Düşməndən azad edilən Lələtəpədə bayraq yürüşü keçiriləcək - FOTOLAR

Düşməndən azad edilən Lələtəpədə bayraq yürüşü keçiriləcək - FOTOLAR9 Noyabr Azərbaycan Respublikası Dövlət Bayrağı Günü ərəfəsində Müdafiə naziri general-polkovnik cənab Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən Silahlı Qüvvələrdə "Bayrağım - varlığım, bəxtiyarlığım" devizi altında hərbi vətənpərvərlik hətəsinə start verilib.

Həftə ərzində Silahlı Qüvvələrin birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində, eləcə də cəbhəyanı rayonların icra orqanları ilə birlikdə silsilə tədbirlər həyata keçiriləcək. Açıq səma altında Azərbaycanın tarixi bayraqları sərgisi təşkil olunacaq, bayraq haqqında şeir, mahnı və marş müsabiqələri keçiriləcək, şair və yazıçıların iştirakı ilə "Azərbaycan ədəbiyyatında bayraq" mövzusunda ədəbi-bədii gecə, "Heydər Əliyev və Azərbaycan bayrağı" mövzusunda dəyirmi masa, aprel döyüşləri zamanı işğaldan azad edilmiş Bayraqtəpə və Lələtəpə zirvələrinə bayraq yürüşü təşkil olunacaq.

Tədbirlərə övladlarının cənazələri üzərinə sərilmiş bayraqlarla gələn şəhid valideynləri və Azərbaycan Bayrağı ordeni ilə təltif olunan döyüşçülər ilə görüşlər və sair daxildir.
İlk tədbir Müdafiə Nazirliyi və Tərtər rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşıb.
Tərtər rayon Bayraq meydanında keçirilən möhtəşəm tədbiri layihə müəllifi polkovnik Abdulla Qurbani açaraq Azərbaycan xalqının və dövlətinin varlığının, istiqlalının və müstəqilliyinin müqəddəs rəmzlərindən olan bayrağımızın tarixi haqqında ətraflı məlumat verib, bu bayrağın yenidən qaldırılması üçün canlarını fəda etmiş Vətən övladlarının xatirəsi hörmət və ehtiramla yad edilib, xalqımızın ümummilli lideri Heydər Əliyevin sayəsində Naxçıvanda ilk dəfə olaraq Muxtar Respublikanın bayrağı kimi qəbul olunan Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı haqqında geniş söhbət açılıb və möhtərəm prezidentimiz Ali Baş Komandan cənab İlham Əliyevin sayəsində bu bayrağın tezliklə Şuşada, Xankəndində, Laçında, Kəlbəcərdə və işğal alltında olan digər torpaqlarda dalğalanacağına əminlik bildirilib.

Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov belə bir şərəfli və qürurverici tədbirin məhz Tərtər rayonunda keçirilməsinə göstəriş verən Müdafiə Nazirliyinin rəhbərliyinə bütün tərtərlilərin minnətdarlığını bildirib və bu bayrağın etibarlı əldə olduğunu və ordu ilə xalqın bu bayraq altında Ali Baş Komandanın əmrlərinə hər an hazır olduqlarını vurğulayıb.
Aprel döyüşlərinin qəhrəmanlarından olan polkovnik Polad Həşimov, kapitan Mirdaməd Bağıyev, hərbi hissə komandirinin şəxsi heyətlə iş üzrə müavini polkovnik Valeh Rəcəbov, polkovnik-leytenant Vüqar Şıxlınski, şəhər gəncləri adından Ülviyyə İsmayıllı və başqaları çıxış edərək Azərbaycan bayrağının müqəddəsliyindən və bu bayraq uğrunda hər bir əmrə müntəzir olduqlarından danışıblar.

Gəncə qarnizonu zabitlər evinin bədii təşviqat qrupu və "N" hərbi hissəsinin hərbi orkestrinin ifasında bayraq haqqında marşlar və mahnılar təqdim edilib. Yüzdən çox bayrağın nümayiş etdirildiyi açıq səma altında Azərbaycan bayraqları sərgisində Midiya dövründən başlayaraq bu günümüzədək bayraqlar nümayiş etdirilib. Yüzlərlə tamaşaçı Atabəylər, Səfəvilər, Hülakilər, Ağqoyunlular, Qaraqoyunlular, Şirvanşahlar, Avşarlar, eləcə də, Azərbaycan xanlıqlarının: Gəncə, Bakı, İrəvan, Qarabağ, Şəki və s. bayraqlarına böyük maraqla tamaşa ediblər.

Sərgidə Xalq Cümhuriyyətinin Gəncədə qəbul edilən ilk bayrağından 1991-ci ildə qəbul edilən müasir üçrəngli bayrağınadək 9 bayraq nümunəsi, 77, 223, 402, 416-cı milli atıcı diviziyalarının və 1945-cilin mayında reyxstaqda dalğalanan qələbə bayrağı nümayiş olunub. Müasir Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi döyüş bayraqları və ilk hərbi paradda Azadlıq meydanında təqdim olunan Azərbaycan Xalq Cümhuriyyətinn döyüş bayrağı tamaşaçılarda böyük maraq oyadıb.

