"18 yaşında ailə qurdum, övladım dünyaya gəldi boşandım" - DAMLA

"18 yaşında ailə qurdum, övladım dünyaya gəldi boşandım" - DAMLA"Eks ərimlə bizi bir-birimizə bağlayan övlad var"

BiG.AZ xəbər verir ki, bunu qafqazinfo.az-a müsahibəsində gənc müğənni Damla söyləyib.

Müsahibədən kiçik hissəni təqdim edirik:

- Sizin könül yaranız nədir?

- Uğursuz bir evlilik yaşadım. Yalnız övladım tək və atasız böyüyür. Mən onun üçün hər şey verə bilərəm, ancaq atalıq edə bilmərəm. Şükür olsun ki, bəzi atalı övladlardan yaxşı böyüyür. Bir tək onun tənhalığı könül yaramdır. Atalıq övlad daha ürəkli olur. Xeyirlisi olsun....

"Evliliyim qısa oldu, uşaq dünyaya gəldikdən sonra boşandım"

- Niyə ailə həyatınız uğursuz alındı?

- 18 yaşımda ailə həyatı qurdum, evliliyimiz sevgi əsasında qurulmamışdı. Düzdür, övladımın atasıdır, başımızın üstündə yeri var. Oğlumu ona qarşı böyütməmişəm. Kənardan baxıram, ailələr dağılır, ancaq övladı ataya göstərmirlər. Düzgün bir şey deyil, əleyhinəyəm. Uşaqlar kökünü bilməlidir. Mən istəyərəm ki, oğlum əmisi, bibisi ilə görüşsün, onların övladları ilə dostluq etsinlər. Ancaq belə deyil. Qarşı tərəfdən istilik görmürəm. İki mədəni insan kimi ayrılmışıq, həyat davam edir.

Bizi bir-birimizə bağlayan övlad var. Həmin insanı həyatımın ən gözəl və gənc illərini məhv etdiyi üçün bağışlaya bilmirəm. Kaş ki, günah məndə olardı. Bu gün səhvimi başa düşüb əlimdən gələni edərdim ki, ailəni bir araya gətirim. Ancaq günah məndə olmadı. Evliliyim çox qısa oldu, övladım dünyaya gəldikdən sonra boşandım.

"Bilmirdilər ki, oğlumu hər kəsdən gizlədirəm"

- Deyirlər ki, Damla övladını gizlədir. Səbəbi nədir?

- Oğlum başqa cür oğlandır, sərbəstliyi sevir. Bəzi müğənni övladları var ki, analarının tanınmışlığı ilə öyünürlər. Ancaq mənim oğlum belə deyil, öyünmür. Mən onunla foto çəkdirib paylaşa bilmirəm. Deyir ki, onu instaqramda paylaşma. Verilişlərin birində mənim üçün dəyərli olan bir şəxsin qız övladına mahnı həsr edib oxudum. Söylədim ki, həmin qızı dünyalar qədər çox istəyirəm. Aparıcılar efirdə dedilər ki, oğlun qısqanmadı?

Təsəvvür edin ki, qəribə hala düşdüm. Onların günahı yox idi, onlar bilmirdilər ki, oğlumu hər kəsdən gizlədirəm. Dedim ki, bacardığım qədər onu mediadan gizlədirdim. Məqsədim özümü subay kimi qələmə vermək deyil. Buna Allah şahiddir. İstəyirdim ki, məktəbə rahat getsin, həyətdə rahat oynasın. İndi hiss edirəm ki, rahatlıq yoxdu. Söyləyir ki, məktəbdə artıq məni tanıyırlar, səninlə şəkil çəkdirmək istəyirlər. Bundan başqa məktəbdə son zəng olacaq, istəyirlər sən gəlib mahnı oxuyasan.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 16986   Tarix: 13 dekabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Almaxanım görünüşü ilə DİQQƏT ÇƏKDİ - FOTOLAR

Heydər Əliyev Fondu, Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət Fondunun birgə təşkil etdiyi VI Muğam Müsabiqəsinin qalibi - Qran Pri mükafatının sahibi Almaxanım Əhmədli sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Almaxanım instaqramda yeni fotosunu izləyicilər

21.04.2024 11942
.

