Nestle 150 illik yubileyini qeyd edir

Dünyanın ən mötəbər brendlərindən biri olan Nestle şirkəti 150 illiyini qeyd edir. Onun tarixi bir yarım əsr əvvəl İsveçrədə yerləşən fransız dilli Vevey şəhərində başlanmışdır, indi də Nestle şirkətinə məxsus 2000 brend bütün dünyada məşhurdur.

Nestle 150 illik yubileyini qeyd edir"Nestle" Fabriki, Vevey, 1890-cu il
2016-ci ilin iyun ayında Nestle 150 illik yubileyini qeyd etmək üçün Vevey-də "yuva" adlı muzeyi açdı. Muzey uşaqlar və böyüklər üçün əsl kəşf mərkəzinə döndü, çünki burada qonaqlar: şirkət tarixi ilə tanış olmaq; Nestle-nin bəzi brendlərinin ilk məhsullarını görmək; İnsan orqanizmi, onun funksionallığı və qidalanma təsiri haqqında məlumat ala bildilər. 3000 min kvadratmetrdən çox olan ərazisi 1866-ci ildə ilk dəfə Henri Nestlenin öz taxıl industriyasının inkişaf etdirdiyi ərazidə yerləşmişdir. Muzey brendin 150 illik yubileyini qeyd edir və əsas məqsədi dəstəkləməklə uşaqlar və böyükləri birləşdirir.
Nestle tarixində bir çox maraqlı hadisələr baş verib. Bəs siz bilirdinizmi ki,
- Tariximiz 1866-ci ildə başlayır. Həmin ildə qatılaşdırılmış süd istehsalı sahəsində fəaliyyət göstərən Anglo-İsveçrəli şirkət İsveçrədə qatılaşdırılmış südü istehsal edən ilk avropa zavodu açmışdı. Nestle şirkətinin yaradılmasına səbəb olan əsas amil isə Henri Nestlenin körpələrini döşlə əmizdirə bilməyən analar üçün sağlam və qənaətcil alternativ qida axtarışı olmuşdu.

Nestle 150 illik yubileyini qeyd edirHenri Nestle - Müəllif: J.Tarin,Vevey,1867-ci il

Nestle 150 illik yubileyini qeyd edir"Nestle" qatılaşdırılmış südün reklamı, 1900-cu il
- 1867-ci ildə, Nestle şirkətinin rəhbəri, Henri Nestle İsveçrənin Vevey şəhərində ‘farine lactée' ("südlü un") adlı məhsulunu istehsal etməyə başladı. Pis qidalanmaya səbəb olan uşaq ölümü probleminin aradan qaldırılmasına yardım edəcək bu məhsulun tərkibində inək südü, buğda unu və şəkər tozu var idi. Məhz bu vaxtlarda o, "Yuva" loqosundan istifadə etməyə başladı.

Nestle 150 illik yubileyini qeyd edir"Nestle"dən olan "Farine Lactee" məhsulunun reklamı, Fransa
- 1867-ci ildə ixtisaslı əczaçı olan və İsveçrənin Vevey şəhərində yaşayan Nestle anaların körpələrini qidalandırması üçün alternativ mənbənin yaradılması məqsədilə inək südü, buğda unu və şəkər tozunun müxtəlif kombinasiyalarını təcrübədən keçirməyə başladı. Onun əsas məqsədi pis qidalanmanın səbəb olduğu uşaq ölümü probleminin aradan qaldırılmasına yardım etmək olmuşdu.
Bu məhsul ilə Nestle artıq bütöv bir brend kimi yayılmağa başladı. Onun əsas məqsədi - ailə və uşaqların gələcəyinə qayğı göstərmək idi.
- Henri Nestlenin soyadı alman dialektlərin birində "yuva" deməkdir. Ailə gerbi isə yuvada oturan tək quşdan ibarət idi. Henri də bu gerbdən istifadə edib onu şirkətin loqosuna çevirdi - yuvada oturan üç gənc quş və onlara yemək verən ana. Rəsmi olaraq Henri bu loqodan 1868-ci ildə istifadə etməyə başladı.

- Sosial səbəblərdən baş verən ilk dəyişikliyə loqo 1988-ci ildə məruz qaldı. Adətən avropalı ailə iki uşağa sahib olurdu, ona görə də yuvada artıq iki balaca quş yaşayırdı. Burada siz loqo dəyişiklikləri ilə tanış ola bilərisiniz:

http://www.nestle.com/aboutus/history/logo-evolution

Nestle 150 illik yubileyini qeyd edirLoqo üzərində dəyişikliklər, 1868 – 2016 illər
-Nestle tez həll olunan qəhvəni 1938-ci ildə yaratmışdır. Şirkət hər zaman öz işlərində sosial məsuliyyət daşıyıb. Hal-hazırda məşhur olan Neskafe qəhvəsi Braziliyada 1930-cu ildə yaranmışdır. İstehsal ölkənin innovasiya və davamlı inkişafının bir hissəsinə çevrildi. Beləliklə, Nestle minlərlə braziliyalı fermerlərin həyatını dəyişdirə bildi.

