"Bu arzusu balamıza qismət olmadı..." - Nəşi qaytarılmayan Çingizin ailəsindən REPORTAJ\FOTOLAR

"Bu arzusu balamıza qismət olmadı..." - Nəşi qaytarılmayan Çingizin ailəsindən REPORTAJ\FOTOLARQurbanovlar nəslinin və Qusarın Həzrə kəndinin ilk şəhidi... Söhbət 16 gündür ki, nəşi düşmən tərəfdə qalan Çingiz Qurbanovdan gedir. Həmin vaxtdan Qurbanovlar ailəsi göz yaşlarını dindirmədən övladlarının cənazəsinin qaytarılacağı günü gözləyir.

BiG.AZ xəbər verir ki, qafqazinfo.az şəhidin ailəsinə baş çəkib. Sonucu dəfə övladlarını avqustun 14-də görmüşdü Qurbanovlar ailəsi. Həmin gün Gəncədə Çingizin andiçmə mərasimi keçirilirdi. Son olaraq Nailə ana övladının qoxusunu həmin gün içinə çəkmişdi. Növbəti onu görmə sevincini isə, yanvarda məzuniyyətə gələn günü yaşayacaqdılar. Amma 2016- cı ilin son ayı ailənin ocağına od düşür.

Dekabrın 29-da Çingizin şəhid olma xəbərini eşidən ailə üçün daha ağır məqam isə onun düşmən tərəfində itkin düşməsi oldu. İndi isə nəslin, kəndin ilk şəhid övladının nəşini istəyən ailə göz yaşlarını onun məzarı üzərində tökmək istəyir.

2012- ci ildən Çingizin universitetə daxil olmasına görə atası Salman Qurbanov rayonda işini atıb onunla birgə Bakıya gəlir. Bakıda Əhmədli qəsəbəsində kiçik bir ev tutub kirayə qalırlar. Atanın tək arzusu övladlarına təhsil vermək, onların diplomlarını əllərinə alıb işə girdikləri günü görmək olub. Elə Çingizin də ən böyük arzusu işləyib ailəni dolandırmaqda atasına kömək etmək olub. Amma Çingiz Qurbanov 4 il əziyyətlə oxuyub bitirdiyi universitetin diplomunu əlinə ala bilmir, bir erməni zabitini, iki əsgərini qətlə yetirib şəhid olur.

"Bu arzusu balamıza qismət olmadı..." - Nəşi qaytarılmayan Çingizin ailəsindən REPORTAJ\FOTOLAR"Atasına həmişə deyirdi ki, mən əsgərdən qayıdıb gələcəm, işləyəcəm, sənə kömək edəcəm, birgə işləyib normal bir ev tutarıq. Bu arzusu balamıza qismət olmadı" – deyə bibisi söhbətə qoşulur.

Şəhid olma xəbərini eşidən gündən üç bibi də Bakıya gələrək kiçik, birotaqlı evdə Çingizin nəşini gözləyir.

"Qardaşım uşaqlarını kasıb şəraitdə böyüdüb, zəhmətilə gecələr işləyib, onları oxudub. 16 gündür bu evə gələn- gedənin sayını itirmişik. Bir tək Çingiz gəlmir. Gələnlərin çoxusunu heç tanımırıq da. Sağolsunlar, dərdimizə şərik çıxırlar. Amma heyif ki, bu günə kimi Qusar rayon hərbi komissarlığının rəhbəri qardaşıma zəng vurub başsağlığı verməyib. Axı Çingiz vətən uğrunda bu cür qəhrəmanlıqla şəhid olub" -deyə digər bibi söhbətə qoşulur.

"Bu arzusu balamıza qismət olmadı..." - Nəşi qaytarılmayan Çingizin ailəsindən REPORTAJ\FOTOLARGünlərdir göz yaşları gözündə quruyan ana isə bizimlə danışmaqda çətinlik çəkir. Oğlunun ağıllı, savadlı, gülərüz biri olduğunu deməklə kifayətlənir.

Ailənin digər yeganə övladı Beydulla Qurbanov da hazırda Texniki Universtitetdə oxuyur. Qardaşı ilə tək qardaş yox, həm də cani-qəlb dost olduğunu deyir: "Hamımız onun yolunu gözləyirdik".

Şəhid atası Salman Qurbanov bu müddət ərzində millət vəkilləri Qənirə Paşayevanın, Sədaqət Vəliyevanın, Aydın Mirzəzadənin, Aydın Hüseynovun onlara baş çəkdiyini deyir:

"Düşmən oğlumun nəşini qaytarmaq istəmir. Onlar öz çirkin məqsədləri üçün nəşi saxlayırlar. İnşallah tezliklə Çingizin cənazəsi qayıdar, düşmənlər istəklərinə nail olmazlar".