Rafael İskəndərovdan 52 yaş videosu

Əməkdar artist Rafael İskəndərovun ad günüdür. Axşam.az xəbər verir ki, 52 yaşı tamam olan aktyor bununla bağlı paylaşım edib. R.İskəndərov oğlu ilə çəkdirdiyi ad günü videosuna "Təbriklərə görə təşəkkür edirəm" qısa şərhini yazıb. Qeyd edək ki, "Bu şəhərdə"nin aktyorunun iki övlad

23.04.2024 708
.

Cavanşir Məmmədovun son sözü bu olub - VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. bildirir ki, bu barədə ATV kanalında yayımlanan "Bizimləsən" verilişinin canlı yayımında açıqlama verilib. Müğənni Firuzə İbadova bildirib ki, həmin vaxt ona zəng gəlib. "Ona kimsə zəng edib. Telefon əlindən düşüb. Deyib ki

24.04.2024 1309
.

Balaəli Rəşad Dağlının ad gününü övladları ilə keçirtdi - Video

Hazırda həbsxanada olan meyxanaçı Rəşad Dağlının ad günüdür. Axşam.az xəbər verir ki, ifaçının övladları Yusif və Bətül atasının ad gününü meyxanaçı Balaəli Rzayevlə birlikdə qeyd ediblər. B.Rzayev onun evinə gedərək, şam yandırıb, arzularını səsləndirib. "Gələn il azadlığa qovuşasan" deyə

23.04.2024 652
.

"Sibel Canın verilişi kimi layihə edəcəyəm"

Müğənni Aygün Şükürova yenidən aparıcılıq edəcəyini deyib. OLAY yazır ki, ifaçı ötən il apardığı verilişdən bəhs edərkən, həyata keçirmək istədiyi yeni layihəsindən söz açıb. O, bu barədə "Xəzər axşamı" proqramında danışıb. "Nuşi can" verilişi idi. 9 ay apardıq. 5 gün canlı efir idi

24.04.2024 735
.

"Vallah, elə bir oğlana ərə gedirsən ki…"

Xalq artisti Röya Ayxan Mələkxanım Eyubovanın qızı Nəzrin Nəcəfova ilə müğənni Mərdan Kazımovun toyuna qatılıb. OLAY yazır ki, estrada ulduzu TV-lərə müsahibəsi zamanı cütlüyə xoşbəxtlik diləyib və bu sözləri deyib:. "İki sənət adamının toyudur. Mələkxanım Eyubova ilə çox münasibətimiz yoxdur. Əlbətt

22.04.2024 1617
.

"Molla Quranı göstərib deyir ki, sənin növbəndir"

Əməkdar artist Yusif Mustafayev ölüm xəbərinin yayılmasından danışıb. Axşam.az xəbər verir ki, ki, müğənni "Elgizlə izlə" proqramına zəng edərək bunları deyib:. "Kimə nə etmişəm? Bir dəfə demişəm ki, atam uzunömürlü olub, mən də çox yaşayacağam. Kim bilir, bəlkə sabah öldüm. Bir moll

22.04.2024 670
.

"Evlənmərəm" deyib böyük danışıram" - Simge

Mənim kimi öz ayaqları üstündə dura bilən qadınlar sadəcə bəyəndiyi və seçdiyi kişilərlə münasibət qurur. xəbər verir ki, bu sözləri türkiyəli müğənni simge deyib. O qeyd edib ki, evliliyi istisna etmir:. "Evlənmərəm" deyib böyük danışıram. Amma hər şeyə açığam. Surprizləri sevirəm"

25.04.2024 361
.

"Yalı çapkını" serialına yeni aktyor gəlir

"Yalı çapkını" serialına yeni obraz qatılacaq. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Aktyor Nazmi Kırık serialın yeni üzvü olacaq. O, serialda Akının atası Tayyar rolunu oynayacaq

22.04.2024 1973