"O ses Türkiye"dən uzaqlaşdırılan azərbaycanlılar: "Bizə tələ qurdular"

"O ses Türkiye"dən uzaqlaşdırılan azərbaycanlılar: "Bizə tələ qurdular""O səs Türkiyə" mahnı müsabiqəsində azərbaycanlı iştirakçıların yarışmadan çıxması böyük müzakirələrə səbəb olub.

BiG.AZ-ın qafqazinfo-ya istinadən məlumatına görə, iştirakçılar Zülfi Əsədov, İlham Nəzərov, Müşfiq Əliyev, Gülşən İbadovanın özləri də müsabiqədən uzaqlaşdırılmaqlarını onlara qarşı yaradılan kampaniyadan irəli gəldiyini bildirirlər.

Hətta müsabiqədə milli mahnılarımızın müəllif hüquqlarının pozulması, anonim kimi təqdim edilməsinə etiraz olaraq mediada yayımlanan məlumatların həmyerlilərimizin taleyinə təsir etdiyini də iddia edənlər az deyil.

Anonim qalmaqalına görə, azərbaycanlıların yarışmadan getdiyini iddia edənlər sırasında əməkdar artist Aybəniz Haşımova və bəstəkar-aparıcı Murad Arif də var.

Mövzu ilə bağlı müsabiqədən uzaqlaşdırıldığı iddia edilən iştirakçılarla əlaqə saxladıq.

Açıqlama verən Hakan və Gökhan Özoğuzun qrupunun üzvü Zülfi Əsədov düşünür ki, azərbaycanlılara qarşı tələ qurulub:

"Gökhan və Hakanın qrupunda 85 iştirakçıdan 4-ü azərbaycanlı idi. Ora Gülşən İbadova, İlham Nəzərov da daxildir. İştirakçılar 6 nəfərdən ibarət iki qrupa bölündü. Onlardan ikisi üst tura keçmək üçün mübarizə apardı. Gökhan və Hakan qrupa 4 azərbaycanlını salmışdı. Biz də məsələni başa düşmədik, şübhələndik və oxumaq üçün səhnəyə çıxdıq. Onlar 6 nəfərdən iki Türkiyə vətəndaşını saxladı, dörd azərbaycanlını evə göndərdi. Onda başa düşdük ki, bizə qarşı qurulan tələdir. Mediada yazılıb ki, iştirakçılar yarışmadan uzaqlaşdırılıb. Uzaqlaşdırma qovulma kimi başa düşülür. Guya biz oxumamışıq, sadəcə, müsabiqədən uzaqlaşdırılmışıq. Amma belə deyil. Dünya layihəsi olmasına baxmayaraq "Acun media" otaq turu təşkil edib. Həmin turlar efirdə yayımlanmır. Bu format yalnız Türkiyədə reallaşdırılır, digər "The voice"larda belə bir şey yoxdur. Türkiyədə isə həmin tur 3-4 ildir ki, həyata keçirilir".

İlham Nəzərov isə onlarla birgə Türkiyə vətəndaşlarının da yarışmadan kənarlaşdırıldığını söyləyib:

"Heç bir problemlə üzləşməmişik. Azərbaycanlı iştirakçı Elnur Hüseynov qalib olmuşdu. Bu səbəbdən ondan sonra yarışmaya qatılan iştirakçıları yavaş-yavaş ələməyə başladılar. Biz duel turunda iştirak etdik. Duellər turu tamaşaçısız həyata keçirilir. Acun Ilıcalı hər dəfə yarışmaya fərqli format qatır. Duellərdə münsiflər bizi seçmədi. Təkcə yarışmada azərbaycanlılar yox, Türkiyə vətəndaşları da çıxdı".

Digər iştirakçı Nofəl Aslanov isə mövzu ilə bağlı açıqlama verməkdən imtina edib.

