Biri 15 manata limon görmüşdünüz ?

Biri 15 manata limon görmüşdünüz ?"Azərbaycanın incisi" adlandırılan Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu özünün dadlı meyvələri ilə də şöhrət qazanıb. Həmin meyvələr arasında xüsusi fərqlənən Ordubad limonu insanları dadı, tamı və xoş ətri ilə cəlb edir.

BiG.AZ AZƏRTAC-a istinadən bildirir ki, onu fərqləndirən əsas cəhətlərdən biri də tərkibinin efir yağları, vitaminlərlə, minerallarla zəngin olmasıdır. El arasında deyirlər ki, buna səbəb Naxçıvan torpağının faydalı elementlərlə zənginliyi, suyun və havanın saflığı, təmizliyidir. Ona görə də Ordubad limonunun bir ədədi 5, bəzən isə hətta 15 manata satılır. Qədim zamanlardan əhali arasında belə bir fikir də var ki, limonu onu becərəndən başqası dərsə, ağac küsür, bar vermir.

Müalicəvi əhəmiyyətə malik limon Ordubadda dibçəklərdə və istixanalarda yetişdirilir. Çünki Naxçıvanın iqlimi bu meyvənin açıq hava şəraitində yetişdirilməsinə tam imkan vermir. Buna baxmayaraq, rayon sakinləri yüksək məhsuldarlığa nail ola bilirlər. Nəticədə limonçuluq ən gəlirli sahələrdən birinə çevrilib.

Limonçuluqla məşğul olan ordubadlılar qeyd edirlər ki, yaxşı becərildikdə torpağa əkilən bir ağacdan il ərzində 220-250 ədəd limon götürmək mümkündür. Bu şərtlə ki, gərək aqrotexniki tədbirləri vaxtında həyata keçirəsən. Yəni, yaxşı məhsul götürmək üçün ağacı vaxtı-vaxtında budamaq lazımdır. Limon ağacında əsasən aşağı budaqlarda meyvə olur. Ona görə də yuxarı budaqları vaxtında budamaq məhsuldarlığı artırır. Bundan başqa, istixanada temperaturu düzgün tənzimləmək də çox əhəmiyyətlidir. Xüsusilə də axşam saatlarında buna ciddi diqqət yetirilməlidir. Bu vaxtlar temperatur 15-18 dərəcə olmalıdır.

Ordubad limonunun vaxtlı-vaxtında suvarılması da məhsuldarlıqda öz rolunu oynayır. Belə ki, yay aylarından fərqli olaraq, qış aylarında bu bitki çox su istəmir. Həftədə bir dəfə suvarmaq kifayətdir. Əgər düzgün qulluq edilərsə, ağacdan il boyu meyvə götürmək olar. Limon ağacı, əsasən, ilin bütün fəsillərində çiçəkləyir. Bir ağacda həm göy limon, həm də yetişmiş limon görmək mümkündür.

Qeyd edək ki, bu gün "2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı"nın uğurla icrası və "2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı"ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində görülən işlər bu sahədə uğurların əldə edilməsinə şərait yaradır. Buna görə də bu gün Ordubad şəhərində, Aza, Vənənd, Aşağı Əndəmic kəndlərində və digər yaşayış məntəqələrində bu sahə ilə məşğul olanların sayı ötən illərdə daha da artıb. Təbii ki, bu, məhsul istehsalının artımına müsbət təsirini göstərib. İstehsal olunan məhsul paytaxt Bakı şəhərində də özünə xeyli alıcı toplayıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2596   Tarix: 09 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İntim videolar çəkən FHN polkovniki yenidən hakim qarşısında

Fövqəladə Hallar Nazirliyindəki (FHN) xidməti otağında intim videolar çəkib yaymaqda təqsirləndirilən polkovnik Zaur Mirzəyevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. xəbər verir ki, Ali Məhkəmənin hakimi Nazim Mövsümovun sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilə

09:58 401
.

Vəzifəli şəxslər niyə İNTİHAR EDİR? - PSİXOLOQ AÇIQLADI

İnsanlar çox vaxt həyatlarının bir yerində intihara cəhd edir və bu intiharların əksəriyyəti ölümlə nəticələnir. Əlbəttə ki, bu gün insanları intihara sövq edən bir sıra faktorlar. Əlbəttə ki, bu onların çox vaxt psixoloji vəziyyəti ilə bağlı olur. Mətbuatda çox vaxt sadə vətəndaşların intihar xəbərlərin

10:52 566
.

Taleh Yüzbəyov həyat yoldaşını siqaretlə YANDIRDI - VİDEO

Aktyor Taleh Yüzbəyovun bloger həyat yoldaşının başına iş gəlib. xəbər verir ki, bu barədə Xatirə öz sosial şəbəkə hesabında paylaşdığı bildirib. "Bəli, mənim həyat yoldaşım siqaretlə alnımı yandırdı" - deyə o bildirib. Xatırladaq ki, cütlüyün iki övladı var

11:37 914
.

Zəngəzurda iranlı turistlərin ölümünə və xəsarət almasına səbəb olan erməni sürücü saxlanılıb

Zəngəzurda iranlı turistləri daşıyarkən qəzaya urğayan avtobusun sürücüsü saxlanılıb. Bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat katibi Qoar Abramyan sosial şəbəkə hesabında bildirib. O, qeyd edib ki, qərar cinayət işi çərçivəsində qəbul edilib. Xatırladaq ki, hadisə dünən Ermənistanın Qərb

28.04.2024 328
.

5 gün əvvəl azadlığa çıxmışdı - Yenidən həbs edildi

Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyevlə birgə həbs edilən, ötən həftə isə polis nəzarəti şərti ilə azadlığa buraxılan Vüqar Kərəmov yenidən həbs edilib. "Qafqazinfo"nun məlumatına görə, Bakı Apellyasiya Məhkəməsi prokurorun protestini əsaslı hesab edib. Qərar

13:59 334
.

Aprelin son gününün HAVA PROQNOZU

Aprelin 30-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi axşama doğru mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 14-17 isti

12:52 198
.

Samirə Yusifqızı: "İt kimi öləcəksiniz"

"Bir çoxunun üzünə yalandan gülürəm. Həmişə üzümdə təbəssüm olur. Amma ürəyimdəki ürəyimdədir. Onların özünə demədən ürəyimdən silmişəm. Bunu yəqin ki, özləri də hiss edirlər, bilirlər. Çünki 90 faiz insan üzünə gülüb, bir addım o tərəfə aralanan kimi min cür söz danışırlar. Onlardan nə keçəcəyi

14:14 256
.

İlham Əliyev: Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığında Azərbaycanla Ermənistanın delimitasıya komissiyası tərəfindən əldə olunmuş razılaşmanın ikitərəfli əsasda aparılmış dialoq və qarşılıqlı anlaşma şəraitində keçirilmiş müzakirələrin nəticəsi olduğunu qeyd edib. "Report"

28.04.2024 340
.

Bakıda 56 yaşlı qadını avtomobil vurub

Bakının Nəsimi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, rayonun Həsən Əliyev küçəsində qeydə alınıb. Belə ki, avtomobil yolu keçən 1968-ci il təvəllüdlü Seyidova Sevda Tofiq qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliy

28.04.2024 206