Azərbaycanda həkim səhlənkarlığı 6 aylıq körpəni canından etdi - VİDEO+FOTOLAR
K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda ("OMD" xəstəxanası) uşaq ölümləri ilə bağlı zaman-zaman mətbuatda çoxlu sayda xəbərlər dərc edilib.
Azxeber.com-a müraciət edən Murad Qasımov adlı vətəndaş da sözügedən xəstəxanada başlarına gətirilən hadisə haqqında danışıb. Onun sözlərinə görə, yeni doğulan nəvəsinin ölümünə həkim səhlənkarlığı səbəb olub:
"Mənim qızım 19 yaşındadır və çox tez ana olub. Yoldaşı hərbçi olduğu üçün onlar Zaqatalada yaşayıblar. Uşaq müəyyən səbəblərə görə 7 aylığından dünyaya gəlib və Zaqatalada baxa bilmədikləri üçün onu Şəki Doğum Evinə göndəriblər. Elə burada da uşağa heç bir yardım edə bilmədikləri üçün 2016-cı ilin avqusutun 31-də Bakıya göndərirlər. Bakıda "OMD" uşağı qəbul edir və həmin gecə reanimasiyaya qoyurlar. 6 gün süni nəfəs aparatında qalandan sonra sentyabrın 6-da uşaq rəhmətə gedir".
M.Qasımovun sözlərinə görə aparılan araşdırmalar nəticəsində uşağın ölümünə müxtəlif diaqnozlar qoysalar da, Səhiyyə Nazirliyinin rəsmi təqdim etdiyi sənəddə "müəyyən qüsurlar" nəticəsində ölüm faktının gerçəkləşdiyi qeyd edilib:
"Bu söz mənə təqdim edilən sənədin üzərində yazılıb - "müəyyən qüsurlar". Heç kim bunu dilə gətirmir. Bu sadəcə həkim səhlənkarlığının nəticəsində baş verən bir hadisədir. Uşaq 6 gün boyunca hər kəsə baxıb gülürdü. Necə olur ki, 6 gün sonra bu hadisə baş verib?".
Şikayətçi "OMD"də 6 gün ərzində gördüyü mənzərənin utancverici olduğunu da deyib. Belə ki, gələn xəstələrdən burada həkimlər, tibb bacıları tərəfindən heç bir əsası olmadan pullar alınır. Xəstəxana rəhbərliyi isə heç kimdən qorxmadığını açıq şəkildə ifadə edir:
"Kim istəsə gedib öz gözləri ilə baxa bilər. Buranın xəstəxana yoxsa bazar olmasını heç kim ayırd edə bilməz. Xəstə yaxınlarını tamamilə soyurlar. Hər şeyi onlara aldırır, bütün addımlarında "pul-pul" deyə şərt qoyurlar. Xətəxananın direktoru Nəsib Quliyevə də dedim. Dedim ki, bu işi buraxın gedin. Camaatı bədbəxt edirsiniz, uşaqlar savadsızlığınızdan ölürlər. Heç nə demədi, girdi kabinetinə. Həyətdə isə Nəsib Quliyev başda olmaqla nə qədər şöbə müdirlərinin yüzminlik maşınları düzülüb. Bunları görən kim araşdıracaq?".
M.Qasımov öz hüquqlarını qanun çərçivəsində apardığını deyib. O, 2016-cı ilin sentaybrın 6-dan etibarən bu işin arxasına düşdüyünü və bir çox qurumlara şikayət ərizələri yazdığını əlavə edib. İşə hazırda, Yasamal Rayon Prokurorluğunun baxdığını bildirib:
"Bu gün prokurorun qəbulunda olacam. Bir baba kimi və ən əsası bir ata kimi işin arxasında düşəcəm. Çünki qızım artıq gözlərimin önündə əriyir. Onun ailəsi də dağıldı. Kürəkənim onu tərk edib getdi. Qızım isə hazırda psixoterapiya alır. Nə zaman özünə gələcəyini bilmirəm. Ancaq mən bu işi davam etdirəcəm".
Murad Qasımovun körpənin ölümündən öncə çəkdiyi görüntülərini redaksiyamıza göndərib.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.



BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2762 Tarix: 09 fevral 2017
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İtaliyada minlərlə dinozavr izi aşkarlandı - 200 milyon ildən çox yaşı var
Şimali İtaliyadakı Stelvio Milli Parkında 200 milyon ildən çox yaşı olduğu düşünülən minlərlə dinozavr izi aşkar edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Bildirilib ki, sentyabr ayında Stelvio Milli Parkında təbiət fotoqrafı tərəfindən aşkar edilən izlə
17.12.2025 255 Dünya liderlərindən aldığı hədiyyələri satır
İtaliyanın Baş naziri Corciya Meloni dünya liderlərindən aldığı hədiyyələri xeyriyyə məqsədilə satışa çıxarır. "Qafqazinfo" xəbər verir ki, ABŞ-nin keçmiş Prezidenti Co Baydenin ona verdiyi keramika qabdan tutmuş Albaniya Baş naziri Edi Ramanın ona hədiyyə etdiyi ad günü şərfinə qədər təxminə
17.12.2025 327 Qida təhlükəsizliyi pozuntularına görə cərimələr
"İnzibati Xətalar Məcəlləsinin 220-ci maddəsində qida təhlükəsizliyinin pozulması ilə bağlı müddəalar öz əksini tapmışdır". Bunu BİG.AZ-a açıqlamasında vəkil Turan Abdullazadə bildirib. O, qeyd edib ki, xüsusi təşkil olunmuş yerlərdə (yeməkxanalar, restoranlar, kafelər, barlar və s.) əhalini
14:34 88 Malayziyada təhlükəli timsahlar: əhali üçün risk artır
Malayziyanın Saravak əyalətinin hökuməti timsah populyasiyasının azaldılması məqsədilə xüsusi proqram hazırlamağa başlayıb. Buna səbəb son aylarda sürünənlərin insanlara qarşı hücumlarının artmasıdır. Belə ki, təkcə 2025-ci ilin sentyabr-oktyabr aylarında timsah hücumları nəticəsində dörd nəfər həyatın
10:27 148 Bakcell "İnklüzivlikdə İnnovativ Həllər" tədbirinə dəstək oldu
İnnovasiya lideri Bakcell "Birgə və Sağlam" İctimai Birliyi tərəfindən təsis edilən "Kaşalata" kafede "İnklüzivlikdə İnnovativ Həllər" adlı tədbir təşkil edib. Tədbirin əsas məqsədi rəqəmsallaşan dünyada neyro-müxtəlifliyi olan şəxslər üçün inklüziv yanaşmaların inkişafın
17.12.2025 229 Rotşildlər arasında qalmaqal: əvəzsiz incəsənət kolleksiyası bölüşdürülmür
Rotşild ailəsinin varisləri Cenevrə yaxınlığında yerləşən Preqni sarayındakı incəsənət kolleksiyası uğrunda ciddi münaqişəyə başlayıblar. xarici mediaya istinadən xəbər verir ki, bu barədə The Guardian qəzeti məlumat yayıb. Münaqişə 93 yaşlı baronessa Nadin de Rotşild ilə onun yeganə oğlunun dul arvadı
11:41 145 Avropa Birliyi ölkələri Rusiyadan qaz alışını dayandıracaq
Avropa Parlamenti Avropa Birliyi ölkələrindən 2027-ci ilin payızına qədər Rusiyadan təbii qaz idxalını dayandırmağı tələb edən qanun layihəsini qəbul edib. BİG.AZ DW-yə istinadən xəbər verir ki, Avropa Birliyi ölkələrinin Rusiyadan mayeləşdirilmiş təbii qaz idxalını 2026-cı ilin sonuna qədər, boru kəmər
12:51 126 Stomatoloqlardan pul tələb edən şəxslər tutuldu - Foto
Balakəndə özünü jurnalist kimi təqdim edərək stomatoloqlardan pul tələb edən şəxslər saxlanılıblar. "Qafqazinfo" xəbər verir ki, rayonda özlərini jurnalist kimi tanıdan iki nəfərin vətəndaşlardan hədə-qorxu ilə pul tələb etmələri barədə polisə məlumat daxil olub. Balakən RPŞ-nin keçirdiyi tədbirlərl
13:02 188 "Elşən Gülşən"də bu nöqsanlar aşkarlandı - Fotolar
Sabirabad rayonu, Qaragüney kəndində fəaliyyət göstərən "Elşən Gülşən" ticarət mərkəzində nöqsanlar aşkarlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Belə ki, baxış zamanı marketdə qida məhsullarının saxlanma şəraitinə əməl olunmadığı
14:04 130