Bakıda saqqallıların hücumu: Qapıya saqqız yapışdırıb tapança ilə...

Bakıda saqqallıların hücumu: Qapıya saqqız yapışdırıb tapança ilə...Bakıda silahlı insident olub.

BiG.AZ-ın APA-ya istinadən məlumatına görə, hadisə ötən gecə Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1974-cü il təvəllüdlü Telman Məmmədov gecə yaşadığı binanın blokuna daxil olarkən binadan naməlum saqqallı şəxsin çıxdığını görüb. T. Məmmədov ondan kim olduğunu xəbər aldıqda naməlum şəxs səhv ünvana gəldiyini deyərək ərazidən uzaqlaşıb.

T. Məmmədov binaya daxil olaraq yaşadığı evə qalxıb. O, mənzilin qapısının gözlüyünə saqqız yapışdırıldığını görüb, bunun həmin naməlum şəxs tərəfindən törədildiyini ehtimal edərək onun arxasınca qaçıb. Naməlum şəxs arxasınca gələnin olduğunu gördükdə əlindəki tapançadan havaya atəş açıb.

T. Məmmədov silah səsindən sonra onu təqib etməyi buraxıb və bu barədə polisə məlumat verib.

Qaradağ rayon Polis İdarəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, daxil olan müraciət əsasında araşdırmalara başlanıb.

Hazırda polis silahdan istifadə edən şəxsin kimliyinin müəyyənləşdirilərək tutulması istiqamətində axtarışları davam etdirir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 16742   Tarix: 21 oktyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Türkiyə İsraillə bütün ticarəti dayandırıb

Türkiyə İsraillə bütün ticarəti dayandırıb. xəbər verir ki, bu barədə Bloomberg News məlumat yayıb. Ötən ay Türkiyə Qəzzadakı müharibə səbəbindən İsrailə ixracı məhdudlaşdırmışdı

03.05.2024 236
.

Motosiklet istehsalı müəssisəsində yanğın olub - VİDEO

Adanada motosiklet istehsalı müəssisəsində yanğın olub. BİG.AZ xəbər verir ki, yanğının baş vermə səbəbi məlum deyil. Əraziyə yanğınsöndürənlər cəlb olunub. Hadisə nəticəsində ölən olmayıb. Daha ətraflı olaraq videonu təqdim edirik:

03.05.2024 201
.

Sərnişin avtobusu aşdı: 34 nəfər yaralandı

Türkiyənin Aksaray şəhərində sərnişin avtobusu aşıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 34 nəfər yaralanıb. Hadisə yerinə çoxsaylı polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Hadisənin baş vermə səbəbi məlum deyil. Yaralılar xəstəxanalara çatdırılıb. Faktla bağlı araşdırma davam edir

03.05.2024 176
.

Məktəb direktoruna yüksək vəzifə verildi

Mircamal Mircəlal oğlu Həşimov Sabirabad rayon təhsil sektoruna yeni müdir təyin olunub. xəbər verir ki, bu barədə Mil-Muğan Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, bununla bağlı müvafiq əmr imzalanıb. Qeyd edək ki, M.Həşimov bu təyinatadək Sabirabad şəhər 6 nömrəli tam orta məktəbin direktor

03.05.2024 346
.

Murad bu kanalda xəbər aparıcılığına başladı

Aparıcı Murad Əzimzadə xəbər aparıcılığına başlayıb. OLAY yazır ki, o, çalışdığı "Space" kanalında xəbərlərin əsas buraxlışı ilə izləyici qarşısına çıxıb. Əzimzadə bu barədə feysbuk hesabında yazıb. "Qismətdə "Space Xəbər"in əsas buraxılışının aparıcısı olmaq da var imiş. Xəbə

03.05.2024 392
.

May ayında toy və nişan məclisləri nə üçün keçirilmir? - VİDEO

May ayında insanlar toy və nişan məclislərini keçirməyi təxirə salırlar. Halbuki aprel ayında şadlıq saraylarında yer tapmaq qəliz məsələ olur. Bir çox insan xeyir işlərinin may ayında düşməsini istəmirlər. Uzun illərə dayanan, heç bir dini və qanunvericliklə əsası olmayan bu ənənəyə insanlarımız əmə

03.05.2024 339
.

Rusiyada TikTokun fəaliyyəti yenidən məhdudlaşdırıldı

TikTok Rusiyada istifadəçilər üçün məhdudlaşdırılıb. "Qafqazinfo" xəbər verir ki, bu haqda TASS məlumat yayıb. Bildirilir ki, proqrama daxil olmaq istədikdə müvafiq bildiriş görünür:. "Bölgənizdə bəzi TikTok funksiyalarını məhdudlaşdırdıq. Siz müvəqqəti olaraq videolar yerləşdirə və y

03.05.2024 261
.

Aparıcı Turan Məmmədli ana oldu - FOTO

Baku TV-nin aparıcısı Turan Məmmədli ana olub. xəbər verir ki, o, bu barədə özü məlumat yayıb. Aparıcı bildirib ki, qızı Sofiya dünyaya gəlib:. "Xoş gəldin bu dünyaya, may gülüm Sofiya Cəfərova". Qeyd edək ki, Turan futbolçu Ruslan Cəfərov ilə evlidir

03.05.2024 667
.

Pakistanda avtobus aşdı: 20 ölü

Pakistanda sərnişin avtobusu aşıb. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 20 nəfər ölüb, 20 nəfər yaralanıb. Bölgəyə polis və xilasedicilər cəlb olunub. Araşdırma zamanı avtobusun sərt qayalıqların üzərindəki yoldan çıxaraq aşdığı müəyyən edilib. Yaralananlar xəstəxanaya yerləşdirilib. Araşdırmala

03.05.2024 178