Avtobusda zorlanan azərbaycanlı qadın: "Kaş ki, öləydim, məni o qədər..."

Avtobusda zorlanan azərbaycanlı qadın: "Kaş ki, öləydim, məni o qədər..."Ankarada evə getmək üçün mindiyi avtobusda təcazüzə uğrayan iki uşaq anasının vəziyyəti pisləşib.

"Kaş ki, ölərdim. O qədər acı çəkirəmki..."

Bu sözləri bir neçə gün öncə Türkiyənin paytaxtı Ankarada evinə getmək üçün mindiyi avtobusda sürücünün təzəvüzünə məruz qalmış 37 yaşlı, iki uşaq anası olan Azərbaycan vətəndaşı qadın deyib. Ötən gün qadın başına gələn fəlakətdən sonra vəziyyəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib. "Hürriyət"in yazarı Ayşe Armanla görüşən qadın başına gələnlərdən özünü günahkar bildiyini də deyir.

"Kaş ki təcavüzə uğrayan yerdə ölmüş olardım. Dayanmadan ağlayıram. Öz günahım varmış kimi utanıram. Çox adam mənim yanımda olduğumu deyir, yanlız qoymurlar. Məncə özümə nə isə edə biləcəyimdən qorxurlar. Amma özümü yanlız hiss edirəm. Sanki həyatım bitib. Çox pisəm".

İngilis dili müəllimi olan qadının sözlərinə görə, həmin gün havanın temperaturu -11 dərəcə olub. İşləri də gec bitib. "Saat 22.30-da evə dönməli idim. Hər zaman o dayanacağa qədər gəlir, sonra evə piyada gəlirəm. Amma o gün çox soyuq idi. Kaş ki avtobusa minməzdim, taksi ilə gedərdim. İctimai nəqliyyatın təhlükəsiz olduğunu düşündüm.

İnsanlar mənə gözəl deyirlər. Gözəl omaq istəmirəm. Mümkün qədər çirkin olmaq istəyirəm.

O, şəxsin mənim başıma gətirdiklərinin nə qədər qorxunc olmasını hiss etməsini istəyirəm. Bir insan insana bunu etməz, cəzasını çəkməsini istəyirəm. Mənim haqqımda söylədiyi yalanlar var, onlar da məni dəli edir. Sən bir insana edə biləcəyin ən böyük pisliyi et, bu da yetməzmiş kimi iyrənc, çirkin yalanlar danış. Mənim vəziyyətimi görənin ürəyi ağrıyır. Ağzım, üzüm tanınmaz haldadır. O adamla öz istəyimlə necə birlikdə ola bilərəm?".

Qadın yaşadıqlarının və başına gələ biləcəklərin qorxusu altında olduğunu da etiraf edib. "Birdən cəza almasa, sərbəst buraxılsa... Gəlib məni tapıb öldürər. Yarım qoyduğu işi bitirər. Mən bu qorxu ilə yaşayacağam?..."

Zorlama hadisəsi yanvarın 6-da baş verib. Türkiyənin paytaxtı Ankarada Azərbaycan və Türkiyə vətəndaşı olan bir qadın mindiyi ictimai nəqliyyat avtobusunun sürücüsü tərəfindən cinsi təcavüzə məruz qalıb. Təcavüzkar 37 yaşlı iki uşaq anasını elə avtobusun içərisində zorlayıb. Məktəbdə ingilis dili müəllimi işləyən qadın avtobus sürücüsü İbrahim Tuncaydan "mən 200 metr irəlidə düşəcəm, minə bilərəmmi", - deyə soruşub. Sürücü isə razılıq bildirib. Ancaq sürücü çatdığı dayanacaqda düşmək istəyən qadını buraxmayıb. Qapını açmayan İbrahim Tuncay "səni qayıdanda düşürəcəm" deyərək, iki əliylə qadının boğazından yapışıb və onu avtobusun oturacaqlarından birinə sürüyüb.

Həmin gecə başına gələnlər barədə 37 yaşlı qadın sonradan polisə məlumat verib. "Avtobusdan düşərkənsə "polisə və ya birinə söyləsən səni taparam, təcavüz edirəm, boğazını kəsərəm" deyib hədələdi".

Bundan sonra sürücü İbrahim Tuncay saxlanılaraq ifadəsi alınıb. Məlum olub ki, o, zorladığı qadının üzüyünü də əlindən alıb. Buna görə də ona qarşı "zorlama və oğurluq" iddiası ilə cinayət işi başlanılıb. Öz ifadəsində isə saxlanılan şəxs qadının könüllü olaraq ona "təslim" olduğunu iddia edib. Sürücünün iddiasına görə, iki uşaq anası olan qadın ona "ara küçələrə gir, qaranlıq bir yer tap, avtobusu dayandır və sonra yanıma gəl" deyib.\istipress\


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 13308   Tarix: 11 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888