Tarixin ən dəhşətli adətləri, hadisələri, kəşfləri

Tarixin ən dəhşətli adətləri, hadisələri, kəşfləri

1. Yapon Mimizukası
Qədimlərdə Yaponiyada döyüşçülər iştirak etdiyi müharibələrdə öldürdükləri düşmənin başını kəsib, geriyə – öz ölkələrinə gətirirdilər, bu, adət idi. 1592-1598-ci illərdə Yaponiya Koreyaya qarşı müharibə elan edir. Müharibənin məqsədi Koreyanı işğal etmək idi.
Bu dövrlərdə yaponlarda öldürdükləri düşmən əsgərinin başını mükafat kimi geri gətirmək, hələ də geniş yayılmışdı. Ancaq öldürülən koreyalıların sayının çox olması və ordunu daşıyan gəmilərin pis şəraiti, əsgərlərə yalnız düşmənlərin kəsilmiş qulaq və burnunu götürmək imkanı yaradırdı. Müharibə zamanı nə qədər adamın öldürüldüyü tam məlum olmasa da, bu rəqəmin bir milyona yaxın olduğu güman edilir.
Yaponiyaya gətirilən qulaqlar və burunlar iri binaların tikintisində istifadə edilirdi. Belə tikintilərdən ən böyüyü Mimizukadır. Bu binanın tikintisində 38000 koreyalının bədən üzvlərindən istifadə edilib. Ancaq indi bu tikilinin əsl tarixindən demək olar ki, yaponların əksəriyyətinin xəbəri yoxdur. Amma koreyalılar bu haqda məlumatlıdırlar.
Bugünlərdə Mimizukanı ziyarət edənlərin çoxu da koreyalılardır. Qara keçmişinə görə, bu abidə turist bələdçi kitablarında göstərilmir.

2. Qadın isteriyası
Qadın isteriyası bir zamanlar geniş yayılmış xəstəliklərdən biri sayılırdı. Bu xəstəliyin diaqnozu və müalicəsi Qərbi Avropada və Amerikada yüz illər boyu mütamadi hal halmışdı. Bu xəstəlikdən Vikrotiya əsrinin tibbi ədəbiyyatında geniş bəhs edilir.
Bu xəstəlikdən əziyyət çəkən qadınlarda huşsuzluq, maye çatışmazlığı, sinədə olan ağırlıq, əzələ ağrısı, nəfəs çatışmazlığı, əsəbilik, qidaya və seksə olan həvəsin ölməsi kimi simptomlar var idi. O zamanlar isə bu xəstəliyin əsas səbəbi kimi, cinsi istəksizlik göstərilirdi. Buna görə də, bu "xəstəlik"dən əziyyət çəkənlərə çanaq masajı edirdilər. Bu müalicə zamanı, həkimlər qadınların cinsi orqanlarını orqazma çatana qədər, isteriyadan xilas olana qədər masaj edirdilər.
1870-ci illərdə həkimlər yeni elektrik cihazın vaginal masaj texnikasına kömək edəcəyini düşündülər. 1873-cü ildə ilk elektromexaniki vibratorlar kəşf edildi və Fransada qadınların isteriyasını müalicə etmək üçün ruhi dispanserlərdə istidafəyə verildi. Onilliklər boyu bu mexaniki cihazlar ancaq həkimlər tərəfindən çanaq masajı üçün istifadə edilirdi.
Əsrin sonunda vibratorlar müştəri bazarına da çıxarıldı. 1900-cü illərin əvvəllərindən etibarən qadın isteriyası ilə diaqnoz olunanların sayı getdikcə azaldı və hal-hazırda o artıq xəstəlik hesab edilmir.
Tarixin ən dəhşətli adətləri, hadisələri, kəşfləri 3. Kralların ilahi hüquqları
Kralların ilahi hüquqları monarxın insanlar üzərində mütləq hakimiyyətini dəstəkləyən və bunun Tanrının istəyi olduğunu əsaslandıran dini və siyasi doktrina idi. Doktrində deyilirdi ki, krala qarşı olan istənilən hərəkət Tanrıya qarşıdır və kafirlik hesab edilməlidir. Bu nəzəriyyə Şotlandiyada VI Ceyms və İngiltərədə I Ceymsin hakimiyyəti vaxtında meydana çıxıb.
18-ci əsrdəki Amerika və Fransa inqilabları bu nəzəriyyəni zəiflətdi və 20-ci əsrin əvvəllərində dünyada bu fərziyyə rədd edildi. Kralların ilahi hüquqlarına görə, onları özlərindən başqa heç kim cəzalandıra bilməzdi. Bu, şahzadələrin tərbiyəçiləri üçün böyük problemlər yaradırdı. Ona görə də hər şahzadənin yanında qamçılanmaq üçün xüsusi oğlan saxlanılırdı. Şahzadə dərs zamanı özünü yaxşı aparmasa, onun əvəzinə, tərbiyəçi oğlanı cəzalandırırdı.
Bu oğlanlar adətən yüksək səviyyəli ailədən gəlirdi və şahzadə ilə bir yerdə böyümüş olurdu. Ona görə də onlar arasında bir bağlılıq olurdu. Bu da həmin qamçılanma texnikasını faydalı edirdi, çünki şahzadə dostunun cəzalanmasını görməmək üçün, özünü yaxşı aparmaq məcburiyyətində qalırdı.
Buna baxmayaraq, tarixdən də gördüyümüz kimi bəzi hökmdarların digərləri üçün heç bir mərhəmət hissi yoxdur. Bu halda, qamçılanan oğlanlar şahzadələrin hərəkətlərinə görə işgəncələrə məruz qalırdılar.

