20 manata görə ölkədən çıxışa qadağa qoyula bilərmi?

20 manata görə ölkədən çıxışa qadağa qoyula bilərmi?Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi yol hərəkəti qaydasını pozduğu üçün cərimələnən və ödəniş etməyən piyadaların ölkədən çıxışına və banklardan kredit götürməsinə qadağa qoyulduğunu açıqlayıb.

"Qafqazinfo" məsələ ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Rəfael Cəbrayılova müraciət edib. Millət vəkili ciddi səbəblər olmadan, 20 manatlıq cəriməyə görə yüzminlərlə insanın ölkədən çıxışına qadağa qoyulmasına münasibət bildirib.

R.Cəbrayılov hər şeyin qanun çərçivəsində olduğunu deyib: "Şəxsin dövlətə borcu varsa, onun ölkədən çıxışına qadağa qoyulmalıdır. Adətən bu cinayət işləri üzrə olurdu, 2000-ci ildən başlayaraq inzibati xətalarda da tətbiq olunmağa başlanıldı. Qanunvercilikdə məbləğ qeyd olunmayıb, burada söhbət yalnız borcdan gedir. Bu, normal və qanuna tam uyğun bir haldır. Hər kəs ölkədən çıxanda dövlətə olan borcunu ödəməlidir. Burada məhkəmə qərarı da zəruri deyil. "Stop"u dövlətin icraedici orqanının istintaqı qoya bilir. Cərimə ödənildikdən sonra qadağa götürülür. Düzdür, bizdə belə bir problem var ki, bəzən cərimə ödənildikdən sonra da "stop" qoyan qurumunun məsuliyyətsizliyi ucbatından qadağa aradan götürülmür. Cərimələnən piyadaların kütləviliyi hər hansı problem yaradacağını düşünmürəm. Borc varsa, ödənilməlidir. Yadmda deyil dəqiq hansı Hollivud filmidir, orada sərnişinə deyir ki, "sizin 20 dollar borcunuz var". O da dərhal pulu çıxarıb ödəyir".

Komitə üzvü qeyd edib ki, problemin indi aktuallaşmasının səbəbi büdcə ilə bağlıdır: "Məsələnin indi gündəmə gəlməsi və "stop"un indi təqdim olunması büdcəmizlə bağlıdır. Biz etiraf edirik ki, dövlət büdcəsində müəyyən problemlər var, buna görə də büdcəyə olan borc ödənilməlidir. Burada qanunsuz heç nə yoxdur".

Deputat bankların kredit verməsinə qadağa qoyulmasının isə qanunsuz olduğunu deyib: "Piyada cərimələrinə görə banklardan kredit götürülməsinə qadağa qoyulması isə mümkün deyil. Çünki bank özəl təşkilatdır və kredit mülki müqavilə ilə verilir. Bank istəsə pulunu küçəyə də ata bilər. Buna qadağa qoymaq olmaz".

Qeyd edək ki, yol hərəkəti qaydasını pozduğuna görə piyadalar 20 manat cərimə olunur. 2016-cı ildə 130 min şəxs bu formada cərimələnib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1213   Tarix: 17 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988