Bu adam 20 Yanvara görə Qorbaçova güllə atıb - FOTOLAR

Bu adam 20 Yanvara görə Qorbaçova güllə atıb - FOTOLAROnun 1990-cı il noyabrın 7-də Qızıl Meydanda parad zamanı atdığı güllələr təsadüfən Qorbaçovun başı üzərindən keçməsəydi, dünyadakı proseslərin axarı dəyişə bilərdi...

Yadınızdadırsa, 20 Yanvar faciəsindən bir neçə gün sonra o zaman İsmayıllı rayonunun xalq hakimi olan, sonradan respublika Ali Məhkəməsinin sədri və istiqlalçı deputat kimi tanınmış hazırkı MM üzvü Tahir Kərimli SSRİ prezidenti barəsində qiyabi ölüm hökmü çıxarmışdı. Ancaq bildiyimizə görə, Azərbaycandan heç kəs Qorbaçova birbaşa qəsd etmək, ona güllə atmaq cəhdində bulunmayıb. Ancaq Moderator.az-ın araşdırmalarından bəlli oldu ki, 20 Yanvar qətliamından cəmi 10 ay 18 gün sonra Moskvada ruslar arasından belə bir adam tapılıb...

SSRİ-nin sonuncu prezidentinə güllə atmış çilingər bu gün də yaşayır

Qeyd edək ki, artıq 1990-cı ilin oktyabrında cəllad Qorbaçova Nobel mükafatı verilmişdi...

1990-cı il noyabrın 7-də Qızıl meydanda Böyük Oktyabr İnqilabının ildönümü ilə bağlı ənənəvi parad zamanı düz Lenin mavzoleyinin yanında leninqradlı çilingər Aleksandr Şmonovu Qorbaçovun qatili olmaqdan bir neçə saniyə ayırdı...

BiG.AZ xəbər verir ki, dünyaya meydan oxuyan nəhəng bir dövlətin başçısına atəş açmağa cəsarət etmiş bu şəxs hələ də sağdır və 2015-ci ilin noyabrın 7-də Rusiya liveinternet.ru saytına müsahibə verib. Həmin materialda bir sıra maraqlı məqamlara rast gəldik. O da aydın oldu ki, sui-qəsdin siyasi motivlərlə bağlı olduğunu vurğulayan Aleksandr Şmonovun bu addımı atmasında Bakıdakı 20 Yanvar soyqırımının da öz rolu olub: "Mənim hərəkətim sırf siyasi motivlərlə bağlıdır. Qorbaçov 9 aprel 1989-cu ildə Tiflisdə, 20 yanvar 1990-cı ildə isə Bakıda dinc insanların qətlində günahkardır. İnsanlar demokratiya uğrunda ayağa qalxaraq plakatlarla küçələrə çıxmışdılar. Ancaq onların üzərinə tankları, qoşunları göndərdilər. Qorbaçovu yerli hakimiyyətlər güdaza verdi? Xeyr! O, birinci şəxs kimi ölkədə baş verən hər şeyə görə cavabdeh idi... Qorbaçov hakimiyyəti xalqın razılığı olmadan ələ keçirmişdi. 1985-ci ildə onu Siyasi Büro baş katib seçmişdi. 1990-cı ildə də heç bir xalq seçkisi olmadan prezident təyin edildi. Yadımdadır ki, 1990-cı ilin martında mən hökumətə bir neçə teleqram göndərdim. Təklif edirdim ki, gəlin Amerikadakı kimi referendum keçirək..."

O, yalnız Qorbaçovu deyil, SSRİ Ali Soveti sədrini də öldürməyi qət edibmiş

Sui-qəsd cəhdindən sonra Moskvanın diktəsi ilə KİV-lərin "başdanxarab", "şizofrenik" kimi təbliğ etdiyi Aleksandr Anatolyeviç Şmonov sovet dövründə Leninqradda Elmi-Tədqiqat Kibernetika İnstitutunun elmi əməkdaşı kimi çalışıb. 1980-ci illərdən Rusiya Sosial-Demokrat Partiyasının üzvü olan Şmonov jurnalistlərə əmək kitabçasını və ixtiralarına verilmiş patentləri də göstərərək məhz Qorbaçovun dövründə öz elmi ideyalarını həyata keçirmək imkanından məhrum edildiyini söyləyir. Ona alim kimi dəyər verilmədiyini görən A.Şmonov özünü ifadə etmək imkanı tapmaq ümidi ilə Özbəkistana yollanır. Ancaq orada da işləri alınmır və Leninqrada dönür. Lakin onu artıq əvvəllər çalışdığı elmi instituta işə qaytarmırlar. Odur ki, İjorsk zavodunda çilingər kimi işə düzəlir. Bundan sonra öz başına gələn olaylar fonunda SSRİ-nin müxtəlif guşələrində baş verən haqsızlıq, faciə və cinayətləri izləyən Şmonov qəti şəkildə ölkə prezidenti Qorbaçova və Ali Sovetin sədri Anatoli Lukyanova sui-qəsd etməyi qərara alır. Bu məqsədlə guya ovçuluqla məşğul olmaq adı altında rəsmi icazə ilə ov silahı əldə edərək onu kəsdirib qısaldır. Və 7 noyabr 1990-cı ildə həmin tüfəngi paltosunun altında gizlədərək Qızıl Meydandakı parada yollanır...

Şmonovun tapança ilə silahlanmış bir ortağı da olub

Şmonov 25 ildən sonra ilk dəfə sui-qəsd üçün Qızıl Meydana təkcə gəlmədiyini, tapança ilə silahlanmış daha bir ortağının da olduğunu açıqlayıb: "Danışmışdıq ki, dostum məni milislərdən qoruyur, mən isə atəş açıram. Ancaq mən artıq Qorbaçovu nişan alanda ortağım sakitcə aradan çıxıb. Sonradan boynuna aldı ki, qorxub. Bir anlıq tutulandan sonra güllələnəcəyini gözünün önünə gətirib..."