4. Dreyptomaniya
Amerikada və Avropda quldarlığın geniş yayıldığı dövrlərdə alimlər irqlər arasındakı fərqləri araşdırırdılar. Tarixdə bu tip tədqiqatlardan fərdləri sıxışdırmaq üçün geniş istifadə olunub. Bu, yeni imperializm dövründə istifadə edilən ən geniş yayılmış tədqiqat idi. Bu vaxtlar bir sıra alimlər Avropa imperializminə haqq qazandırmaq üçün bir sıra fərziyyələr irəli sürürdülər. İkinci dünya müharibəsindən və yəhudi soyqırımından sonra elmi irqçilik rəsmi olaraq rədd edildi.
Elmi irqçiliyin bir nümunəsi də dreyptomaniya idi. Dreyptomaniya Amerika fiziki Samuel Kartrayt tərəfindən 1851-ci ildə irəli sürülən qondarma xəstəlik idi. Onun dediyinə görə, dreyptomaniya qaradərili qulların əsirlikdən qaçmasına səbəb olan ruhi xəstəlik idi.
Kartrayt bu "xəstəlik" haqqında tədqiqatını Luiziana Tibb Assossasiyasına təqdim etmişdi və onun bu hesabatı Amerika koloniyalarında geniş şəkildə öz əksini tapırdı.
Kartraytın dediyinə görə, bu xəstəliyin meydana çıxmasına səbəb, sahiblərin qulları ilə yaxın olması, onlara sanki bərabərmişlərmiş kimi davranması idi. Kartrayt bu "xəstəliyə" çarə də tapmışdı. "Əgər qullar səbəbi olmadan nədənsə narazıdırlarsa və ya küsürlərsə, onları ölənə kimi qamçılamaq lazımdır".

