QİÇS-li xəstələrin 90 faizi 2 ölkənin payına düşür

QİÇS-li xəstələrin 90 faizi 2 ölkənin payına düşürBu gün Ümumdünya "QİCS-lə Mübarizə Günü" dür. QİSÇ əsrin ən dəhşətli xəstəliklərindən biri hesab edilir və hər il yüzlərlə insanın ölümünə yol açır. Rusiyanın QİÇS mərkəzinin müdiri Vadim Pokrovski xəstəliklə mübarizə günü tükürpədici statistikaya diqqət çəkib. Statistikaya görə, yeni QİÇS faktlarının 90 faizi Rusiya və Ukraynada qeydə alınıb.

ANS PRESS-in CNN Türk-ə istinadla verdiyi məlumata görə, Rusiyada bu xəstəlikdən əziyyət çəkənlərin rəsmi sayı 532 min, Ukraynada isə 360 mini ötüb. Həqiqi rəqəmlər isə bundan iki dəfə çoxdur.

Pokrovskinin sözlərinə görə, son vaxtlarda QİÇS-in ən sürətlə yayıldığı yer şərqi Avropadır. "2010-cu ildə Rusiyada 58 min 428 yeni xəstə qeydə alınıb. Bu ilin 10 ayında isə xəstələrin sayı ötən ilin müvafiq dövrünə nisbətən 9,6 faiz artıb. İlin sonuna qədər bu rəqəmin 62 mini ötəcəyini gözləyirik".

Mütəxəssis Azərbaycanın yaxın qonşusu olan Rusiyanın QİÇS xəstəliyinə yoluxma təhlükəsi yüksək olan ölkələr kateqoriyasında yer aldığını qeyd edib. Xəstələrin 2,2 faizini 30-35 yaş arası olan kişilər təşkil edir.

QİÇS mərkəzinin rəhbəri adıçəkilən xəstəliyin ilk 10 il heç bir əlamət verə bilməyəcəyini də açıqlayıb.

Azərbaycanda isə hər 465 nəfərdən biri QİCS-ə yoluxur. Onların 82 faizini kişilər təşkil edir. Bu rəqəmlər Səhiyyə Nazirliyi və Respublika QİCS-lə Mübarizə Mərkəzinin "1 dekabr - Ümumdünya QİCS-lə Mübarizə Günü" ilə bağlı keçirdiyi tədbirdə açıqlanıb. Mərkəzin direktoru Həqiqət Qədirovanın sözlərinə görə, bu günə qədər ölkədə 3199 nəfər bu xəstəliyə yoluxub, 424 nəfəri dünyasını dəyişib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 6366   Tarix: 11 dekabr 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Beyin və yaddaş üçün faydalı olan idman

Alimlər üzgüçülük ilə müntəzəm olaraq məşğul olmağın beynin idrak funksiyalarını yaxşılaşdırdığını, eyni zamanda beyində yeni sinir əlaqələrini yaratdığını bildirir. Mardi Hardin-Baylor Universitetinin nevrologiya kafedrasının professoru Cena Metyu qeyd edir ki, belə bir aerob (nisbətən aşağı intensivlikdə

15.08.2021 882
.

Yaşlanma ilə mübarizə aparan ƏN FAYDALI BİTKİ

Alimlər doqquzdonkimilər fəsiləsinə aid olan lonisera kaerulea bitkisinin ürək funksiyalarını yaxşılaşdıran faydalı giləmeyvə hesab edir. Tərkibindəki yüksək miqdarda antioksidantlar, vitaminlər və mikroelementlər onu immunitetin ən faydalı bitkilərindən birinə çevirir. Bitkinin bu xüsusiyyətləri barəd

29.08.2021 1493
.

Həddən artıq arıq olmaqdan bezmisiniz?

Samyun Wan məhsul haqqında. 1 kurs üçün 4 kiloqramdan 8 kiloqrama qədər çəki əldə edəcəksiniz. 100% zəmanətli nəticə. Samyun wan İndoneziyadan 100% orijinal kapsul. İştaha, metabolizmaya və kilo almağa dərhal təsir edir. Əlavə olaraq, bu kapsulaların bir çox faydalı xüsusiyyətləri və istifadə edilməsini

08.09.2021 1767
.

Həkim Delta ştamına qarşı ƏN EFFEKTİV üsulu AÇIQLADI

Delta ştamına qarşı ən təsirli üsul 2 doza "Sinovac"la 1 doza "Pfizer"in qarışığıdır. Bunu yoluxucu xəstəliklər üzrə mütəxəssis Bülənt Ərtoğrul deyib. O bildirib ki, bu nəticəyə mövcud elmi məlumatlar əsasında gəlnib: "2 dozada "Pfizer"in effektivliyi bir qədər aşağı

22.08.2021 1318
.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. Bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir: "Heç bir araşdırma bun

05.09.2021 2454
.

Bu qidalar yaddaş itkisinə səbəb olur - Araşdırma

Yağlı və şəkərli qidalar beyin hüceyrələrinə ciddi ziyan vurur. Bu qidalar yaddaş itkisinə və düşünmə qabiliyyətində zəifliyə səbəb olur. -a istinadən xəbər verir ki, mütəxəssislər bu barədə xüsusi xəbərdarlıq ediblər. Qidalanmanın sağlam olmaması birbaşa nevroloji təsirlərlə də özünü göstərir. Beyi

23.08.2021 1483
.

"Miasteniya Gravis" xəstələri vaksin vurdura bilər? - AÇIQLAMA

Elə xəstəliklər var ki, tibb elmi səbəblərini 100 illərdir, sonadək müəyyən edə bilmir. XVII əsrdən tibbə bəlli olan Miasteniya ("əzələ zəifliyi" anlamını verir) xəstəliyi də bu siyahıya aiddir. Miasteniya - immunitetin pozulması nəticəsində baş qaldıran klassik autoimmun əsəb-əzələ xəstəliyidir

08.09.2021 863
.

İsti havalarda orqanizminizi bunlarla qoruyun

Havaların çox isti keçməsi bir çoxlarının səhhətində problemlər yaradır. Yüksək temperatur metabolizmdə dəyişikliyə səbəb olur. Xroniki xəstəliyi olanlar, uşaqlar və yaşlılar isti havada xüsusi qulluq tələb edir. İsti hava ürək, sinir xəstəliklərinin artmasına gətirib çıxarır. İsti havada bədən temperatur

15.08.2021 1261
.

ŞOK: Uşaqların müalicəsində istifadə olunan dərmanın tərkibində də "patı" var

Son zamanlar dillərdən düşməyən, xüsusilə gənclər arasında yayılan və "patı", "şüşə" adı ilə tanınan metamfetamin digər narkotik vasitələrdən nə ilə fərqlənir? Eyni zamanda "patı"dan asılılığın müalicəsi nə dərəcədə mümkündür?. xəbər verir ki, Bakı Şəhər Narkoloji Mərkəzi

07.09.2021 3113