İlk dəfə

İlk dəfə* İlk dəmir yolu tunelini ingilislər 1826-1830-cu illərdə Liverpul ilə Mançester arasında salmışlar. Bu tunelin layihəsini Corc Stafenson vermişdir.

* İlk yazı makinasını 1714-cü ildə İngiltərədə mühəndis Henri Mill yaratmışdır.

*Dünyada ilk aptek 8-ci əsrdə Buxara və Bağdadda, 11-ci əsrdə isə Avropada Toledo şəhərində ( İspaniya ) yaradılmışdır.

* İlk futbol komandası bir qapıçıdan, bir müdafiəçidən, bir yarımmüdafiəçidən və səkkiz hücumçudan ibarət olmuşdur.

* Bizim eradan əvvəl 450-460-cı illərdə yaşamış Yunan tarixçisi Herodot özünün " TARİX " əsərində bitum və asfalt haqqında məlumat vermişdir. Slavyan ədəbiyyatında " asfalt " sözünə 16-cı əsrə aid yazıda təsadüf edilir. İlk asfalt yollar Nyu-Yorkda, Bostonda (1872-1875 ) salınmışdır.

* İlk dəfə kağız bizim eranın 105-ci ilində Çində Tsay Lun adlı şəxs tərəfindən yaradılmışdır. Avropaya onu ərəblər gətirmişdir.

* 1045-ci ildə dəmirçi Bi Şen yanmış gildən, sonralar ağacdana. qalay və başqa metallardan hərflər hazırlamışdır.

* İlk qədim kitab Çində 868-ci ildə yaradılmışdır. Onun müəllifi Bah Tsze olmuşdur.

* İlk partlayıcı maddə 13-cü əsrdə Şərq ölkələrində kəşf edilmişdir. Avropada və Rusiyada isə partlayıcı maddə 14-cü əsrə aiddir.

* Üz qırxdırmağın əsasını Yunan sərkərdəsi Makedoniyalı İsgəndər qoymuşdur. Müharibə zamanı əlbəyaxa döyüşündə düşmənin əsgərləri onun əsgərlərinin saqqalından yapışıb yerə yıxdığını görən İsgəndər əsgərlərə saqqallarını qırxdırmağı əmr etmişdir.

* İlk svetofor dəmir yolunda tətbiq edilmişdir. Lakin müəllifi məlum deyil. 1868-ci ildə ingilis mühəndisi Hayt onu Londonda parlament binasının qarşısında meydana qoymuşdur. SSRİ-də svetofordan 1924-cü ildə Moskvada Kuznetski körpüsündə və Petrovkada istifadə olunmuşdur.

* Ədəbiyyatda ilk dəfə " qlobus " sözünə bizim eranın 2-ci əsrində rast gəlirik. Lakin o vaxt qlobusun özü olmamışdır. İlk qlobusu 1492-ci ildə alman geoloqu Bexayon hazırlamışdır. Rusiyada isə ilk qlobus hazırlanmasına 17-ci əsrin sonunda, 18-ci əsrin əvvəlində təsadüf edilir. İlk qlobusun diametri 91,4 sm olub.
Onu Pskov şəhərində Karp Maksimov hazırlamışdır. Maksimov bu qlobusu Birinci Pyotra hədiyyə etmişdir.

* Sovet alimi Tixomirov 1921-ci ildə ilk dəfə olaraq reaktiv artilleriya silahının yaradılmasını təklif etmişdir. Sonralar Petropavlovski, Langemak, Artemyev, Klfymenova və s. artilleriyanın inkişafında böyük xidmətlər göstərmişlər.
İlk dəfə təxəllüslə çıxış edən müəllif eramızdan əvvəl 6-5-ci əsrlərdə yaşamış Yunan komediyaçısı Aristofan olmuşdur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5299   Tarix: 06 dekabr 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Dezinfeksiya xidməti

Dezinfeksiya xidməti göstərən şirkət gəmiricilərə, parazitlərə , virus və infeksiyaların patogenlərinə qarşı uğurla mübarizə aparır. Dezinfeksiya şirkətləri minlərlə obyektin təhlükəsizliyini təmin edir, Bakı və Azərbaycan üzrə yüz minlərlə sakin üçün rahat iş və yaşayış şəraiti yaradır. Dezinfeksiy

13:58 177
.