5. Yekəburun Corc
1800-cü illərin sonlarına yaxın Amerikanın qərbində cinayətkarların sayı çoxalmışdı. Bu cinayətkarladan birinin adı da YekəburunCorc Parrot idi. 1878-ci ildə Parrot və dəstəsi iki hüquq mühafizə məmurunu qətlə yetirir. 1880-ci ildə Parrotun dəstəsi nəhayət ki, həbs edilir. Yekəburun Corc asılaraq ölüm cəzasına məhkum edilir, ancaq hələ həbsdə olarkən, o qaçmağa cəhd edir. Onun qaçmaq xəbəri əyalət əhalisinin qulağına çatan zaman, 200 adamdan ibarət bir dəstə onu silah gücünə həbsxanadan çıxardır və onu teleqraf dirəyindən asır.
Corc öldükdən sonra həkimlər onun cəsədini götürür və cinayətkarlıq izlərini öyrənmək üçün beyni üzərində araşdırma aparır. Prosedur zamanı Parrotun kəllə dərisi tamamilə soyulur və 15 yaşlı Lilian Heltə verilir. Helt gələcəkdə Vayominqin ilk qadın həkimi olur və Parrotun kəllə dərisindən külqabı, qələm qabı və s. kimi istifadə etməyiylə tanınır.
Corcun sinəsindən, üzündən və budlarından da dərisi soyulur və bundan bir cüt ayaqqabı və tibbi çanta hazırlanmasında istifadə edilir. Hal- hazırda Yekəburun Corcun dərisindən hazırlanan ayaqqabılar Roulinqsdəki "Carbon County" muzeyində nümayiş etdirilir.

6. Lobotomiya
20-ci əsrin birinci yarısı Avropada və Şimali Amerikada yaranan radikal və qəddar fiziki terapiya vasitələriylə yadda qalacaq. 1900-cü illərdə tibbi icma çox qəribə müalicə vasitələri üzərində işləyirdi. Bunlardan biri də 1920-ci ildə yaradılan dərin yuxu terapiyası idi. Bu terapiyanın mahiyyəti həblər vasitəsilə xəstələri bir neçə gün və ya həftə ərzində dərin yuxuya salmaq idi. Deməyə ehtiyac yoxdur ki, bəzi xəstələr bu koma vəziyyətindən heç vaxt ayılmırdılar.
1960-70-ci illərdə Çelmsford Özəl xəstəxanasında bu terapiyanın nəticəsində 26 nəfər ölür. 1935-ci ildə portuqaliyalı neuroloq Antonio Eqaz Moniz lobotomiya adlanan yeni psixoloji müalicə vasitəsini təqdim edir. Lobotomiya prefrontal korteksə gedən və gələn bağlantıları kəsməkdən ibarət idi. Prosedura zamanı xəstənin başına deşik açılır, beynin ön dilimlərində olan hüceyrələr məvh edilirdi.
Ciddi yan təsirlərinin olmasına baxmayaraq, lobotomiya bütün dünyada yayılır. 1949-cu ildə Antonio Eqas Monis Tibb üzrə Nobel mükafatına layiq görülür. 1940, 1950-ci illərdə ABŞ-da 40.000-ə yaxın insan bu terepiyadan istifadə edir. İndi lobotomiyaya nadir hallarda rast gəlinir və dünyanın bir sıra yerlərində bu əməliyyat qadağan olunub.
Tarixin ən dəhşətli adətləri, hadisələri, kəşfləri7. Xanım Vinslounun sakitləşdirici şərbəti
19-20-ci əsrlərdə dünya əhalisi çoxalmağa başladıqca, bir çox fabriklər müxtəlif növ dərmanlar üzərində işləyirdi. İnsan beyninəbirbaşa təsir göstərən müxtəlif yeni həblər kəşf edilirdi. Bəzi hallarda, beynəlxalq şirkətlər sərbəst bazar standartlarından istifadə edərək, potensial təhlükəli məhsullardan istifadə edirdilər.
Bunlardan biri də Xanım Vinslounun sakitləşdirivi şərbəti idi. Bu şərbət ilk dəfə 1849-cu ildə bazara çıxarılıb. Məhsulun reklamında "istənilən insanı və heyvanı sakitləşdirə bilər" deyilirdi və bundan əsasən balaca uşaqları sakitləşdirmək üçün istifadə edirdilər.
Şərbətin tərkibi çoxlu miqdarda morfin sulfat, tiryək tozu, sodium karbonat və akva amoniyakdan ibarət idi. Bu məhsuldan 19-cu əsrdə geniş istifadə olunurdu. 20-ci əsrdə Vinslounun şərbəti körpə uşaqların ölümünə səbəb olan bir məhsul kimi ad çıxardı. Britaniyada şərbət 1930-cu illərə kimi hələ də rəflərdən yığışdırılmamışdı.

