Şou biznesimizin meşhurları bu dəfə uşaqlıqlarını yadlarına saldılar

Şou biznesimizin meşhurları bu dəfə uşaqlıqlarını yadlarına saldılarDemək olar ki, bütün uşaqlar valideynləri, yaxınları tərəfindən müxtəlif ləqəblərlə çağırılırlar.

Müğənni Almaz Ələsgərli:

"Uşaqlıqda evdə məni "Amaska", həyətdə isə "Almazik" adlandırırdılar. İndi də Almazik deyənlər var. Qəribədir ki, nədənsə bəzən "Solmazik" kimi də çağırılıram (gülür)".

Tele-radioaparıcı Emin Musəvi:

"Uşaqlıqda evdə mənə Eminçik deyiblər. İndi təəssüf ki, artıq belə adlandırmırlar (gülür). İndi yalnız yaxın münasibətim olan qızlar belə deyirlər. Həyətdə isə nədənsə "Eminçin" adlandırıblar və sonradan onu qısaldaraq "Çina" ediblər. Bir sözlə, əsl adımdan daşı daş üstə qoymamışdılar".

Müğənni Vasif Məhərrəmli:

"Evdə məni uşaqlıqda sadəcə Vasif adlandırıblar və indi də belədir. Həyətdə isə "Vaska" deyirdilər. Yaxın dostlarım və tələbə yoldaşlarım hələ də məni belə çağırırlar".

Müğənni Aygün Kazımova:

"Uşaqlıqda evdə məni "Zoluşka" adlandırırdılar. Səbəbini bilmirəm (gülür). Anam deyərdi: "Ayım, günüm, qartalmışım, qartalıb evdə qalmışım". Həyətdə və ya məktəbdə sadəcə "Aygün" kimi çağrılmışam və ləqəbim olmayıb".

Müğənni Elariz:

"Elə nadir adım var ki, kimsə onu qısaltmaq, başqa cür səsləndirmək istəməyib (gülür). Amma yenə də həyətdə "Elik", "Eliş" deyənlər olub".

Şoumen Kamran Həsənli:

"Məktəb illərində həyətdə mənə "Kirpi" deyirdilər. Sonradan "Kasparov" adlandırmağa başlamışdılar. Bu, məşhur şahmatçıya müəyyən qədər bənzəməyimlə əlaqədar idi. Evdə "Kamış" kimi də çağırıblar".

Müğənni Nura Suri:

"Bildiyiniz kimi, mənim adın Aynurədir. Amma bu adı heç zaman bəyənməmişəm. "Ayka" kimi müraciət edənlər olub. Sonradan "Ay"ı ixtisara salmışam və Nura qalıb. Amma evdə hələ də Aynur deyə çağırırlar. Məktəbdə hamı "Ayka" deyib".

Müğənni Günel Ələkbərova:

"Uşaqlıqda mənə hansı adları qoymayıblar ki? (gülür). Anam "Günəş", nənəm "Məstanə" adlandırırdı. Dayım "Güldəstə" deyirdi. Buna səbəb bu adda rəfiqəm haqda evdə çox tez-tez danışmağım idi. Babam həmişə məni "Könül" deyə çağırıb. Çünki bu adı mənə qoymağı çox istəyibmiş. Məktəbdə və həyətdə "Günka" deyiblər. Dostlarım hələ də belə müraciət edirlər".

Müğənni Abbas Bağırov:

"Anam məni "Abulya", atam isə Abbas adlandırıb. Çünki onun atasının şərəfinə Abbas adlandırılmışam. Həyətdə və məktəbdə də "Abulya" kimi çağırılırdım. Müəllimlərim "balaca Al Paçino" da deyirdilər".

Müğənni Səməd Səmədov:

"Mənim adım elədir ki, istəsən də qısaltmaq mümkün deyil. Amma uzun illərdir dostluq etdiyim skripkaçı Natiq Nuriyev məni həmişə "Sement" adlandırıb (gülür). Evdə "Səma", bəzən "Sem" adlandırıblar. Məktəbdə ya adımı deyir, ya da "içərişəhərli" adlandırırdılar".

Bəstəkar və prodüser İsa Məlikov:

"Adım o qədər qısadır ki, onu qısaltmaq çox çətindir (gülür). Yeri gəlmişkən, İsa adlı şəxsləri adətən "İshik" adlandırsalar da, mənə heç vaxt belə müraciət olunmayıb. Məktəbdə musiqiyə olan həvəsim və pianodakı ifama görə "Motsart" deyənlər olub".

Müğənni Brilyant Dadaşova:

"Uşaqlıqda nədənsə məni ya Brilik, ya da Bryulik adlandırırdılar. Amma məsələn, Faiq Sücəddinov "Mənim Brilyantım" və nəyə görəsə "Barbos" adlandırıb. Akif İslamzadə isə mənə "Xanım ana" deyirdi".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 5241   Tarix: 11 noyabr 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Fahriye Karan üçün 15 dayə dəyişdi

Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"

16.09.2021 2609
.

Tünzalə Ağayevanın formada qalma sirri - Fotolar

Xalq artisti Tünzalə Ağayeva son günlər görünüşündəki dəyişikliklərlə gündəmə gəlir. Axşam.az xəbər verir ki, müğənni əvvəlcə sarı saçlarını tünd rəngə boyadı. Daha sonra isə onların düz görünüşünü buruqlu düzümlə əvəzləyib. T.Ağayeva eyni zamanda cəsarətli geyimləri ilə də gündəmdən düşmür. İfaçı İnstaqramı

17.09.2021 2993
.

Türkiyədə yaşayan azərbaycanlı aktrisa AİLƏSİ İLƏ - FOTOLAR

Ailə qurandan sonra Türkiyədə yaşamağa başlayan aktrisa Cəmilə Tağızadədən xəbər var. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını paylaşıb. Fotolarda onun həyat yoldaşı Murad Təmiz və oğlu da yer alıb. Onun paylaşımı izləyicilərin marağına səbəb olub. Fotolara çoxsaylı bəyəni gəlib. Qey

18.09.2021 4262
.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059
.

Bu səhnənin "Aşkı memnu"dan oğurlandığı iddia edildi

"Kanal D"də yayımlanan "Camdaki kız" serialı yenidən izləyicilərin tənqidlərinə tuş gəlib. Axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rol ifaçılarından Nur Sürerin yeni ailə həyatı quran qızı ilə kürəkəninin ilk gecələrini yan evdən binoklla izləməsi bəyənilməyib. İzləyicilə

17.09.2021 4785
.

Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb

Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır

16.09.2021 2690
.

Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb

17.09.2021 7467
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

Validə Abbasova Yunanıstanda belə dincəlir - FOTOLAR

"Miss milenium" gözəli Validə Abbasova yay tətilini Yunanıstanda keçirib. Axşam.az-a istinadən xəbər verir ki, keçmiş model gəzinti fotolarını İnstaqramda izləyiciləri ilə bölüşüb. Abbasovanın formada qalması isə izləyicilərinin diqqətini çəkib. Onlar modelə bunla bağlı suallar ünvanlayıblar

17.09.2021 2305