Nestle 150 illik yubileyini qeyd edir"Neskafe"nin gəzetdəki ən birinci reklamlarından biri. 1938-ci il, İsveçrə.
Bu gün, Nestle şirkətində 335,000-dən çox işçi çalışır və 85 ölkənin 436 fabriklərində 2,000-dən çox brendi istehsalında iştirak edir. Şirkətin biznes istiqamətləri istehsalın geniş spektrini əhatə edir: Dənli bitkilər, içkilər, heyvanlar üçün qayğı məhsulları, dəriyə qulluq və s.

Mənbə: www.nestle.com © Nestlé S.A.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3594   Tarix: 04 noyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Eynəyi cızıqlardan xilas edən təbii üsul

Eynək istifadə edən insanların ən böyük problemi şübhəsiz ki, şüşələrin cızılmasıdır. Bu səbəbdən sahibləri linzaları tez-tez dəyişdirmək məcburiyyətində qalırlar. Lakin türkiyəli mütəxəssislər bunun ev şəraitində təbii üsulla həllini göstəriblər. Onların sözlərinə görə, soda və duz eynəklərdəki cızıqlar

27.04.2024 615
.

Bu ölkədə qumardan asılılığa qarşı mübarizə aparılır

Ukraynada 2,5 mindən çox qumar oyunları saytına giriş bloklanıb. -ın xəbərinə görə, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb. Aprel ayında qanunsuz qumar oyunlarının təşkilinə görə 450 cinayət işi açılıb, 21 nəfərə qarşı ittiham irəli sürülüb. Keçən il bununla əlaqədar 169 qanun pozuntusu aşkarlanıb

28.04.2024 295
.

Təmir ustası xidməti

Usta xidmeti ilə bağlı ən son xidmətləri saytında tapacaqsınız. Sıradan çıxan texnikanızı münasib qiymətə düzəltdirmək istəyirsinizsə, həmçinin peşəkar usta xidmətindən faydalanmaq fikrindəsinizsə, onda vaxt itirmədən bizə müraciət etməlisiniz. Ətrafınızda usta çox olsa da, işindən razı qalacağınız ust

04.05.2024 146
.

II Albert ailəsi ilə bağlı şayiələrə son qoydu

Monako şahzadəsi II Albert və şahzadə Şarlin doqquz yaşlı əkizlər Jak və Qabriella ilə birlikdə Hamburqda "Monako dünyası" sərgisinin açılışında iştirak ediblər. Axşam.az xəbər verir ki, monarxların gəlişi Almaniyanın ən məşhur turistik yerlərindən biri olan Miniatür Möcüzələr ölkəsi muzeyind

27.04.2024 294
.

Polşalı morja yaxınlaşdı, 1100 dollarından oldu

Polşadan olan turist Norveçin Şpitsbergen arxipelaqında morja çox yaxınlaşdığı üçün cərimələnib. O, buz örtüyünün üzərinə düşərək heyvana yaxınlaşıb. Turist yerli hakimiyyət orqanları tərəfindən "buz örtüyü üzərində uzanmış morjun narahatlığına səbəb olmaqda" ittiham edilib. Arxipelaqda qüvvəd

28.04.2024 447
.

Mayda niyə toy etməzlər?

Xalqımızın toy kimi bir adəti var. Lakin bu gözəl və maraqlı ənənənin qəliz tərəfləri də mövcuddur. El arasında "May ayında toy etməzlər", "May ağır aydır" deyə inanclar hərdən insanları çaş-baş salır. Məsələn, may ayında toy etmək istəyənlərin sayı olduqca azdır. Bu isə təbii ki

04.05.2024 375
.

"WhatsApp" yeni funksiya ilə HƏR KƏSİ HEYRƏTLƏNDİRƏCƏK

Populyar "WhatsApp" mesencerində xüsusi nişandan istifadə edərək vacib söhbətləri ayırmağa imkan verən yeni funksiya olacaq. Bildirilir ki, proqramda söhbətlər üçün "Sevimlilər" bölməsi yaradılacaq. Bu kateqoriya üçün lazımi dialoqları mesencer parametrlərində və ya pəncərənin özünd

28.04.2024 1600
.

Məşhur rejissor Baydenin seçki kampaniyasına qatılıb

Rejissor Stiven Spilberq ABŞ-nin hazırkı Prezidenti Co Baydenin seçki qərargahı ilə avqustda keçirilməsi planlaşdırılan Demokratik Milli Konvensiyanın strategiyasını hazırlamaq üçün əməkdaşlıq edir. Uzun müddət Bayden tərəfdarı olan Spilberq artıq konvensiyanın təşkilatçıları ilə görüşlərdə fəal iştira

28.04.2024 345
.

Ben Laden ailəsinin Floridadakı malikanəsinin taleyi məlum oldu

ABŞ-nin Florida ştatında "Əl-Qaidə" lideri Üsama Ben Ladenin ailəsinin keçmiş mülkü sökülüb. Oklend şəhərində yerləşən bina uzun müddət Usama Ben Ladenin qardaşı Xəlilə məxsus olub. 2001-ci il sentyabrın 11-də Nyu-Yorkda baş verən terror aktından sonra Xəlil iqamətgahını tərk edərək şəxsi təyyarəs

28.04.2024 414