Heç bir kişi yatmayacağı qadınla dostluq etməz

Heç bir kişi yatmayacağı qadınla dostluq etməzZigismund Scholomo Freud (Düzgün oxunuşu: Ziqmund Froyd ) 6 may 1856-cı ildə Avstriya-Macarıstan imperiyasında (indiki Çex Respublikası) doğulub, 23 sentyabr 1939-cu ildə Londonda vəfat edib. Psixoanaliz təlimini inkişaf etdirmiş nevroloqdur.

Psixiatriyada "psixoanaliz" adı verilən bir müalicə üsulunu inkişaf etdirib. Ziqmund Froyd ruhi problemlərin qaynağını, xəstələrin gizlədikləri və şüuraltına itələdikləri problemlərdə axtarırdı. Xəstələrin şüuraltındakı duyğularını üzə çıxarmağa söykənən "psixooterapiya" adı verilən üsulla xəstələrini sağaltmağa çalışırdı
Heç bir kişi yatmayacağı qadınla dostluq etməzZiqmund Froydun həyat yolu

1856-cı il 6 may. Yəhudi bir ailədə doğulub.

1860 - Ailəsi Viyanaya köçüb.

1865 - Orta məktəbə getməyə başlayıb.

1873 - Vyana Universitetinin tibb fakültəsinə qəbul olunub.

1876-82 - Vyanada Fiziologiya İnstitutunda Brükenin yanında işləyib.

1877 - Anatomiya və fiziologiya haqqında ilk məqalələri çap olunub.

1881 - Doktor elmi dərəcəsi alır.

1882 - Marta Bernays ilə nişanlanıb.

1882-85 - Vyana Ümumi Xəstəxanasında çalışıb, beyin anatomiyası üzərində araşdırmalarını davam etdirib.

1884-87 - Kokainin klinik istifadəsi haqqında araşdırmalar aparıb.

1885 - Nevropataloji privatdosent (universitet müəllimi) təyin edilib.

1886 - Marta Bernaysla evlənib. Vyanada sinir xəstəlikləri ilə bağlı xüsusi müayinəxana açıb.

1886-93 - Vyanada Kassovitz İnstitutunda nevrologiya ilə bağlı, xüsusilə uşaqlardakı beyin iflicləri haqqında çalışmalarını davam etdirib, xeyli yazılar yazıb.

1887 - Böyük qızı Matilda doğulub.

1887-1902- Berlinli Vilhelm Flisslə dostluq edib və sıx-sıx məktublaşıblar. Froydun bu dövrdə yazdığı və ölümündən sonra 1950-ci ildə nümayiş olunan məktubları onun elmi görüşlərinin inkişafına işıq tutub.

1887 - Təcrübələrində hipnotik təlqindən istifadəyə başlayıb.

1889 - Təlqin texnikasını araşdırmaq üçün, Nancidə Bernhaymla görüşüb. Oğlu martin doğulub.

1891 - "Afazi" haqqında monoqrafiya yazıb.

1892 - Kiçik oğlu Ernst doğulub.

1893-8 - İsteriya, obsesyonlar haqqında araşdırma aparıb və qısa məqalələr yazıb.

1895 - Broyer ilə birlikdə, isterya haqqında çalışmalarını davam etdirib. Faktoloji məqalələr yazıb və öz müalicə texnikasını başa çatdırıb.

1893-96 - Froydla Broyer arasında getdikcə fikir ayrılıqları artıb. Froyd müdafiə və gizlətmə anlayışlarının nevrozun, eqoyla libido arasında bir qarşıdurmanın nəticəsi olduğu fikrini irəli sürür.

1895 - Elmi psixiatriya proyekti Freudun Flissə yazdığı məktublar vasitəsi ilə meydana çıxır. Məktublar çox sonra, 1950-ci ildə çap edilib. Bu proyekt psixologiyanı nevrologiya terminləri ilə izah etməyə uğursuz bir cəhd olsada Froydun sonrakı müalicə üsüllarının qaynağından xəbər verir.

1896 – Psixoanaliz (ruhu təhlil etmə) termini meydana çıxır.

1900 – "Xəyalların şərhi" əsərini bitirir. Əsərin son bölümündə Froydun təhtəlşüur və həzz qanununun üstünlüyü haqqında bütün fikirləri ilk dəfə kompleksləşdirib.

1901 – "Gündəlik həyatın psixopatologiyası" əsəri çap olunub. Bu, xəyallar haqqındakı kitabla birlikdə Froyd qaydalarının, yalnız patoloji vəziyyətlərə deyil normal zehni həyata da tətbiq olunduğunu ortaya qoyur.

1902 - Professor "Extraordinarius" təyin olunur.

1905 – Cinsilik qaydası haqqında təcrübələri birləşdirir. Cinsi instinktin inkişafının, körpəlikdən yetkinliyə qədər olan dövrünü ilk dəfə tam olaraq araşdırır.

1906 - Yunq "ruh təhliletmə" təcrübəsinə qatılır.

1908 - Psixoanalitiklərin ilk beynəlxalq toplantısı Zalsburqda baş tutur.

