"Bizə qalan yeyib-içmək olub" – RABİTƏ İŞİ

"Bizə qalan yeyib-içmək olub" – RABİTƏ İŞİBakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) keçmiş Aparat rəhbəri Vidadi Zeynalov digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

BiG.AZ xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə prosesdə şahidlər dindirilib.

Şamaxı telefon qovşağının keçmiş rəisi Faiq Hümbətov bildirib ki, istintaqa verdiyi ifadəsini təsdiq edir. O bildirib ki, qovşaqda görülən işlər kotirovkalar vasitəsilə MMC-lərə verilirdi. O suallara cavab olaraq bildirib ki, kotirovkada qalib gələn MMC-nin rəhbəri öz qohumu olub. Şahid bunu onunla əsaslandırıb ki, görülən işin keyfiyyətli olmasına görə tanıdığı adama etibar edib.

"İş görüləndən sonra geri pul qaytarılrdımı" sualına şahid belə cavab verib: Ayrılan pullarda işlərə sərf olunub. Cəmi 80 min pul ayrılıb. Bu məbləğ nə puldur ki, mənə də qalsın, bizə qalan yeyib-içmək olub. Amma pul qalsaydı yaxşı olardı. Uzaqbaşı qonaqlıq verirdi mənə".

Onun ifadəsi ilə istintaqa verdiyi ifadə arasında ziddiyyət yarandığı üçün ifadəsi elan edilib. İstintaqa ifadəsində bildirib ki, 2014-cü ildə qovşağın hesabına 42 min manat pul köçürülmüşdü və bu puldan mənə 3000 manat çatıb. "Nazir rayona qəbula gələndə təmin işlərinin görülməsi üçün o pul ayrılmışdı. Müəyyən işlər görüldü, hətta bir çox işləri kömək məqsədilə özümüz də edirdik. O puldan mənə 3 min manat qaytarılmışdı, onu da geri ödədim".

Vəkil bildirib ki, istintaqada Faiq Hümbətovdan ifadə alan müstəntiq sual verən zaman "Aztelekom"un baş mühasibi Oqtay Rüstəmovun ifadəsinə istinad edib. "Sualda qeyd edib ki, guya Oqtay Rüstəmov plun bir hissəsini aldığını deyib. Halbuki O.Rüstəmovun belə bir ifadəsi olmayıb" – deyən vəkil bu məqamın prosessual pozuntu kimi nəzərə alınmasını istəyib.

2004-2016-cı illərdə "Aztelekom" MMC-də Təchizat Şöbəsinin rəisi olmuş Yaqub Cəfərov deyib ki, tender komissiyasının üzvü olub. Tenderlərin keçirilməsi zamanı yalnız alınacaq məhsulların keyfiyyəti ilə bağlı rəy verib. O əlavə edib ki, rayon qovşaqları alınan avadanlıqlar üşün kotirovkaları özləri keçirib. "Hər bir qovşaq özü tender keçirirdi. Sadəcə alınan avadanlıqlar bizim anbara yığılırdı, sonradan göndərirdik".

O suallara cavab olaarq bildirib ki, xaricdən avadanlıqların alınması əsasən Seymur Quluzadənin rəhbəri olduğu MMC tərəfindən həyata keçirilirdi. Həmin şəxsin isə nazirlikdə kimin adamı olmasını bilmədiyini deyib. O qeyd edib ki, sonradan kabellər Sumqayıt Kabel Zavodundan alınmağa başlayıb və bununla bağlı nazirliyin göstərişi olub. "Bildirmişdilər ki, hansı məhsulun yerli istehsalı varsa, ölkədən alaq. Buna görə də ilk növbədə yerli məhsul alırdıq."

"Aztelekom" İB-nin direktoru, təqsirləndirilən Məhəmməd Məmmədov arayış verərək bildirib ki, təchizat şöbəsi rayon qovşaqlarının katirovkalarında iştirak etməyib. "Sadəcə, alınan məhsullar təchizatın saxlancına daxil olurdu və lazımi səviyyədə hazırlanaraq, kəsilərək aidiyyatı rayona göndərilirdi. Bununla bağlı göstərişi də mən vermişdim".

"Azərpoçt"un Qazax poçt şöbəsinin rəisi Ədalət Hüseynov şahid ifadəsində bildirib ki, görülən işlərlə bağlı kotirovkaları baş idarə keçirib və işlər də görülüb.

Tovuz telefon qovşağının rəisi Səbuhi Hüseynov istintaqa ifadəsini təsdiq etdiyini bildirib. O suallara cavab olaraq Aztelekom rəhbərliyinə heç bir pul vermədiyini bildirib. Ziddiyyət təşkil etdiyi üçün onun istintaqa ifadəsi elan olunub. S.Hüseynov istintaqa bildirib ki, hər ay "Aztelekoma" 5 min manat ödəyib. Bundan sonra şahid ifadəsini xatırladığını deyib və deyilənləri təsdiqləyib. Bildirilib ki, "Aztelekom"un hesabına ayda 5 min manat pul ödənilib: "Bu, internet provayderi vasitəsilə abunəçilərdən yığılan pullar idi"

"Aztelekom" MMC-nin sabiq baş direktoru, təqsirləndirilən Məhəmməd Məmmədov da qovşaqlardan ayda 5000 manat alınmasını təsdiqləyib. O qeyd edib ki, bu, kredit pulları olub: "Amsterdamdan kreditlə avadanlıq alınmışdı. Bu kreditin ödənilməsi üçün rəsmi qaydada internet abunəçilərindən daxil olan pullardan qovşaqlar hər ay maliyyə ödəyirdi. Bununla bağlı qovşaqlara rəsmi məktub göndərilmişdi".

Digər şahid Goranboy telefon qovşaöının rəisi Hafiz Qurbanov ifadə verib. O, ibtidai istintaqa ifadəsini təsdiq edib. ""Aztelekom"un baş mühasibi olmuş, təqsirləndirilən Oqtay Rəsulov ona sual ünvanlayıb. "Mən kotirovkaların keçirilməsi, işin hansı şirkətə verilməsi ilə bağlı göstəriş vermişəmmi, yaxud sizdən hər hansı məbləğ tələb etmişəmmi?"

Şahid onun sualına "xeyr" cavabı verib. O.Rəsulov isə bildirib ki, ittiham aktında onun belə bir ifadə verdməsinə istinad edilib.

Məhkəmə kollegiyası digər şahidlərin məcburi gətirilməsi haqqında qərar verib. Proses yanvarın 25-də davam etdiriləcək.

Baş Prokurorluğun RYTN-dəki həbslərlə bağlı yaydığı rəsmi məlumata görə, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.

Bundan başqa, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən RYTN sistemində həyata keçirilmiş yoxlamalar nəticəsində "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, "AzİnTelekom" MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, "Azərpoçt" MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, "Optik Rabitə, Tikinti və Quraşdırma" MMC-nin baş mühasibi Səhrab Hümbətov, həmçinin Emin Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi Fətullah Seyidov və həmin birliyin baş mühasibi Rəşad Məmmədov, "Bakı Rabitə Təmir Tikinti" və "Təmir Təchizat Servis" MMC-lərinin direktoru Bayram Vəliyev və "Aztelekom" MMC-nin baş mühasibi Oktay Rüstəmov da həbs edilib.

Həmin şəxslər Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ittiham olunurlar.
Xatırladaq ki, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi F.Seyidov və həmin birliyin baş mühasibi R.Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hər iki şəxsə şəri cəza təyin edilib və onlar məhkəmə zalından azadlığa buraxılıb./bizimyolinfo/


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1036   Tarix: 18 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788