"Qazın qiyməti qaldırılsın" - Deputatlardan TƏKLİF

"Qazın qiyməti qaldırılsın" - Deputatlardan TƏKLİFAvropa və qonşu ölkələrlə müqayisədə Azərbaycanda qaz satışı qiyməti ucuzdur. Dünyanın ən bahalı qaz satan ölkəsi olan Yaponiyada qazın min kubmetri 590-600 dollara, Almaniya və İngiltərədə isə 400 dollar civarındadır.

Bu rəqəmlər Azərbaycan qazı ilə müqayisədə təxminən, 4-5 dəfə bahadır. Qonşu Rusiyada bu ilin 9 ayı ərzində qazın min kubmetrinin satışı təxminən 230-260 dollar, İranda isə 200 dollar civarında olub.

Bəs görəsən, iqtisadi böhran dövründə digər ölkələrlə müqayisdə qazını daha ucuz satan Azərbaycan satış qiymətini qaldıracaqmı?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Xanhüseyn Kazımlı Azərbaycan qazının bahalaşdırılmasının yalnız tələb və təlkif əsasında dəyişə biləcəyini bildirdi:

"Azərbaycan qazının qiyməti nə qədər baha olsa, o qədər də bizə xeyirdir. Çünki Azərbaycan qazına təlabat var. Qazın qiymətinin artması ilə büdcəmizə gələn gəlir də artacaq. Heç bir istehsalçı istəməz ki, onu malı ucuz qiymətə, maya dəyərindən aşağı getsin. Azərbaycan qazına olan təlabatı nəzərə alıb qiymət artımında dəyişiklik etmək olar".

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev ANN.Az-a açıqlamasında qazın satış qiymətinin tərəfdaşlardan və şərtlərdən asılı olduğunu vurğuladı:

"İstərdim ki, Azərbaycan qazının satış qiymətini bahalaşdırsın, dövlət büdcəsinə daha çox gəlir gətirsin. Ancaq bu, deməklə həll ediləsi məsələ deyil. Burada siyasi məqamlar da var. Elə ölkə ola bilər ki, qazı onlara ucuz, digərlərinə baha sata bilərik. Azərbaycan hələ dünya iqtisadi böhranının tam mərhələsini yaşamır. Ölkədə baş verənlər böhranın bizə gəlib çatan dalğalarıdır. Qazın qiymətinin baha və ya ucuz olması məsələsinə gəlincə, bu, ancaq iki ölkə arasındakı anlaşma əsasında həyata keçirilə bilər".

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili ANN.Az-a açıqlamasında Azərbaycan qazının dünya bazarında ucuz qaz satan ölkələr siyahısına daxil olmaq istəməsi fikri ilə razılaşmayıb:

"Bizim satış bazarımız digər ölkələrdən fərqlənir. Cənub Qaz Dəhlizi vasitəsilə demək olar, bütün qazı satmışıq. Artıq bununla bağlı müqavilələr də imzalanıb. Qiymətlərin baha və ya ucuz olmasını isə bazar özü təyin edir. Bazarın xarici qiymətini isə rəqabət müəyyənləşdirir. Təbii ki, hər bir ölkə istəyər ki, qazını baha qiymətə satsın. Çünki hər kəs maksimum dərəcədə gəlir əldə etmək niyyətindədir. Ölkədaxili isə qazın ucuz satılması dövlətin əhaliyə göstərdiyi sosial qayğı ilə əlaqədardır. Bahalaşma ancaq tələb və təklifdən asılı ola bilər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2370   Tarix: 27 oktyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Taleh Yüzbəyov həyat yoldaşını siqaretlə YANDIRDI - VİDEO

Aktyor Taleh Yüzbəyovun bloger həyat yoldaşının başına iş gəlib. xəbər verir ki, bu barədə Xatirə öz sosial şəbəkə hesabında paylaşdığı bildirib. "Bəli, mənim həyat yoldaşım siqaretlə alnımı yandırdı" - deyə o bildirib. Xatırladaq ki, cütlüyün iki övladı var

11:37 1371
.

Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb - VİDEO

Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin yarısından çoxu 2024-cü il aprelin 29-dək yerinə yetirilib, 35 sərhəd dirəyi quraşdırılıb. xəbər verir ki, bu barədə Azərbaycan Baş nazirini

21:15 6
.

Bu universitetdə oğlan tələbələr saqqala görə dərsə buraxılmadılar - FOTO

Bakı Biznes Universitetində bir qrup tələbə ilə rəhbərlik arasında gərginlik yaşanıb. Bu barədə məlumat -in "qaynar xətti"nə daxil olub. Bildirilib ki, buna səbəb saqqal saxlayan oğlanların dərsə buraxılmaması olub. Məsələ ilə bağlı sözügedən təhsil ocağı ilə əlaqə saxladıq. Universitetin mətbua

16:37 515
.

Keyfiyyətli dondurmanı necə seçək? - AÇIQLAMA

Havanın istiləşməsi ilə dondurma mövsümü də yaxınlaşır. Bəs keyfiyyətli, insan orqanizminə zərərsiz dondurmanı necə seçə bilərik?. Qida eksperti Elsevər Fərzəliyev -a bildirib ki, normalda dondurma insana mənfi təsir göstərməməlidir. Çünki onun tərkibində insana mənfi təsir edəcək heç bir inqrident olmamalıdır

15:26 276
.

Mələkxanım Eyubovanın qızının toyundan kim küsüb gedib?

"Üçüncü toydur, amma ümumiyyətlə, az adam çağırmadım. Məclisimdə özümə, qəlbimə, sənətimə yaxın adamlar çağırıram. Alim Qasımov xanımı ilə gəlin və bəydən də əvvəl gəlmişdi. Alim məndən əvvəl atamla, qardaşımla dost olub". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Mələkxanım Eyubov

10:23 1089
.

Belçika Ukraynaya F-16 göndərəcək

Belçika Ukraynaya F-16 göndərəcək. BİG.AZ xəbər verir ki, bu barədə Belçikanın Baş naziri Alexander De Croo məlumat yayıb. Məlumata əsasən, ilin sonuna qədər Ukraynaya F-16 döyüş təyyarələri göndərəcəklərini açıqlayıb. O bildirib ki, döyüş təyyarələrinin dəyəri dondurulmuş Rusiya aktivləri hesabına ödəniləcə

11:07 173
.

DSX əməkdaşı Qazaxda minaya düşdü

Qazax rayonu ərazisində mina hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, mina partlaması nəticəsində Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşı xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib

12:40 337
.

Qadının telefon şifrəsini həyat yoldaşı bilməlidirmi?

Azərbaycanda kişi həyat yoldaşını telefonun gizli şifrəsini ona vermədiyi üçün döyüb. Qaynarinfo xəbər verir ki, hadisə bu il fevral ayında Abşeron rayonunda baş verib. İşlə bağlı məhkəmə prosesində kişi məsuliyyətdən azad edilib. Bəs, qadının telefonun şifrəsini həyat yoldaşı bilməlidirmir? . "Təmi

12:03 341
.

İsrail əsgərləri İordan çayının qərb sahilində 15 fələstinlini həbs edib

İsrail əsgərləri İordan çayının qərb sahilində fələstinliləri həbs etməyə davam edir. BİG.AZ xəbər verir ki, hücum zamanı 15 fələstinlini həbs edilib. Bu barədə Fələstin Əsirlər Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Əsir və Azad Heyəti birgə bəyanat yayıb. Açıqlamada, İsrail ordusunun müxtəli

15:46 140