Mübarizin nəşini çiyinlərində vətənə gətirən hərbiçimizin bədəni çürüyür- FOTOLAR

Mübarizin nəşini çiyinlərində vətənə gətirən hərbiçimizin bədəni çürüyür- FOTOLARQuliyev İlkin 1984-cü ilin yanvarın 4-də Mahaçqalada dünyaya gəlib. 20 yaşından Azərbaycan Silahlı Qüvvələrində xidmət edir. Qaydasız döyüş üzrə Avropa çempionu, Olimpiya ikincisi və respublika üzrə bir çox titulların sahibidir. 2008-ci ildə Moskvada keçirilən yarışda erməni rəqibini 8 saniyədə "nakaut" edərək qələbəyə imza atıb.

BiG.AZ xəbər verir ki, o, Silahlı Qüvvələrin Xüsusi Təyinatlı Ordusunda (XTO) kəşfiyyatçı olub və bir çox gizli əməliyyatları müvəffəqiyyətlə yerinə yetirib. İlkin həmçinin 2010-cu ildə Milli Qəhrəman Mübariz İbrahimovun nəşinin düşmən tərəfindən geri alınması ilə bağlı tapşırığı icra edən hərbiçilərdən biri olub. 2007-ci ildə əməliyyatların birində döş qəfəsindən güllə yarası alıb. Yaralandığı gündən bu günə kimi 9 dəfə ağır əməliyyat keçirsə də, bu əməliyyatların heç biri onun xəstəliyinin qarşısını almağa kömək etməyib. İlkin Quliyevin vəziyyəti hazırda ağır olaraq qalır. O, sol döş körpücüyünün oynağı səviyyəsindən hər iki sümüyünün Osteomalisi (sinə sümüyünün çürüməsi) xəstəliyindən neçə ildir ki əziyyət çəkir. Həkimlər təcili olaraq onun bir ay içində Türkiyədə əməliyyat olunmasını, əks təqdirdə onun həyatını itirə biləcəyini deyirlər.

Quliyevlər ailəsinin AZXEBER.COM-un redaksiyası ilə əlaqə saxlamasından sonra biz də İlkinin vəziyyəti ilə yaxından tanış olmaq üçün onun evinə üz tutduq. Mehdiabad qəsəbəsində "Gənclər Şəhərciyi" adlanan yaşayış kompleksində hərbiçilər üçün tikilən binada yaşayan İlkinin yaxınları onun vəziyyətinin hər gün pisə doğru getdiyini və artıq onun bədəninin adi iynələrə belə əks-reaksiya verdiyini deyirlər.

İ.Quliyevin ailəsinin sözlərinə görə vəziyyətlə bağlı Müdafiə Nazirliyinə, Səhiyyə Nazirliyinə dəfələrlə müraciət etsələr də İlkinin səhhəti ilə maraqlanan olmayıb. Hətta Səhiyyə Nazirliyinin Vətəndaşların Respublikadan kənar müalicəyə göndərilməsi məsələləri üzrə komissiyasının 18 noyabr 2014-cü il tarixli 9 saylı protokolunda da onun təcili Ağciyər Xəstəliklər İnistituna aparılması və müalicəsini xəstəxana şəraitində davam etdirməsi qeyd olunsa da, bu protokola əməl edən yoxdur.

Keçirilən əməliyyatların hamısı isə ailənin şəxsi təşəbbüsü ilə həyata keçirilib. İlkinin əmək fəaliyyətini itirməsi, əldə olan pulun iynə-dərmana xərclənməsi Quliyevlər ailəsinin mövcud vəziyyətini daha da pisləşdirib.

Elə biz də yatılı vəziyyətdə bizi qarşılayan İlkinin çəkdiyi əzab-əziyyəti öz gözlərimizlə gördük:

"2007-ci ildə xüsusi əməliyyatda yaralandım. Gülləni çıxardandan sonra ağrılarım arada olurdu. Ancaq xəstəliyim əvvəlcədən bilinmirdi. Bir neçə ay hərbi hospitalda müalicə alsam da sonra məni evə buraxdılar. 2010-cu ildə ağır əməliyyat keçirdim. Ondan sonra xəstəliyim daha da artdı və bu günkü vəziyyətə gəlib çıxdım. Ümumilikdə 9 dəfə əməliyyat masasına yatmışam. Nəticə olaraq həkimlər sümüklərimin çürüdüyünü deyirlər. Türkiyədə əməliyyat olunsam və sümüyüm dəyişdirilsə yaşaya biləcəyimi deyirlər. Buna da gücüm çatmır. Çünki bu əməliyyatın qarşılığında məndən çox böyük məbləğ tələb edilir. Artıq maliyyə baxımından bunu qarşılaya bilmərəm. Çünki ailədə tək mən çalışırdım. Artıq evə pul da girmir. Olan–qalanımız da iynə-dərmana xərclənir".

İlkinin sözlərinə görə Müdafiə Nazirliyindən heç kəs onun səhhəti ilə maraqlanmayıb. Hətta ona vətən yolunda qabağa getdiyini və buna görə tələblərinin yersiz olduğunu deyirlər.

"Səhhətimlə heç kəs maraqlanmayıb. Heç əhəmiyyət də vermirlər. Deyirlər vətən yolunda getmisən də qabağa".

İlkin bizə idman həyatından da danışdı. O 6 yaşından qaydasız döyüşlə məşğul olduğunu və bu sahədə bir çox titulları olduğunu deyir. Hətta 2008-ci ildə Moskvada keçirilən yarışda erməni rəqibini 8 saniyəyə məğlub etdiyini də qeyd edir:

"6 yaşımdan qaydasız döyüşlə məşğul olmuşam. Avropa çempionu, Olimpiya ikincisi və respublika üzrə bir çox titullarım var. 2008-ci ildə Moskvada keçirilən yarışda erməni rəqibimi 8 saniyəyə nakaut etdim. Xəstəlik artıq məni idmandan da uzaqlaşdırıb. Qolumu tərpədən kimi ağrılarım başlayır. Nə bilim, bəlkə də mənim qismətim elə bu xəstə yatağında ölüb getməkmiş".

Söhbətimiz əsnasında İlkin özünün yaralanmadan öncə hərbi hissədə çəkdirdiyi fotoları bizə göstərərək "mən belə oğlan olmuşam e qardaş" deyib doluxsunur:

"Hərbi hissədə qolumu buran yox idi. Hər gün məşq edirdim, özümü formada saxlayırdım. İndi o günlər mənim üçün ancaq xəyal olub".

İlkin artıq 8 ildir ki, aldığı güllə yarası ilə yavaş-yavaş çürüməyə başlayır. Heç kəsdən yardım almadan özü öz dərdinə çarə axtarır. Heç kim isə onun səsinə səs vermir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 35769   Tarix: 04 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

TOP MP3