Public relations Dizayn və imic

Public relations Dizayn və imic Dizayn — ünsiyyətin bir hissəsidir. Məlumdur ki, insanın hamıdan çox danışması heç də həmişə onun hamıdan yaxşı bilməsi demək deyildir.

Şirkətin ictimaiyyətlə təmasları təkcə sözün köməyi ilə deyil, həm də mallar, xidmətlər və təşkilatın zahiri siması vasitəsilə həyata keçirilir. Dizayn siyasəti kommunikasiya siyasətinin bir hissəsi kimi nəzərdən keçirilməlidir, çünki dizayn — ünsiyyətdir. Dizaynın əsasında kommunikasiya siyasəti durduqda, problemləri daha asan aradan qaldırmaq olur.

Dizayn üzrə xidmətlər reklam agentlikləri və ictimaiyyətlə əlaqə üzrə qurumlarla əməkdaşlıq edən sərbəst rəssamlardan tutmuş, ixtisaslaşmış nəşriyyat evlərinə qədər çoxsaylı təşkilatlar tərəfindən təklif edilə bilər.

Dizaynın əsas elementlərindən biri ad və emblemdir. Emblem təşkilatın fiziki təqdimatının bir hissəsidir. Buradan da belə nəticə hasil olur ki, emblem ardıcıl, dayanıqlı və münasib olmalı, təşkilatın missiyasını, ya da onun inkişafının perspektivlərini əks etdirməlidir.

Əgər şirkətə onun yeni siyasətinə müvafiq emblem lazımdırsa, bu hələ o demək deyil ki, artıq mövcud olan emblem tamamilə dəyişdirilməlidir. Bəzi şirkətlərin, məsələn, ICI, ya da SHELL-in emblemi uzun illər ərzində bir qədər dəyişikliyə məruz qalmışdır. Bəzi məhsullar illərlə aparılan daimi, lakin hissolunmaz dəyişikliklər sayəsində populyarlığını qorumuşdur: Coca-Cola, Swan və Oxo-nu buna misal göstərmək olar.
Public relations Dizayn və imic Şirkətin emblemi ilə bağlı çıxarılan bütün qərarlar mükəmməl araşdırma və tədqiqatlara əsaslanmalıdır. Emblemdə hər bir dəyişikliyin edilməsindən ötrü real planın hazırlanması zəruridir (bəzən ən müdrik qərar hər şeyi «dəyişdirmədən saxlamaq» olur). Bu məqsədlə şirkətin «miqyasından» və işin həcmindən asılı olaraq, lazımi qədər vəsait ayrılmalı, lakin bundan yalnız zəruri hallarda istifadə edilməlidir. Yeni emblemin yaradılması üçün astronomik məbləğdə vəsait xərcləmək də olar (necə ki, Goldstar öz adını LG Electronics adı ilə dəyişdirdikdən sonra yeni emblemini ictimaiyyətə tanıtmaq üçün dəyəri milyon dollarlarla ölçülən geniş bir reklam kampaniyası apardı), lakin əksər hallarda bu, menecerlərin təkəbbür nümayiş etdirmələrindən başqa bir şey deyil.

Əczaçılıq sənayesinin iki nəhəngi — İngiltərənin Beecham və ABŞ-ın SmithKline Beckman şirkətləri birləşərkən özləri üçün SmithKline Beecham adını seçdilər. PR üzrə mütəxəssislərə öz vəsaitinə görə Böyük Britaniyada ikinci yerdə gələn bu iri şirkətin yeni imicini yaratmaq üçün altı həftə vaxt verildi. Dizaynerlərin yaradacaqları bu obraz özündə yeni qrupun dinamikliyini və beynəlmiləlçiliyini əks etdirməli idi.

SmithKline Beecham-ın imicini yaratmaq üçün Landor firmasının əməkdaşları vahid quruma daxil olmuş hər iki tərəfin rəhbərliyi ilə söhbət etdilər və birləşmiş şirkətin mahiyyətini və dəyərlərini müəyyənləşdirdilər. Hər iki şirkətin işçi heyətinin rəyini öyrənmək və onu yeni istiqamətdə formalaşdırmaq kimi mürəkkəb bir məsələnin həllindən ötrü 300-dək mütəxəssisin cəlb edilməsi tələb olundu. Bu mütəxəssislər elə proqramlar işləyib hazırlamalı idilər ki, onlar sıravi işçilərin özlərini yeni şirkətin bir parçası kimi hiss etməsinə şərait yaratsın.
Public relations Dizayn və imic Beecham vəsaitlərini əczaçılıqla məşğul olmazdan əvvəl öz fəaliyyətinə istehlak mallarının istehsalı ilə başlayan və bazarın təsirinə meylli olan bir şirkət kimi ad çıxarmışdı. SmithKline-nın isə bütün fəaliyyəti elə başdan yalnız əczaçılıq biznesində cəmləşmişdi. İndi bu iki şirkət birləşərkən qarşılarına əczaçılıq məhsulları və gigiyenik vasitələr istehsalı sahəsində, xüsusən də sürətlə genişlənən patentləşdirilmiş dərmanlar bazarında liderliyi əldən verməmək məqsədi qoymuşdu. Yeni müəssisənin yeni imici də eyni məqsədə xidmət etməli idi.