8. Dovşan testləri
Qadınlar üçün hamilə olduğunu qabaqcadan bilmək bir üstünlükdür. Bu onu ruhən doğuşa hazırlayır və narkotik vasitələrdən, spirtdən uzaq durmasına səbəb olur. Tarix qadınların hamiləliyini müəyyən etmək üçün istifadə edilən müxtəlif və çox qəribə texnikalarla doludur.
1927-ci ildə Zondek və Aşçem dovşan testini kəşf edib. Test qadının sidiyini dişi dovşana vurulmasındna ibarət idi. Bundan sonra dovşanı bir neçə gün ərzində müşahidə edirdilər. Əgər dovşanın yumurtalıqları qadının sidiyinə reaksiya verirdisə, qadının hamilə olduğu hesab edilirdi.
Bu test uğurlu bir yenilik idi və hamiləliyə tamamilə düzgün diaqnoz qoyurdu. Dovşan testi 1930-50-ci illərdə geniş istifadə edilirdi. Prosedura zamanı istifadə olunan bütün dovşanlar cərrahiyə əməliyyatı olunmalı və daha sonra öldürülməli idi. Bunu dovşanları öldürməmiş də etmək olardı, ancaq çoxu bunu vecinə də almırdı.

9. Tütün tüstüsü imaləsi
Tütün tüstüsü imaləsi 19-cu əsrdə qərb təbabətində geniş yayılmış tibbi prosedurlardan biri idi. Müalicə tütün tüstüsünün xəstənin düz bağırsağına imalə vasitəsilə daxil edilməsindən ibarət idi. Tütün hələ yenicə istehsal edilirdi. "Yeni dünya"dan idxalı zamanı onu birçoxları müalicə vasitəsi hesab edirdi. Bu zaman tütün tüstüsü Qərbdə bir çox tibb adamları tərəfindən başağrısı, nəfəs çatışmazlığı, mədə spazmı, soyuqdəymə və huşsuzluq kimi xəstəliklərin müalicəsində istifadə edilirdi. Tütün tüstünü imalə etmək texnikası şimali Amerika hindularından qalma bir adət idi.
O vaxt inanırdılar ki, bu vasitəylə güllə yarasını da sağaltmaq mümkün idi və bu üsuldan suda boğulanlara süni nəfəs vermək üçün tez-tez istifadə olunurdu.
1835-ci ilə aid bir hesabata görə, tütün imaləsi ilə vəbanın müvəffəqiyyətlə müalicəsinə nail olunub. Bu üsula olan hücumlar isə 18-ci əsrdən başlayıb. 1811-ci ildə ingilis alimi Benjamin Brodi tütün tüstüsünün tərkində olan nikotinin ürək üçün zərərli olduğunu və heyvanlarda qan dövranının dayanmasına səbəb olduğunu aşkar edib. Bu hesabatdan sonra tütün imaləsindən istifadə etmə halları azalmışdı.

10. Həyat yoldaşını satmaq
Orta əsrlər dövründə Qərbdə qadınlar tamamilə kişilərdən asılı vəziyyətdə idilər. Tarix boyu qadınlar mülkiyyət sahibi ola bilmirdi, hətta onlar ərlərinin mülkiyyəti hesab olunurdu. Ərinin boşadığı qadınların auksionda satılması adətinə nə vaxt başlanılması məlum olmasa da, yazılı mənbələr bunun 17-ci əsrin sonlarında başladığını göstərir.
Bir çox hallarda, qadının satışa çıxarılması haqda yerli qəzetlərdə qabaqcadan məlumat verilirdi. Bu hadisə adətən auksion halında baş verir, qadın boynuna və ya qoluna kəndir keçirilərək meydana gətirilirdi.
Bundan sonra qadın ona ən yüksək məbləğdə qiymət verən adama satılardı. Həyat yoldaşını satmaq 18-ci və 19-cu əsrdə mütəmadi hal almışdı və uğursuz bir evliliyi sonlandırmaq yollarından biri idi.
19-cu əsrdə bəzi qadınlar satılmağına etiraz edirdi, 18-ci əsrdə isə belə bir hala rast gəlinməyib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 6960   Tarix: 17 oktyabr 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292