatlarla birbaşa olaraq öz hərbçilərini ölümə göndərirlər. Ermənistan hakimiyyəti bu cür öz hərbçilərinin həyatı ilə addımlarla oynayır".

"Əməlliyatlar fevralda da başlana bilər"

Üzeyir Cəfərli deyir ki, bizim bu gərginlikdə itirəcək heç nəyimiz yoxdur, əksinə, erməni tərəfi gərək narahat olsun: "Onlar çalışır ki, seçkiərəfəsi xalqın etimadını qazanmaq üçün, itirdikləri mövqeləri hansısa təxribatla geri qaytarsınlar. Amma onlar təbii ki, buna nail ola bilməyəcəklər, əksinə, hər an baş verə biləcək antiterror əməliyyatları onların siyasi elitasının taleyini alt-üst də edə bilər. Ölkə başçımız bu yaxında Pakistana səfər edəcək, hər gün İsraildən və digər güc dövlətlərindən ən yüksək hərbi təyinatlı texnikalar alınır, ordunun silah, texnika arsenalı zənginləşdirilir. Bəzi politoloqlar, ekspertlər düşünürlər ki, apreldə yenidən ötən ilki hadisələr təkrarlana bilər.

Mən anlamıram, niyə məhz aprel? Bu fevral ayında da baş verə bilər. Bizim ərazi bötüvlüyümüz pozulub, düşmən bizim ərazilərimizi zəbt edib. Bu prosesin bir sonu olmalıdır. Biz ərazi bütövlüyümüzü təmin etməliyik, sonsuzluğa qədər bu proses davam edə bilməz".

"Müharibəyə hazır olmalıyıq"

Hərbi ekspert Ramil Məmmədli də mövcud situasiyada müharibə ehtimalının yüksək olduğunu bildirib: "Azərbaycan tərəfi müharibəyə hazırlaşır, döyüşə hazırlaşır. Hər gün də yeni avadanlıqlar ordunun arsenalına daxil edilir, ordunun psixoloji durumu, əhalinin orduya güvəni də bu gün torpaqlarımızı işğaldan azad etməyə qadir olduğumuzu bir daha sərgiləyir. Son günlər Serj Sarkisyanın rəhbərlik etdiyi separatçı, irticaçı rejim öz siyasi ambisiyalarını cəbhədəki gərginliklə ört-basdır etməyə xidmət edir. Bununla yanaşı Ermənistan hakimiyyəti göstərməyə çalışır ki, biz Azərbaycanla heç vaxt sülh şəraitində yaşaya bilmərik, onlar düşməndir". Ekspert deyir ki, sülh sazişi imzalanarsa, Azərbaycanla birgə yaşayış zamanı iqtisadi əlaqələr müzakirə mövzusu olarsa, o zaman Ermənistan hakimiyyəti xalqın dayağından məhrum olacaq: "Bunu özləri də bilir. Ona görə də onlar bütün imkanları ilə ölkələrində barəmizdə mənfi fikir formalaşdırmağa çalışırlar. 2017-ci ildə Ermənistanla Azərbaycan arasında böyük hərbi əməliyyatların olması ehtimalı yüksəkdir. Və böyük əməliyyatların olması gözlənilir. Amma onu dəqiq deyə bilərəm ki, bu aprel ayında olmayacaq. Hər an başlaya bilər".

Savaşı Rusiya da istəmir

Ekspert supergüclərin münaqişənin alovlanmasının lehinə olmadıqlarına da toxunub: "Mövcud vəziyyəti analiz etsək, görərik ki, ermənilər yeni ərazilər işğal etmək, digər rayonlara iddia etmək niyyətində deyillər. Bu cür əməllərlə hazırkı mövqelərini möhkəmləndirməyə, tanıtdırmağa və qəbul etdirməyə çalışırlar. Onlar bilirlər ki, hər hansı irimiqyaslı əməliyyata başlayacaqları təqdirdə burunları ovulacaq, aprel hadisələri təkrarlanacaq. Ona görə də onlar lokal şəkildə cəbhə xətti istiqamətində diversiya-təxribat hərəkətlərinə yol verirlər. Ruisya da Ermənistan-Azərbaycan münasibətlərinin gərginləşməsini istəmir. Çünki vəziyyətin gərginləşəcəyi təqdirdə Rusiya da çıxılmaz vəziyyətdə qalacaq. Nə birbaşa olaraq Ermənistanın, nə də sıx əməkdaşlıq etdiyi Azərbaycanın tərəfini tuta bilməyəcək. Və aprel hadisələrində düşdüyü duruma düşəcək. Başqa ölkələrdə, həmçinin Ermənistanda Rusiya səfirliyi yumurta atəşinə tutulacaq, səfirliyin qarşısında aksiyalar ediləcək, Rusiya bayraqları yandırılacaq. Ona görə də güc dövlətləri münaqişənin böyüməməsi üçün bütün səylərini səfərbər ediblər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3172   Tarix: 25 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245