Dollar 2 manat 80 qəpik olacaq - BƏDBİN PROQNOZ

Dollar 2 manat 80 qəpik olacaq - BƏDBİN PROQNOZ"Manatın gerçək məzənnəsi müəyyənləşməyincə, nə investor, nə bank iqtisadiyyata sərmayə qoymayacaq. Bu gün Azərbaycanda ən vacib məsələlərdən biri həmin sərmayəni ölkəyə gətirməkdir.

İnsanların bəzilərinin kifayət qədər ehtiyat kapitalı var. Niyə aparıb onu xaricdə yerləşdirirlər? İndi elə iqtisadi siyasət olmalıdır ki, o pullar burada iqtisadiyyata yatırılsın".

BiG.AZ xəbər verir ki, bunu iqtisadçı Qubad İbadoğlu manatın məzənnəsi ilə bağlı danışarkən bildirib.

Onun sözlərinə görə, bu il manatın məzənnəsi ucuzlaşmaqda davam edəcək:

"Dolların orta illik məzənnəsi 2 manat 20 qəpik olacaq. Bəzi vaxtlarda bu, 2 manat 50 qəpiyə qalxa bilər. Ən pis halda isə hətta 2 manat 80 qəpiyə qalxa bilər. Manatın məzənnəsini bazar qüvvələri müəyyənləşdirməlidir".

İqtisadçı manatın real məzənnəsinin tənzimlənməsi məsələsinə də toxunub:

"İndiki halda xarici valyutanın məzənnəsinin təyin olunması ilə bağlı tətbiq edilən marjanın götürülməsi doğru addımdır. Bununla banklar arasında rəqabət yaranar, "qara bazar"la bank arasında sərhəd itər.

Sərbəst bazar qüvvələrinin təsiri ilə hansı gerçək məzənnədə manatda müvazinәt yaranacaqsa, həmin kursun ətrafında da manatın tənzimlənməsi prosesi gedəcək, manat öz bazar dəyərini qazanacaq. Bunun başqa variantı yoxdur".

"Qara bazar"ın taleyi necə olacaq?

Q.İbadoğlu "qara bazar"ın fəaliyyətindən də danışıb:

"Amma "qara bazar"lardan qorxmaq lazım deyil. Bu, real bazardır. Oradakı məzənnə daha düzgün məzənnədir. Bu gün guya Azərbaycan reallığında birinci dəfədir ki, "qara bazar"larla rastlaşırıq? Amma Azərbaycanda elə siyasət yeridilməlidir ki, "qara bazar"la bank arasında sərhəd itsin. Fərqin olmaması "qara bazar"ın itməsinə və ya funksiyasının dəyişməsinə gətirib çıxara bilər".

Yeni inflyasiya dalğası

İqtisadçının fikrincə, Azərbaycan Mərkəzi Bankının (AMB) manatın məzənnəsini tənzimləmək cəhdləri doğru addım deyil:

"İndi AMB-nin əsas hədəfi ondan ibarətdir ki, "qara bazar" yığışdırılsın. Ancaq bu düzgün siyasət deyil. Mərkəzi Bankın əsas hədəfi inflyasiyanı tənzimləmək olmalıdır.

Bu il üçün ən böyük problemimiz inflyasiyadır, qiymətlərin artmasıdır. Bütün monopol şirkətlər qiymətləri qaldırır.

Bu günlərdə "Azərsun" bütün ərzaq məhsullarının - çay, yağ, qənd, un və un məmulatlarının qiymətlərini 10%-dən 30%-dək qaldırıb. İnsanlar bunu bir azdan hiss edəcəklər. Kommunal xidmətlərin qiymətləri bahalaşır. Ölkədə yeni inflyasiya dalğası yaranır. Mərkəzi Bank bunlarla məşğul olmalıdır"./fins.az/


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2059   Tarix: 16 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

İsrail ordusu "İslami Cihad"ın komandirini məhv etdi

İsrail ordusu Fələstinin radikal "İslami Cihad" təşkilatının Qəzza zolağının cənubundakı Rəfah şəhərindəki bölmələrinə cavabdeh olan hərbi qanadının komandirlərindən birini zərərsizləşdirib. bildirir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, söhbət "İslam

05.05.2024 234
.