Qafqazinfo, eyni zamanda, "O səs Türkiyə" yarışmasının meneceri ilə əlaqə saxlayıb. O, məsələdən məlumatsız olduğunu söyləyib və problemin araşdırılacağını qeyd edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2762   Tarix: 09 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Yalı çapkını"na vida edəcək

"Yalı çapkını" serialında növbəti ayrılıq yaşanacaq. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mövsümün sonunda "Pelin" obrazına həyat verən aktrisa Buçe Buse layihəyə vida edəcək. Qeyd edək ki, serialın baş rollarını Afra Saraçoğlu ilə Mərd Ramazan Dəmir canlandırır

04.05.2024 610
.

Uşaqlıq fotosunu paylaşdı

"Avroviziya" təmsilçilərimizdən olan Safurə Əliyeva sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, ifaçı uşaqlıq fotosunu izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, Safurə Fərhad Əliyevlə ailəlidir. F.Əliyev mərhum energetika naziri Natiq Əliyevin oğludur. Fərha

05.05.2024 388
.

"Aygün Kazımovanın yerini heç kim tuta bilməz"

"Mən Aygün Kazımovanın etdiklərinə tab gətirə bilmərəm. O mənim üçün divadır. Sənətkarı illər bu yerə gətirir". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva "Gül kimi şou" verilişində deyib. Sənətçi Xalq artisti Aygün Kazımovanın yerini heç kimin tuta bilməyəcəyini qey

03.05.2024 1713
.

Akif İslamzadədən qalmaqallı açıqlama - "Aparıcıların çoxu qadındır"

Xalq artisti Akif İslamzadə "Mirinin dibçəyi" layihəsində qonaq olub. Axşam.az xəbər verir ki, ifaçı açıqlamasında "Mədəniyyət" telekanalı tənqid edib:. "Efirlərə məni dəvət edirlər. Bu yaxınlarda "Mədəniyyət" telekanalından dəvət aldım, Hacıbaba Hüseynovun ölümünü

05.05.2024 341
.

Aygün Kazımova və Namiq Qaraçuxurlu illər sonra bunu etdi

"Tezliklə Aygün Kazımova ilə yeni duetimizi təqdim edəcəyik". Axşam.az xəbər verir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu "İncə səhər" verilişində deyib. Sənətçi Xalq artisti Aygün Kazımova ilə hazırladıqları yeni duetdən danışıb. O bildirib ki, illər sonra hazırladıqları layihən

04.05.2024 1809
.

"İnsanlara sosial problem yox, boşanma maraqlıdır"

"Ehtiyac yoxdur bahalı mahnı alıb, bahalı klip çəkdirim. Tamaşaçı deyir, get otur mətbəxdə oxu. Niyə özümü dərdə salım. Axşam.az xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan "Cümə axşamı" proqramında deyib. Sənətçi artıq keyfiyyətli mahnıların sevilməməsindən şikayətlənib. O bildiri

04.05.2024 350
.

Türkiyəli məşhurlarla filmə çəkilən azəbaycanlı aktrisa ilə MÜSAHİBƏ

Azərbaycanlı məşhur aktrisa Aysel Nazim Türkiyədə filmə çəkilib. O, bir çox məşhurların çəkildiyi "Çingene Kızı" adlı filmdə baş rolu ifa edib. Film 10 mayda Türkiyədə, 15 mayda isə Azərbaycanda təqdim olunacaq. Qeyd edək ki, filmdə türkiyəli məşhurlar İnan Ulaş Torun, Altan Erkekli, Orha

04.05.2024 401
.

"Şahane Hayatım" final edəcək

"Şahane Hayatım" serialı final qərarı alıb. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Qeyd edək ki,serialın ilk bölümü 1 noyabr 2023-cü il tarixində yayımlanıb

03.05.2024 453
.

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb - VİDEO

Müğənni Əbdül Xalid dəhşətli avtomobil qəzasına düşüb. xəbər verir ki, o bu fikirləri ATV-də yayımlanan "Günaylı Gün" verilişində deyib. Bildirib ki, qəzadan sağ çıxmaq çətin idi:. "Şükürlər olsun, özüm zədə almadım. Amma maşın yararsız haldadır. Allah qorudu". Ətraflı videoda:

02.05.2024 1894