İngiltərənin başqa bir şirkəti — nəhəng pərakəndə satış şəbəkəsinə malik Woolworth Holdings-in rəhbəri Ceffri Malkey şirkətin adının dəyişdiriləcəyini bildirəndə, kütləvi informasiya vasitələrinin heç də hamısı bu addımı təqdir etməmişdi. Bəzi qəzetlər səhmdarları Direktorlar Şurasının bu qərarına qarşı etirazlara səsləyir, digərləri isə şirkət rəhbərlərini «külli miqdarda pulun səmərəsiz xərclənməsində» ittiham edirdilər.

Holdinqin adının dəyişdirilməsi səbəbləri isə ilk baxışdan sadə görünürdü. Son beş ildə o, güclü struktur dəyişikliklərinə məruz qalmışdı. Woolworth şəbəkəsi az gəlir gətirirdi və böyük kadr axınına malik idi. Direktorlar Şurası istəyirdi ki, holdinqin adı çəkiləndə, bundan sonra sərmayədarların təsəvvüründə Woolworth-un «daha çox toplamaq və daha ucuz satmaq» kimi köhnə imici əvəzinə, onun daha dinamik obrazı — B&O özünəxidmət şəbəkəsi və Comet elektrik malları mağazaları canlansın.

Şirkət məsləhətçi Vulf Olinzi dəvət edib, ona yeni layihəni hazırlamağı tapşırdı. Nəticədə şirkətin yeni simvolu kimi suquzğunu quşunun (Kingfisher — ing.) təsviri ortaya çıxdı. Şuranın fikrincə, bu, «liderliyin, genişlənmənin və yüksəlişin» rəmzi idi. Təəssüf ki, mətbuat cənab Marleyin və onun komandasının tapıntısına mənfi reaksiya verdi. Qəzetlərdən biri şirkəti «boş bir işdən ötrü külli miqdarda pulu havaya sovurmaqda» günahlandırdı. Digər bir qəzet isə suquzğunlarının öz yuvalarını ifrazatla «suvadıqlarını» oxucuların yadına saldı. Bu cür neqativ reaksiyaya baxmayaraq, şirkət öz dediyinin üstündə durdu və dizaynerlər yeni emblemi ərsəyə gətirdilər. Bu elə bir addım idi ki, nəzərdə tutulan genişlənmə proqramına xeyli vüsət verdi.

Mətbuatın tənqidinə tuş olmuş Kingfisher qrupuna təskinlik verən o idi ki, digər şirkətlərdə də analoji dəyişikliklər tez-tez ilk vaxtlar kütləvi informasiya vasitələri tərəfindən pis qarşılanır. Wall Street Journal da birləşmək qərarına gəlmiş Burroughs and Srerry şirkətlərinin 31000 təklif içərisindən seçdiyi Unisys («Yunisis») adını belə bir replika ilə qarşılamışdı: «Əgər Unisys ən yaxşı variant olubsa, onda təsəvvür edin ki, pis variantlar necə səslənirmiş».
Public relations Dizayn və imic Addəyişmə cəsarət və inadkarlıq tələb edir. Kingfisher də Massey-Ferguson (indi — Varity Corporation), International Harvester (indi — Navistar International), US Steel (indi — USX Corporation) kimi adını dəyişmiş neçə-neçə şirkətdən biri idi.

Müəyyən şəraitdə şirkətin adının dəyişdirilməsi konsepsiyası yeni deyildir. Yüzilliklər ərzində şirkətlər birləşmə və yenidənqurma nəticəsində öz adlarını dəyişmişlər. Və inadkarlıq öz bəhrəsini verir. Bu gün kimsə ABŞ-ın Exxon neft qrupu haqqında danışanda Standart Oil Company adını, yaxud Böyük Britaniyanın sənaye konqlomeratı olan BTR-dən söz açanda British Tyre&Rubber-i xatırlayırmı? Son illər belə addəyişmələrin sayı kəskin artıb. Bu işdə katalizator rolunu isə bütün dünyanın fond birjalarını sarmış «birləşmə dalğası» oynayıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4404   Tarix: 24 oktyabr 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022