Tərtərlilər və bölgənin müdafiəsində mətin dayanan Vətən oğulları qələbə bayrağımızın tezliklə cənnət Qarabağımızda dalğalanacağı əminliyi ilə tədbirdən ayrılıblar.
Silahlı Qüvvələrdə bayraq gününə həsr olunmuş hərbi vətənpərvərlik həftəsi davam edir.

Düşməndən azad edilən Lələtəpədə bayraq yürüşü keçiriləcək - FOTOLARDüşməndən azad edilən Lələtəpədə bayraq yürüşü keçiriləcək - FOTOLARDüşməndən azad edilən Lələtəpədə bayraq yürüşü keçiriləcək - FOTOLARDüşməndən azad edilən Lələtəpədə bayraq yürüşü keçiriləcək - FOTOLARDüşməndən azad edilən Lələtəpədə bayraq yürüşü keçiriləcək - FOTOLARDüşməndən azad edilən Lələtəpədə bayraq yürüşü keçiriləcək - FOTOLARDüşməndən azad edilən Lələtəpədə bayraq yürüşü keçiriləcək - FOTOLARDüşməndən azad edilən Lələtəpədə bayraq yürüşü keçiriləcək - FOTOLARDüşməndən azad edilən Lələtəpədə bayraq yürüşü keçiriləcək - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1475   Tarix: 05 noyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

143 milyonluq yeyintiyə görə daha bir zabit həbs edildi

Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində maliyyə xidmətin rəisi vəzifəsində işləmiş Elvin Cəfərov həbs edilib. APA xəbər verir ki, ona Cinayət Məcəlləsinin 179.4-ci (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunub. Elvin Cəfərov 143 milyonluq mənimsəmə üzrə cinayət işində təqsirl

03.05.2024 303
.

İraqın şimalında 32 terrorçu zərərsizləşdirilib - VİDEO

İraqın şimalında yerləşən Haftanin, Qara, Hakurk və "Klaw-Lock" əməliyyatı keçirilib. BİG.AZ xəbər verir ki, ümumilikdə 32 PKK terrorçusu zərərsizləşdirilib

03.05.2024 150
.

Ailəsinin beş üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?

Ailəsinin beş üzvünün qətlinə görə saxlanılan Əhməd Əhmədovun cinayət işi üzrə istintaq davam edir. APA xəbər verir ki, bunu Xətai rayon prokuroru Sərdar İmanov jurnalistlərə açıqlamasında deyib:. "Hazırda həmin iş üzrə istintaq davam edir. İlkin ekspertiza rəyi alınıb. Əlavə komission psixiatriy

03.05.2024 704
.

Tarixdə ilk dəfə Olimpiya məşəlini transseksual daşıyacaq - FOTO

2024-cü ildə Parisdə (Fransa) Olimpiya Oyunlarının açılışı zamanı tarixdə ilk dəfə Olimpiya məşəlinin estafetində transseksual iştirak edəcək. Bu barədə Paris meriyası sosial şəbəkələrdə xəbər verib. Minima Geste ləqəbli transseksual yarışın açılış günü olimpiya məşəlini 25 sm hündürlükdə dikdaban ayaqqabılarl

03.05.2024 458
.

Pakistanda avtobus aşdı: 20 ölü

Pakistanda sərnişin avtobusu aşıb. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 20 nəfər ölüb, 20 nəfər yaralanıb. Bölgəyə polis və xilasedicilər cəlb olunub. Araşdırma zamanı avtobusun sərt qayalıqların üzərindəki yoldan çıxaraq aşdığı müəyyən edilib. Yaralananlar xəstəxanaya yerləşdirilib. Araşdırmala

03.05.2024 147
.

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Kəlbəcər rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Unikal"ın əldə etdiyi məlumata görə, hadisə Qozlu Körpü kəndi ərazisində qeydə alınıb. Belə ki, hərbçiləri daşıyan "VAZ-21015" markalı maşın "Daf" markalı avtomobillə toqquşub. Qəza zamanı "VAZ-21015"də ola

03.05.2024 616
.

Keniyada daşqınlarda ölənlərin sayı 188-ə çatıb

Keniyada təxminən 2 həftədir ki, güclü yağışların səbəbindən daşqın olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində həyatını itirənlərin sayı 188-ə çatıb. Bu barədə Keniya Səhiyyə qurumu məlumat yayıb. Məlumata əsasən, ölənlərdən 37-si uşaqdır. 90 nəfərin isə itkin düşdüyü bildirilib. Qeyd edək ki, gücl

03.05.2024 96
.

"Birbaşa uçuşların sayını artırmaqda digər hava yollarının da maraqları olmalıdır" - Turizm eksperti

İstirahət fəsli yay yaxınlaşır. Maddi imkanı olan insanlar yay fəslini ölkə xaricində keçirirlər. Lakin Azərbaycan bir çox Avropa ölkələrinə birbaşa uçuşlar hələ də mövcud deyil. Turizm eksperti Göydəniz Qəhrəmanov -a bildirib ki , Azərbaycan Hava Yolları birbaşa uçuşların sayını artırır. Amma bu məsələd

03.05.2024 251
.

Xırdalanda direktor "fond pulu" tələb etdi, bağça nəzarətə götürüldü - YENİLƏNİB + VİDEO

Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının fəaliyyəti nəzarətə götürülüb. xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat yayıb. Qeyd olunub ki, Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Fəranə Məhərrəmovanın sosial şəbəkələrdə yayılmış səs yazıs

03.05.2024 554