Lotu Quli Yekaterinburqa "ordu" yeritdi

Lotu Quli Yekaterinburqa "ordu" yeritdiMəşhur kriminal avtoritet, hazırda Bakıdakı həbsxanalardan birində cəza çəkən Nadir Səlifov ("Lotu Quli" ) özünün çoxsaylı tərəfdarlarından ibarət desantı Rusiyanın Yekatrinburq şəhərinə yeridib.

BiG.AZ xəbər verir ki, bu barədə "Arqumenti i Faktı-Ural" yazır. Məlumatlı mənbə "AiF-Ural"ı məlumatlandırıb ki, "Lotu Quli"nin 30-dan çox adamı bu günlərdə Yekatrinburqa göndərilib və onları Sverdlovsk vilayəti üzrə azərbaycanlı diasporunun nümayəndələri qəbul edib. Məqsəd ötən ilin avqustunda İstanbulda güllələnmiş azərbaycanlı kriminal avtoritet "Rövşən Lənkəranski"nin məkanı olan Yekatrinburqda biznesin həcmini müəyyənləşdirmək, haqq-hesab aparmaqdır.

Bildirilir ki, "Lotu Quli"nin göndərdiyi qrup idmançı cüssəli gənclərdən ibarətdir. Məlum olduğu kimi "Rövşən Lənkəranski" Uralda, eləcə də bütün Rusiya ərazisində göyərti ticarətinə "krışalıq" edirdi və ticarətçilərdən aylıq haqq alırdı. Lakin Lənkəranski öldürüləndən sonra onun qruplaşması başsız qaldı və nəticədə Yekatrinburq bazarlarındakı ticarətçilər "kassa"ya pul ödəməyi dayandırdılar. Söhbət ayda bir neçə yüz min dollardan gedir. Lənkəranskiyə haqq ödəyənlərin bir çoxu "Lotu Quli"nin "krışası" altına keçməyə razılaşıb. İndi "Lotu Quli" öz adamlarını ora göndərərək qalanların da ona biət etməsini təmin etmək, ayda kimin nə qədər haqq ödəməli olduğunu müəyyənləşdirmək məqsədi güdür.

Sverdlovsk vilayəti üzrə Daxili İşlər İdarəsinin mətbuat xidmətindən bildiriblər ki, onlarda "Lotu Quli"nin Yekatrinburqa desant göndərməsi haqda məlumat yoxdur, bu səbəbdən şərh verə bilməyəcəklər. Bununla belə məlumatlı mənbə bildirib ki, "Lotu Quli"nin adamlarının Yekatrinburqda olması dəqiq qeydə alınıb. Mənbə həmin qrupun ən nüfuzlu üzvü kimi iki qardaşın adını çəkir, onlardan birinin adı Şahindir. Şahin qrupda başçıdır və həm danışıqlar aparmaq, həm pul yığılmasına dair daha aktiv hərəkətlər etmək səlahiyyəti var.

Əsas fəallığın Yekatrinburqdakı qalmaqallı 4 saylı meyvə-tərəvəz topdansatış bazasında olacağı gözlənilir. Həmin baza Lənkəranskiyə haqq ödəyən obyektlərdən biri idi. Mənbə bildirir ki, Sverdlovskdakı iri azərbaycanlı biznesmenlərin çoxu artıq "Lotu Quli"nin avtoritetini tanıdıqlarını bildiriblər və ona haqq ödəməyə razılaşıblar.

Xatırladaq ki, Lənkəranskinin öldürülməsində "Lotu Quli"nin rolu haqda dəfələrlə məlumatlar yayılıb. Onların arasında uzun müddətdir düşmənçilik mövcud idi. Lənkəranskinin öldürülməsindən sonra onun Moskvadakı obyektləri də "Lotu Quli"nin tabeçiliyinə keçib.

mənbə: virtualaz.org


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3115   Tarix: 25 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995