Dünyanı "Qanlı əllər"lə idarə edən 13 kriminal avtoritet - FOTOLAR

Dünyanı "Qanlı əllər"lə idarə edən 13 kriminal avtoritet - FOTOLARDünyanı idarə edənlər arasında siyasətçilər, biznesmenlər və hərbçilərlə yanaşı, başqa zümrə də var: "Qanuni oğru", yaxud kriminal avtoritetlər. Onlar "yeraltı dünya"nı nəzarətdə saxlayır və daim nüfuz dairəsi uğrunda bir-biri ilə sözün əsl mənasında qanlı müharibə aparırlar.

BiG.AZ bildirir ki, publika.az dünyanı idarə edən "qanuni oğru"ların kimliyini araşdırıb.

Şakro Maladoy (Rusiya)

Əsil adı Zaxari Kalaşov olan Şakro Rusiya daxil olmaqla, əsasən post-sovet məkanına nəzarət edir. Şakro 2003-cü ildə İspaniyada yaşamağa başlayıb. Orada "On birlərin klanı" adında gürcü-rus mafiyasına liderlik edib. 2005-ci ildə İspaniya polisinin keçirdiyi əməliyyat nəticəsində çoxsaylı "qanuni oğru"lar həbs olunsa da, Şakro Dubaya qaçmağı bacarıb. Lakin bir il sonra onu həbs edib İspaniyaya gətirirlər. 2010-cu ilə qədər davam edən məhkəmə prosesində "qanuni oğru"ya 7 il həbs, 20 milyon avro cərimə hökmü çıxarılır.

MDB-də kriminal aləmin ağsaqqalı olan Ded Xasan öldürüldükdən sonra, Rusiyaya dönən Şakro Maladoy onun varisi olaraq bölgəyə nəzarəti ələ alıb. Rusiya hüquq-mühafizə orqanları Şakronu "kriminal aləmin kralı" olaraq qeyd edirlər. Bu il yenidən həbs edilən Şakro ömrü boyu barmaqlıqlar arasında qala bilər. Hələlik məhkəmə prosesi gedir. Lakin o, həbsxanaya düşsə də, krallığını yenə davam etdirəcək.

Matteo Messina Denaro (İtaliya)

Siciliya mafiasının liderlərindəndir. "Diabolik", yaxud "Roleks" təxəllüsü ilə tanınır. Matteo Salvadore Lo Pikkolonun həbsindən sonra, 2007-ci ildə Siciliya mafiasının bir nömrəli liderinə çevrilib. 1993-cü ildən etibarən polisdən gizlənir. "Mənim öldürdüyüm insanlarla bir qəbristanlığı doldurmaq olar" sözləri ilə məşhurdur.

Keniti Sinoda (Yaponiya)

O, Yaponiyanın "Yamaquti-qumi" mafiasına rəhbərlik edir. 27,7 min üzvü olan qruplaşma ən böyük mafia klanlarından hesab olunur. 1962-ci ildə kriminal karyerasına başlayan Keniti hazırda öz qruplaşması daxilində nüfuz dairələrinin bölüşdürülməsi mübarizəsində iştirak edir.

İsmael Zambada Qarsiya (Meksika)

"El Mayo Zambada" ləqəbi ilə tanınan "qanuni oğru" Meksikada narkotika ticarətinə rəhbərlik edir. O, dəfələrlə həbsxanaya düşüb. Özü olmayanda, bütün işlərə birinci müavini nəzarət edir.

Davud İbrahim (Hindistan)

Hindistanın "D-Company" adlı ən qüdrətli kriminal klanının rəhbəri olan Davud İbrahimin əsil adı Şeyx Davud İbrahim Kaskardır. O, 1955-ci ildə anadan olub. Terrorçuluq, cinayətkar qruplaşma yaratmaq və digər cinayətlərə görə İnterpol xətti ilə axtarışdadır. Onun sərvəti 6-7 milyard dollar həcmində qiymətləndirilir. Bəzi məlumatlarda isə bu sərvətin 20 milyard dollar olduğu deyilir.

Çanq An-lo (Tayvan)

Tayvan mafiasının lideri "Ağ canavar" ləqəbi ilə tanınır. 2013-cü ildə böyük girov qarşılığında azadlığa buraxılıb. "Ağ canavar" siyasətə də qarışır və Çinlə Tayvanın birləşməsinin tərəfdarı kimi çıxış edir.

İshak Aberdjil (İsrail)

İsrailin ən təhlükəli kriminal avtoriteti sayılan İshak "Aberdjil" mafia klanına rəhbərlik edir. O, qətl, narkotik maddələrin satışı, qumar və çirkli pulların yuyulması cinayətlərinə görə həbsxanadadır. Lakin barmaqlıda olmasına baxmayaraq, bu, onun öz klanını idarə etməsinə mane olmur.

"Komissiya" (bütün Amerika mafiasını idarə edən orqan)
"Komissiya"nın ilk iclası 1931-ci ildə, son iclası isə 1985-ci ildə keçirilib. Qruplaşma üzvləri hazırda əyani şəkildə görüşə bilməsələr də, onlar müasir üsullarla öz addımlarını bir-biri ilə uyğunlaşdıra bilirlər.

"Komissiya"nın tərkibinə Nyu-Yorkun beş "mafia ailəsi" - Bonanno, Qambino, Cenoveze, Kolomb və Lukezze daxildir. Həmçinin, "Çikaqo mafiası" "Komissiya"da təmsil olunur. "Komissiya"ya Amerikanın məşhur kriminal avtoritetləri Stiven Krea, Domeniko Çefalu, Persiko Karmini, Liborio Vellomo, Maykl Mankuzo və Con Difronso rəhbərlik edir.

Dünyanı "Qanlı əllər"lə idarə edən 13 kriminal avtoritet - FOTOLARDünyanı "Qanlı əllər"lə idarə edən 13 kriminal avtoritet - FOTOLARDünyanı "Qanlı əllər"lə idarə edən 13 kriminal avtoritet - FOTOLARDünyanı "Qanlı əllər"lə idarə edən 13 kriminal avtoritet - FOTOLARDünyanı "Qanlı əllər"lə idarə edən 13 kriminal avtoritet - FOTOLARDünyanı "Qanlı əllər"lə idarə edən 13 kriminal avtoritet - FOTOLARDünyanı "Qanlı əllər"lə idarə edən 13 kriminal avtoritet - FOTOLARDünyanı "Qanlı əllər"lə idarə edən 13 kriminal avtoritet - FOTOLAR


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3535   Tarix: 11 noyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

TOP MP3