Günəşdə daha bir güclü partlayış qeydə alınıb

Günəşdə həftə ərzində ikinci yüksək dərəcəli güclü partlayış qeydə alınıb. "Report" xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutunun Heliogeofizika Xidməti məlumat yayıb. "Mayın 5-də Moskva vaxtı ilə saat 09:01-də (Bakı vaxtı ilə 10:01) 3663 (N24W22) Günəş ləkələri qrupund

14:22 141
.

Əmlak bazarında "tilov effekti" - ARAŞDIRMA

Yanvar ayından etibarən daşınmaz əmlak bazarında yeni qaydaların tətbiqinə başlanılıb. Əmlak ekspertləri və alqı-satqı edənlərin sözlərinə görə, 20 min manatdan yuxarı əməliyyatlar üçün notariat kontorları tərəfindən yazılı bəyannamə tələb olunur. Yəni daşınmaz əmlak alan şəxs ödədiyi vəsaitin mənbəyin

04.05.2024 221
.

Hüseynin 153 milyon vergi borcu var

Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənovun 153 milyon rubldan çox vergi borcu var. Axşam.az xəbər verir ki, bu barədə "REN TV" məlumat yayıb. Federal Vergi Xidməti artıq blogerin şirkətinin hesablarını bloklayıb. Sözügedən şirkət restoran və yeməklərin çatdırılması xidməti il

14:40 232
.

Polşalı morja yaxınlaşdı, 1100 dollarından oldu

Polşadan olan turist Norveçin Şpitsbergen arxipelaqında morja çox yaxınlaşdığı üçün cərimələnib. O, buz örtüyünün üzərinə düşərək heyvana yaxınlaşıb. Turist yerli hakimiyyət orqanları tərəfindən "buz örtüyü üzərində uzanmış morjun narahatlığına səbəb olmaqda" ittiham edilib. Arxipelaqda qüvvəd

28.04.2024 450
.

Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ

Maqnit qasırğaları zamanı ən çox görünən narahatlıq baş ağrılarıdır. Çünki maqnit partlayışları və elektrik impulsları səbəbindən beyin neyronlarının həyəcanlılığı artır. Bu barədə rusiyalı həkim Natalya Balan məlumat verib. "Ağrı şiddətli miqren, başgicəllənmə, zəiflik və qulaqda küy yaradır. Geomaqni

20:10 0
.

Yeni tədqiqat qaranlıq maddə haqqında anlayışımızı dəyişə bilər

İrvindəki Kaliforniya Universitetinin alimləri qaranlıq maddənin varlığına dolayı ilə də olsa yeni sübutlar təqdim ediblər. Tədqiqat iki növ maddənin kompüter simulyasiyalarını əhatə edib: sadə və qaranlıq. Bu, ulduzların və kosmik qazın hərəkət sxemləri kimi həqiqi qalaktikaların tədqiqi zamanı müşahid

19:10 0
.

Məşhur rejissor Baydenin seçki kampaniyasına qatılıb

Rejissor Stiven Spilberq ABŞ-nin hazırkı Prezidenti Co Baydenin seçki qərargahı ilə avqustda keçirilməsi planlaşdırılan Demokratik Milli Konvensiyanın strategiyasını hazırlamaq üçün əməkdaşlıq edir. Uzun müddət Bayden tərəfdarı olan Spilberq artıq konvensiyanın təşkilatçıları ilə görüşlərdə fəal iştira

28.04.2024 349
.

Kələmi bişirəndə yumurta və şəkər əlavə edin – Təəccüblənəcəksiniz

Hər bir evdar qadınlar kələmi öz şəxsi üsulları ilə bişirir və ona müxtəlif məhsullar əlavə edirlər. xəbər verir ki, çoxları xardal, tomat pastası və ya xamaya üstünlük verir. Ancaq bu komponentlər hamıya məlumdur. Çünki onlar tez-tez istifadə olunur. Bununla belə, daha maraqlı variantlar var. Yumurta

28.04.2024 469