Cəsarət Valehova vəzifə verildi

Cəsarət Valehova yeni vəzifə verilib. "Qafqazinfo"nun məlumatına görə, o, mədəniyyət naziri Adil Kərimliyə müşavir təyin olunub. C.Valehov artıq bir müddətdir vəzifəsinin icrasına başlayıb. Qeyd edək ki, fəlsəfə doktoru, dosent Cəsarət Valehov daha əvvəl Elm və Təhsil Nazirliyinin İctimaiyyətl

13:44 324
.

İsrailin Livanın cənubunda hava hücumu: 3 ölü

İsrail ordusunun Livanın cənubunda evə hava hücumu edib. BİG.AZ xəbər verir ki, hücum nəticəsində 3 nəfər ölüb, xeyli dinc sakin yaralanıb. Bu barədə Livanın rəsmi xəbər agentliyi məlumat yayıb. İsrail döyüş təyyarələri ölkənin cənubundakı Meiş əl-Cəbəl qəsəbəsindəki evi hədəfə alıb. Hava hücumu zaman

15:28 42
.

Tramp Bayden administrasiyasını Gestapo ilə müqayisə etdi

ABŞ-nin keçmiş prezidenti Donald Tramp hazırkı ölkə lideri Co Baydenin administrasiyasını Gestapo ilə müqayisə edib. Keçmiş dövlət başçısı bunu qapalı tədbirdə deyib. "Bu insanlar Gestapo administrasiyasını idarə edirlər", - Tramp ona qarşı məhkəmə iddiaları haqqında danışarkən bildirib. Eks-preziden

05.05.2024 233
.

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Türkiyəli səfir Mehmet Paçacı mayın 4-5-də Qambiyanın paytaxtı Banjulda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci Zirvə toplantısında İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin mətbua

05.05.2024 243
.

FT: Britaniyanın neft və qaz şirkətləri Londonun vergi siyasəti səbəbindən böhran içindədir

Böyük Britaniyanın Şimal dənizi şelfində fəaliyyət göstərən müstəqil neft şirkətləri məhsullarının bahalaşmasına baxmayaraq, böhran içindədirlər. "Report" xəbər verir ki, bu barədə "Financial Times" qəzeti bazar ekspertlərinə istinadən yazıb. Sənaye assosiasiyaları və analitiklə

05.05.2024 192
.

Azərbaycanda qadınların pensiya yaşı 57-yə ENDİRİLİR? - AÇIQLAMA

Bu gün ölkələrdə pensiya yaşı ölkəyə və qanunvericiliyə görə dəyişməkdə davam edir. Təqaüd yaşındakı dəyişikliklər əhalinin qocalmasına və doğum nisbətinədə öz təsirini göstərir. Bu gün Azərbaycanda qadınların pensiya yaşı 63 yaş 6 aydır. Ölkədə doğumun kəskin şəkildə azalması, boşanmaların artımı əhalini

12:04 3694
.

Yerlə bağlı XƏBƏRDARLIQ - 15-16 saat ərzində...

Yerdə qeomaqnit qasırğası başlayıb. xəbər verir ki, qeomatnit qasırğası orta həddən zəifə doğru dəyişəcək. Təbiət hadisəsi minimum 15-16 saat davam edəcək. Meteoroloq Mixail Leus qeyd edib ki, qeomatnit qasırğası zəifləsə belə meteohəssas insanlar üçün təsir gücünü itirməyəcək. Onlarda təzyiqin oynamas

10:08 396
.

Türkiyədə quş əti ixracına qadağa Azərbaycanda qiymətlərə təsir edə bilər? - VİDEO

Türkiyədə toyuq əti xeyli bahalaşıb. Ona görə də Türkiyə Ticarət Nazirliyi quş əti ixracının qadağan olunması ilə bağlı qanun layihəsi hazırlayıb. Yeri gəlmişkən, Azərbaycan da Türkiyədən quş əti idxal edən ölkələr sırasındadır. Bəs bu qərar ölkədə sözügedən məhsulların qiymətini artıra bilərmi?. -ı

05.05.2024 502