Azərbaycanlı qadının intim yerindən çıxanlar görənləri şok etdi

Azərbaycanlı qadının intim yerindən çıxanlar görənləri şok etdiHava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda zərgərlik məmulatının gizli yolla ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən BiG.AZ-a verilən məlumata görə, idarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İstanbul-Bakı aviareysilə gələn xanım sərnişin, Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Yoxlamadan öncə vətəndaşdan üzərində gömrüyə bəyan edilməli hər hansı əşyanın olub-olmadığı soruşulub və o, belə bir əşyanın olmadığını bildirib. Lakin gömrük əməkdaşının onu bədən üzvlərinin yoxlanılması üçün tibb işçisi dəvət olunacağı barədə xəbərdar etməsindən sonra həmin şəxs buna ehtiyac olmadığını və daxili orqanında gizlətdiyi əşyaları könüllü təqdim edəcəyini bildirib.

Bundan sonra, yoxlama otağına dəvət olunmuş hal şahidlərinin iştirakı ilə vətəndaş daxili orqanında gizlətdiyi sellofan bükümün içərisindəki qızıl-zinət əşyalarını, bəzilərinin üzəri qaşlarla bəzədilmiş - 10 ədəd üzük, 51 ədəd sırğa cütü, 4 ədəd qolbaq, 3 ədəd qolçaq, 3 ədəd sırğa-üzük dəsti, 2 ədəd kulon, 42 ədəd boyunbağı və 16 ədəd kulonlu boyunbağını çıxararaq gömrük nəzarətinə təqdim edib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən predmetlər ümumi çəkisi 265,34 qram olan 583/585 əyarlı qızıldan hazırlanmış zərgərlik məmulatıdır.

Faktla bağlı araşdırma aparılır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 7209   Tarix: 15 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kür çayında suyun səviyyəsi azalıb

Böyük Qafqazın ərazisindən axan Qudyalçay-Qımıl məntəqəsində suyun səviyyəsi 5 santimetr artıb, Qarasuçay-Zərdabda 20, Qaraçay-Rük, Əyriçay-Ağyazıdə 3 santimetr azalıb, Katexçay-Qəbizdərə məntəqəsində isə dəyişməyib. Bu barədə BİG.AZ-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiy

28.04.2024 194
.

BMT: "Altı ayda Qəzzada 13 min uşaq ölüb"

BMT-nin Fələstinli Qaçqınlara Yardım üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini bildirib ki, son altı ayda Qəzza zolağında öldürülən uşaqların sayı 13 minə çatıb. O qeyd edib ki, müharibə şəraitində dəqiq məlumat əldə etmək çox çətindir. "Ancaq məncə, dərc olunan rəqəmlər dəhşətlidir

28.04.2024 145
.

Tbilisidə ev almaq istəyənlərin diqqətinə: Qiymətlər bahalaşdı

Gürcüstanın paytaxtı Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti 13 % artıb. Bu barədə Gürcüstan Statisika Komitəsi məlumat yayıb. Yeni tikililərdə mənzillərin qiymətləri 12,9 %, yeni fərdi yaşayış evlərinin qiyməti isə 13,3 % artıb. Ən bahalı mənzillər Mtatsminda (kvadratmetr üçün 200 dollarda

28.04.2024 213
.

Xəzər rayonunda 45 yaşlı kişi öldürülüb, saxlanılan var

Aprelin 28-də saat 20 radələrində Xəzər rayonu Buzovna qəsəbəsində 1979-cü il təvəllüdlü Əhmədov Sadiq Hüseyn oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Bu barədə "Report"a DİN-in mətbuat xidmətindən bildirilib. Cinayət əməlini törətməkdə 1954-cü il təvəllüdl

28.04.2024 171
.

Zəngəzurda iranlı turistlərin ölümünə və xəsarət almasına səbəb olan erməni sürücü saxlanılıb

Zəngəzurda iranlı turistləri daşıyarkən qəzaya urğayan avtobusun sürücüsü saxlanılıb. Bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat katibi Qoar Abramyan sosial şəbəkə hesabında bildirib. O, qeyd edib ki, qərar cinayət işi çərçivəsində qəbul edilib. Xatırladaq ki, hadisə dünən Ermənistanın Qərb

28.04.2024 174
.

Britaniya özünün hipersəs raketlərini hazırlamağı planlaşdırır

Böyük Britaniya 2030-cu ilə qədər hipersəs qanadlı raketləri hazırlamağı və ordunun istifadəsinə verməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Daily Telegraph" qəzeti məlumat yayıb. Qeyd olunub ki, Britaniya ordusu raketlərin sürətlə hərəkət edə bilməsini, yeni silahları

28.04.2024 147
.

Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLDİ

Yevlaxda sürücülük hüququ olmayan və avtoxuliqanlıq edən şəxs həbs edilib. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən bildirilib. Vurğulanıb ki, Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində yol-hərəkəti qaydalarını pozaraq avtoxuliqanlıq hərəkətlər

28.04.2024 172
.

Bakıda restoranda yanğın olub: Üç nəfər tüstüdən zəhərlənib

Bakı şəhərinin Yasamal rayonunda restoranın çölündə quraşdırılmış bir ədəd kompressor yanıb. Bu barədə BİG.AZ-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Vurğulanıb ki, yanğın zamanı üç nəfər (restoranın işçiləri) tüstüdən zəhərlənib. Digər kompressorlar və restoran yanğından mühafizə olunub. Yanğı

28.04.2024 210
.

Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib

Aprelin 28-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. "Report" xəbər verir ki, Antoni Blinken ilk növbədə Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə olunmuş razılaşma ilə bağlı təbriklərini çatdırıb, bunu

28.04.2024 135