"Bu arzusu balamıza qismət olmadı..." - Nəşi qaytarılmayan Çingizin ailəsindən REPORTAJ\FOTOLAR"Bu arzusu balamıza qismət olmadı..." - Nəşi qaytarılmayan Çingizin ailəsindən REPORTAJ\FOTOLAR"Bu arzusu balamıza qismət olmadı..." - Nəşi qaytarılmayan Çingizin ailəsindən REPORTAJ\FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 6466   Tarix: 13 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Golf topu boyda albalı REKORD QIRDI, lakin... - VİDEO

İtaliyada bacı-qardaş öz fermalarında golf topu boyda albalı tapıbdılar. BİG.AZ-ın ren.tv-yə istinadən verdiyi xəbərə görə, giləmeyvə 0.88 unsiya (25 q) çəki ilə dünya rekordunu yeniləyib. Qeyd olunur ki, 25 yaşlı Sebastiano Zanoni və onun 22 yaşlı bacısı Selena nəhəng albalını Treviso ştatının Pae

23.06.2020 2438
.

Ebru hər kəsi heyran edən LİBASI haqqında danışdı - "Son xatirəsidir" - FOTO

Sevilən ifaçı Ebru Gündeş aprel ayında vəfat edən stilist Nur Yerlitaşın imzası olan əlbisəni konsertində geyinib. türk mediasına istinadən xəbər verir ki, təkcə səsi ilə deyil, həm də görüntüsü ilə izləyiciləri heyran edən sənətçi konsertdə yaxın dostu olan Nurun onun üçün hazırladığı əlbisəni geyinərə

27.08.2020 9020
.

Azərbaycanda qərargah rəisinin faciəli şəkildə ölümü ilə bağlı araşdırma başladı - FOTO

Xəbər verdiyimiz kimi, bu gün saat 08:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Xudat" sərhəd dəstəsinin Quba rayonunun Xınalıq kəndi yaxın­lığındakı sərhəd zasta­vasına xidməti tapşırığın icrası ilə əlaqədar hərəkət edən "UAZ" markalı xidməti avtomobil qəzaya uğrayıb

20.07.2020 2697
.

Argentinanın prezident sarayında "yadplanetli" görüntüləndi - VİDEO

Tanınmış ufoloq Skott Uorinq Argentinadakı prezident sarayında qəribə "məxluqun" görüntülərinə rast gəlib. BİG.AZ-ın -ya istinadən verdiyi xəbərə görə, tədqiqatçı bu anomaliyanı "Google Earth" xidmətindən istifadə edərkən aşkarlayıb. Onun fikrincə, bu, Argentina prezidentini "güdən"

29.06.2020 6809
.

Çin daha bir peyki orbitə yerləşdirib

Ötən gün Çinin şimal-qərbindəki Şanksi əyalətində yerləşən Taiyuan Peyk Buraxılış Mərkəzindən "Ziyuan-3" silsiləsindən olan sayca üçüncü peyk qaldırılaraq orbitə yerləşdirilib. "Report" "NASA Spaseflight"ə istinadən xəbər verir ki, "Uzun Yürüş 4B" ("Çanq Jen

25.07.2020 799
.

Çimərliklərə giriş qadağandır? - RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə həftənin şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyət göstərmədiyi səbəb gətirilərək çimərliklərə girişin qadağan olunduğu ilə bağlı məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədo

07.08.2020 2799
.

Röya hamilədir? - YENİ FOTOSU şübhələndirdi

Müğənni Röya Ayxanadan xəbər var. xəbər verir ki, Xalq artisti "İnstagram"səhifəsində etdiyi paylaşımı ilə diqqət çəkib. O, yenicə doğulmuş uşaq ayaqlarının fotosunu paylaşaraq "dəyməyin keyfimə" yazıb. Bununla da xalq artisti sevdiklərinin qəlbinə şühbə toxumu səpib

22.09.2020 34279
.

Avropa Birliyi ölkələri plastik qablardan tamamilə imtina etdi

Avropa Birliyi qüvvəyə minən müvafiq qanundan sonra plastik qab-qacaqdan birdəfəlik imtina edib. "Report" xəbər verir ki, bu barədə birliyin ətraf mühit üzrə komissarı Virqiniyus Sinkyaviçyus bildirib. O, qeyd edib ki, qanun birdəfəlik qaşıqların, çəngəllərin, bıçaqların, boşqabların, pambı

04.07.2021 444
.

Bu universitet avaralıq üçün 1 600 avro qrant verir

Almaniyanın Hamburq şəhərindəki İncəsənət Universiteti özünü heç nə etməməyə həsr edənlərə 1 600 avro miqdarında 3 təqaüd təklif edir. "Report" "The Guardian"a istinadən xəbər verir ki, namizədlər (Almaniya vətəndaşları) sentyabrın 15-dək müsabiqədə iştirak etmək üçün müraciət etməl

27.08.2020 1111