Şou Biznes

[img=default]uploads/1206551126_roya.jpg[/img]

Röya konsertində beş yeni mahnı ifa edəcək

Müğənni Röyanın martın 30-da Heydər Əliyev adına İdman Konsert Kompleksində "Mən sizə göstərərəm" adı altında keçirəcəyi konsert diskoteka formasında təşkil olunacaq. Sənətçinin mətbuat katibi Ülviyyə Alovlu APA-ya bildirib ki, Röya konsertində 17 mahnı ifa edəcək. Mahnılardan 5-i yenidir: "Konsertdə diskoteka üçün tələb olunan bütün işıq avadanlıqları quraşdırılacaq. Gənclər Röyanın ifası altında rəqs etmək imkanı əldə edəcəklər". Ü. Alovlunun sözlərinə görə, xüsusi olaraq konsert üçün gətirilən işıq, səs avadanlıqları və səhnə dekorasiyasının quraşdırılmasına martın 28-də başlanılacaq. Sənətçini konsert boyu yerli rəqqaslar müşayiət edəcək. Konsertin sonunda isə keçmiş "W trio" qrupu - Röya, Natəvan Həbibi və Elnarə Xəlilovanın ifasında musiqisi reper Cinə məxsus olan yeni mahnı səslənəcək. Konsertin rejissor Ülviyyə Könül tərəfindən lentə alınacağını bildirən mətbuat katibi konsertdən sonra həmin video-yazılardan ibarət film hazırlanacağını qeyd edib. Konsertdə Röya pərəstişkarlarının qarşısına modelyer Gülnarə Xəlilovanın geyimlərində çıxacaq.
Qeyd edək ki, Tolikin təşkilatçılığı ilə keçiriləcək konsertin biletləri 10-20 manat arasındadır.

[img=default]uploads/1206552809_sssss.jpg[/img]

Azəri-star" layihəsi "Space" kanalından imtina etdi

"Space" kanalında yayımlanan "Azəri-star" layihəsi bundan sonra "Lider" kanalında efirə çıxacaq. Layihənin rəhbəri Kamal Ceng İçten APA-ya açıqlamasında bildirib ki, bu təklif "Lider" kanalının rəhbərliyindən gəlib: "Biz bu təklifi çox gözəl qarşıladıq və qəbul etdik. Məsələni "Space" kanalının rəhbərliyinə də anlatdıq, onlar da bizimlə razılaşdılar. Yeni işbirliyinə başladığımız kanalda daha bir neçə layihənin reallaşmasını nəzərdə tutulur". K. C. İçtenin sözlərinə görə, bu gündən etibarən "Azəri-star-2008" yarışmasına sənəd qəbulu başlayır. Sənəd qəbulunun aprelin 5-dək davam edəcəyini vurğulayan layihə rəhbəri canlı yayıma aprelin ortalarında start veriləcəyini qeyd edib: "Bu ilki yarışmada bəzi dəyişikliklər olacaq. Münsiflər heyəti tamamilə dəyişiləcək və orada Azərbaycan şou-biznesinin ən tanınmış simaları təmsil olunacaq". Kamal Cenk İçten builki müsabiqənin formatının dəyişəcəyini də bildirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 7749   Tarix: 26 mart 2008  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Əməkdar artistdən şok açıqlama: "Oğlan adı ilə mənlə danışırdı…" - VİDEO

Əməkdar artist Gülüstan Əliyeva açılaması ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi, məşhur prodüserlərdən birinin oğlan adı ilə ona tez-tez zəng vuraraq telefonla danışdığını bildirib:. "Mənə tez-tez zəng edirdi. Oğlan adı ilə danışırdı

16.09.2021 4875
.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml

18.09.2021 4164
.

Emre Kaya pərəstişkarını məhkəməyə verdi

Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha

17.09.2021 637
.

"O səs Türkiyə"nin münsifləri açıqlandı

Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq

15.09.2021 2403
.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16.09.2021 2120
.

Pandemiyada ikinci restoranını açdı

Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını

17.09.2021 3697
.

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf

16.09.2021 7387
.

Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO

Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər

18.09.2021 4536
.

Plastik əməliyyat elətdirən Xəyalədən YENİ FOTOLAR

Aktrisa Xəyalə Quliyeva sosial mediada paylaşım edib. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını izləyiciləri ilə bölüşüb. Onun paylaşımına çoxsaylı təriflər, bəyəni gəlib. Qeyd edək ki, aktrisa bədənşəkilləndirmə edib, artıq çəkidən xilas olub. O, eyni zamanda buxaq hissəsini də kəsdirib

18.09.2021 5899