1909 - Froyd və Yung konfransda iştirak üçün ABŞ-a dəvət olunurlar.

1910 - Narsisizm anlayışı meydana çıxır.

1911-15 – Psixoanaliz haqqında məqalələri çap olunub.

1912-13 – "Totem və Tabu" əsərini yekunlaşdırır. Psixoanalizin antropologiya ilə əlaqələndirilməsi.

1914 – Yunq Froyd təlimindən ayrılır. Froyd "Qurd-adam" əsərini yazıb.

1919 - Narsisizmi döyüş nevrozlularına tətbiq edib. İkinci qızı vəfat edir.

1921 - "Qrup Psixologiyası" əsərini tamamlayıb. Bu əsər eqonun sistematik təhlilinin araşdırılmasının başlanğıcı sayılır.

1923 - Xərçəng xəstəliyi ortaya çıxır.

1925 - Qadınların cinsi inkişafı haqqında araşdırmalara başlayıb

1927 – "Bir səhvin nəticəsi" əsəriylə din mübahisəsinin əsasını qoyub.

1930 - Froyd Frankfurtda "Göte" mükafatı ilə mükafatlandırıb.

1933 - Hitler Almaniyada nüfuz sahibinə çevrilir. Froydun kitabları Berlində xalq qarşısında nasistlər tərəfindən yandırılır.

1934-38 "Musa və Tək Tanrıçılıq" – Sağlığında çap olunan son kitabını yazır.

1936 - Hitlerin Avstriyanı işğalı. Freud Londona getmək üçün Vyananı tərk edir. Ruhçözümləmənin Bir Qaralamas(n)ı. Ruh təhlil etmənin son, bitməmiş amma köklü bir tərifi.

1939-cu il 23 sentyabr - Londonda dünyasını dəyişir.

Heç bir kişi yatmayacağı qadınla dostluq etməzFroyddan seçmələr

- Mədəniyyətin ilk şərti ədalətdir.

- Hələ cavab tapmadığım və qadın ruhuyla əlaqədar otuz il davam edən araşdırmalarıma rəğmən mənim cavablamağı bacarmadığım çox əhəmiyyətli bir sual var: Qadın nə istəyir?

- Güc və etibarı həmişə kənarda axtardım. Amma bunlar insanın içindən gəlir. Və hər vaxt oradadırlar.

- Qiyamət qopsa da, imkan verin ədalət öz yerini tutsun.

- Ədaləti ağılın köməyi olmadan istifadə etmək qeyri-mümkündür.

- Din, ictimai obsesyonlarımız (komplekslərimiz), obsesyonlarımız isə fərdi dinimizdir.

- Adını unutduğunuz adam haqqında şübhəsiz mənfi bir düşüncəniz vardır.

- Siz cavab tapmağa çalışırsınız, biz isə daha çox sual vermək niyyətindəyik.

- Məlumat xəzinələrinə çata bilən insanların sayı nə qədər artsa, dini inanclardan qopma da o qədər yayılacaq.

- Heç bir kişi yatmaq istəməyəcəyi bir qızla yaxın yoldaş olmaq istəməz.

- Mədəniyyətin qurucusu ilk dəfə nizə atmaq əvəzinə söyüş istifadə etmiş insandır.

Psixoanaliz

Froyd psixoloji xəstəliklərin keçmişdə, xüsusilə uşaqlıq dövründə hiss edilən narahatlıqlardan, psixi xəstəliyi olan şəxslərin izah etmək istəmədikləri, hətta unutmuş olduqları qayğılardan, istəklərdən irəli gəldiyini düşünürdü.

Ona görə bu narahatlıqlar, insan ruhunun dərinliklərində qalır, onların xoşbəxt olmalarına maneə törədirdi. Bəzən narahatlıq elə ciddi bir hal alırdı ki, xəstəni xəstəxanaya yatırtmaq lazım gəlirdi.

Bu kimi xəstələri müalicə etmək üçün Froyd psixoanaliz adını verdiyi bir üsul tapdı. Froyd xəstəni mümkün qədər rahat danışdırır, təkcə gizli düşüncələrini deyil, ağılına gələn hər şeyi, hətta ona axmaq, ayıb ya da əhəmiyyətsiz kimi görünən, sözgəlişi köhnə bir hadisənin və ya bir xəyalının xatirəsini belə dinləyirdi.

Bir psixoanaliz, həftədə bir və ya bir neçə seans olmaqla illərlə davam edə bilər. Analizçi (analizi idarə edən və xəstəyə xatirələrini izah etməkdə və anlamaqda köməkçi olan adam), bu fərdi araşdırma işini bir başqa analizçiylə birlikdə də tamamlaya bilər.

Psxoanaliz yalnız xəstələrə xas bir müalicə üsulu deyil: hər kəsin ruhunun dərinliklərində şüuruna çatmadığı, amma zaman-zaman həyat sevincini dadmağa maneə ola biləcək xatirələri, həyəcanları vardır


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 6728   Tarix: 23 oktyabr 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051