20 Yanvar qatilini güllələnməkdən bir milisin ani cəldliyi xilas edir

A.Şmonov "Mən totalitar dövlətin başçısı Qorbaçova niyə və necə atəş açdım" kitabında hər şeyi ətraflı nəql edir. 7 noyabr saat 11.08-də Şmonov tribunada duran Qorbaçovdan cəmi 47 metr məsafədə dayanır və onun başını nişan alır. O, prezidentin zirehli gödəkçə geyinəcəyini də nəzərə alıbmış. Qoşalüləli kəsik tüfəngdən əvvəlcə Qorbaçovu, sonra da onun düz yanında duran parlament sədri Lukyanovu güllələmək fikrindəymiş. Lakin son anda yaxınlıqda olan bir milis Şmonov nişan aldığı andaca lüləyindən yapışmaqla tüfəngi yuxarı qaldırır. Güllələr Qorbaçovun başının üzərindən keçir. Beləliklə, bir milisin cəmi bir neçə saniyəlik hərəkəti dünyadakı proseslərin gedişini dəyişə biləcək qətlin qarşısını alır...

Qorbaçovun uğursuz "qatili" "dəlixanadan" çıxdıqdan sonra hüquq müdafiəçisi kimi fəaliyyətə başlayır

Dərhal həbs edilən A.Şmonov bir ilə yaxın türmədə olduqdan sonra psixiatriya xəstəxanasına yerləşdirilir. 4 il "müalicə" olunur və yalnız 1995-ci ildə II qrup əlil kimi xəstəxanadan buraxılır. Bir müddət santexnik işləyir. Tikinti-təmir firması yaradır. 1999-cu ildə Dumaya namizədliyini irəli sürür. Lakin seçki dairəsi onun namizədliyini qeydə almır. Bundan sonra Qorbaçovun uğursuz "qatili" hüquq müdafiəçisi kimi fəaliyyətə başlayır. 6 ictimai hərəkat yaradır. Hazırda A.Şmonov psixiatrların əlindən zərər çəkmiş şəxslərin, eləcə də zorla müalicə edilən insanların hüquqlarının fəal müdafiəsi ilə məşğul olur...

mənbə: moderator.az

Bu adam 20 Yanvara görə Qorbaçova güllə atıb - FOTOLARBu adam 20 Yanvara görə Qorbaçova güllə atıb - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2055   Tarix: 20 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?

Qobustan Rayon Mərkəzi Xəstəxanasında qalmaqal yaşanır. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, xəstəxananın işdən çıxarılan bir qrup işçisi məhkəməyə müraciət edib. Onlar rəhbərliyin qərarını qanunsuz hesab edirlər. Məhkəməyə müraciət edənlərin iddia tələbi əmək haqqının ödənilməsi ilə bağlıdır. Qobusta

01.05.2024 509
.

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb. Qanunvericiliyə uyğun olaraq Nazirliklə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb

14:10 530
.

Karantin cərimələri ləğv ediləcək? (AÇIQLAMA)

"Karantin şərtlərini pozduqlarına görə tətbiq edilən cərimələr ancaq dövlət səviyyəsində ləvğ edilə bilər". Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, bununla bağlı dövlət səviyyəsində qərar verilməlidir:. "Yoxsa, bu cərimələr həmin insanları

10:48 423
.

İlham Əliyev akademiyaya yeni rektor təyin etdi

Prezident İlham Əliyev Heydər Xanış oğlu Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb

15:45 212
.

Çində qəzada ölənlərin sayı artıb

Dünən Çinin cənubunda yerləşən Quanqdonq əyalətinin Meycou əyalətində baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artıb. BİG.az xəbər verir ki, ölənlərin sayı 48 nəfərə çatıb, 30 nəfər xəsarət alıb. Yolun çökməsi nəticəsində açılan uçuruma 23 avtomobil düşüb. Meykou əyalətində həddindən artı

13:08 59
.

Bakı metrosunda qorxulu anlar - VİDEO

Bu gün Bakı metrosunda qorxulu anlar yaşanıb. -in xəbərinə görə, bir nəfər metronun "Gənclik" stansiyasında qatar yoluna düşüb. Sözügedən şəxs digər şəxslərin müdaxiləsindən sonra platformaya çıxarılıb. "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat

01.05.2024 1247
.

İranda zəlzələ olub

İranın cənub-şərqində yerləşən Kirman vilayətində zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 4,7 bal gücündə baş verib. Bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzi məlumat yayıb. Zəlzələnin ocağı 9 km dərinlikdə yerləşib. Zəlzələ nəticəsində ölən və yaralananla

14:55 64
.

Özünü restoranın həyətində asdı

Şamaxıda kişi restoranın həyətində özünü asıb. "Qafqazinfo" xəbər verir ki, hadisə ötən gecə rayonun Mədrəsə kəndində yerləşən "Çinarlı" kafesində baş verib. Belə ki, kənd sakini, 1995-ci il təvəllüdlü Ceyhun Mamedovun meyiti saat 3 radələrində restoranın həyətindəki söhbətgahda asılmı

12:53 465
.

Bakının bu hissəsində su yoxdur

Bu gün Səbail rayonunun bir hissəsinə (Neftçilər prospekti, Zərifə Əliyeva küçəsi, İçərişəhərin bir hissəsi) içməli suyun verilməsində məhdudiyyətlər yaranıb. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib. Qeyd olunub ki, bu, su kəmərində baş vermiş qəza ilə əlaqədardır

11:35 294