Qaynanam deyir ki, sən gəzməkdən ötrü oğlumu narkoman etmisən" - DƏHŞƏT

Qaynanam deyir ki, sən gəzməkdən ötrü oğlumu narkoman etmisən" - DƏHŞƏTBudəfəki qəhrəmanım Şəbnəm ( ad şərtidir – İ.V.) Sumqayıt şəhərində yaşayır, tibb bacısıdır, üç qız anasıdır. Böyük qızı dördüncü, ortancılı ikinci sinifdə oxuyur. Kiçik övladı isə bağçaya gedir. 35 yaşlı Şəbnəm 12 ildir uzaq qohumu olan bəylə ailəlidir. Dediyinə görə, həyat yoldaşı ilə bir-birlərini dəlicəsinə seviblər. Hətta oğlanın ailəsi əvvəlcə bu iki gəncin izdivacına razı deyilmişlər. Lakin hər şeyə rəğmən o, Şəbnəmlə ailə qurub:

"Məndən üç yaş böyükdür. Bir-birimizi tanıyanda mən tibb texnikumunda oxuyurdum, o isə maşın bazarında avtomobil ehtiyat hissələri satırdı. Özünün dediyinə görə avtobusda məni görüb, xoşuna gəlmişəm, sonra ardımca gəlib ünvanımızı öyrənib. Çox yaraşıqlı oğlan idi. Hətta özümü onun yanında eybəcər hiss edirdim. Ardımca texnikuma gələndə çox qızlar ona həsrətlə baxırdılar. Bu da mənim xoşuma gəlirdi. Nə qədər qısqansam da, bilirdim ki, çoxlarının qısqandığı oğlan mənim sevgilimdir".

Beləcə Şəbnəm indiki həyat yoldaşı ilə ailə qurur. Oğlan ailəsini birtəhər razı salıb toy məclisində iştirak etmələrinə nail olur. Amma münasibətlər gərgin olduğundan gənc ailə elə Sumqayıtda bir otaqlı mənzil kirayələyir:

"Cehizlərimin bir hissəsini kirayə evə gətirdik. Sonra mən də işləməyə başladım, onun da qazancı pis deyildi. Məni də çox istəyirdi. İlk övladımıza hamilə olduğumu biləndə necə sevindiyi hələ də yadımdadır".

Amma həyat yoldaşının əhatə olunduğu ətraf mühit Şəbnəmin xoşbəxtliyini bir anın içində əlindən alır:

"Günlərin birində bu evə gəldi, gördüm ki, həmin adam deyil. Halı pis idi, gözləri qızarmışdı. Elə bildim ki, döyüblər. Amma üstünü vurmadım. Bu hal bir neçə dəfə təkrarlandı. Axırda özü açıb dedi ki, narkotikə qurşanıb, indi də əl çəkə bilmir. Mən də demişdi ki, bu barədə kiməsə desən, səni öldürəcəm. Getdikcə arıqlayırdı, günbəgün vəziyyəti ağırlaşırdı. Artıq ailənin bütün yükü mənim çiyinlərimdə idi".

Şəbnəm deyir ki, həyat yoldaşının ona aldığı qızılları, kirayə qaldığı mənzilə gətirmədiyi cehizlərinin bir qismini satıb ərini müalicə etdirir. Bir müddət yenə də işlər axarına düşür. Amma əri bu yoldan birdəfəlik döndərmək mümkün olmur:

"Sağalmışdı, heç nə eləmirdi. İşləməsə də, evdə otururdu, dostlarıyla əlaqəsini kəsmişdi. Amma bir dəfə dedi ki, çıxıb özümə iş axtarmalıyam. Həmin axşam gördüm ki, evə pis vəziyyətdə gəlib. Çünki o qədər narkotik qəbul etmişdi ki, o nəsə edəndə dərhal bilirdim".

Şəbnəm deyir ki, hazırda ailənini durumu çox ağırdı. Üç qız övladına və ərinə tək baxmağa məcburdu. Ərinin valideynləri də bu izdivaca əvvəldən razı olmadıqlarından bütün günahları məhz Şəbnəmdə görürlər:

"Qaynanamgil deyir ki, oğlumuzu sən narkoman eləmisən. Amma bilmirlər ki, heç bir qadın ailəsinin dağılmasını istəməz. 35 yaşlı qadın üçün bu iztirabları yaşamaq ölümdən betərdi. Gah evdən oğurluq edir, gah məni döyür, gah özünü öldürəcəyi ilə hədələyir. Qaynanam deyir ki, sən gəzməkdən ötrü oğlumu bu günə salmısan. Amma vicdanım qarşısında təmizəm. İfadəmə görə çox üzr istəyirəm, elə olub ki aylarla o mənə yaxın durmayıb, yataqda qıvrıla-qıvrıla qalmışam. Gənc qadınam, mən də istəyirəm ki, ərimlə münasibətim olsun. Özüm tibb sahəsində çalışdığımdan bilirəm ki, bunun sonu nə il nəticələnəcək. İşdə həkimlər deyir ki, kiminləsə görüş, sonra səhhətimdə daha ciddi problemlər yaranar. Amma mən üç qız böyüdürəm və heç vaxt raz olmaram ki, kimsə onların arxasınca mənə görə nalayiq söz desin"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 20932   Tarix: 06 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018