Səhər yeməyində bunları mütləq yeyin

Səhər yeməyində bunları mütləq yeyinSoyuqdəymənin tez-tez rast gəlindiyi bu mövsümdə qidalanma çox əhəmiyyətlidir. Xüsusən də səhər yeməyi. Bütün həkimlər xəstəliklərə tutulmamaq üçün immunitet sistemini gücləndirməyi vurğulayır. İmmunitet sistemi bədəni infeksiyalara yol açan virus, bakteriya və parazit kimi mikroorqanizmlərin zərərli təsirlərinə qarşı qoruyur.

BiG.AZ-ın məlumatına görə, güclü immunitet sisteminə sahib olmaq mövsümi qrip və soyuqdəymədən qorunmaq üçün əhəmiyyətlidir. Qrip infeksiyalarından qorunmaq və ya infeksiyalarla mübarizə aparan bədənimizin immunitet sistemini gücləndirmək öz əlimizdədir. Epidemiyaya qarşı olan dərman və peyvənd üsullarına müraciət etməzdən əvvəl, bədənin təbii immunitet sistemini qorumaq və gücləndirmək üçün sağlam qidalanmaq əsas şərtdir.

Bədəni necə gücləndirmək olar?

Müxtəliflik həyatın dadıdır. Hər gün müxtəlif rəngdə, fərqli, ləzzətli qidalar yemək sağlam bədənə sahib olmanın təməl qanunudur. Qidaların çoxu birdən çox qida elementi ehtiva edir. Lakin bir növ qidalanma bir çox əhəmiyyətli qida elementindən məhrum qalmaq deməkdir. Buna görə də güclü bir immun sistemi üçün süd, ət qrupu, tərəvəz, meyvə, yağ və yağlı toxumlar, dənli bitkilər gündəlik qidalanmada balanslı formada olmalıdır. Təbii ki, yaxşı qidalanmaq deyərkən həddi aşmaq olmaz. Aparılan bir çox elmi araşdırmalar kökəlmə və piylənmə problemi olanların immun sisteminin daha zəif olduğunu, çox yağ toxumasının immun sisteminə mənfi təsir etdiyini və iltihaba yol açdığını sübut edib.

Unutmayın ki, immunitet sistemini çox yemək deyil, kifayət qədər və keyfiyyətli qidalanmaq gücləndirir. Güclü immunitet sistemi güclü bədəndə olur. Bu baxımdan səhər yeməyi gecə aclığına səbəb olan, bitən enerjinin təkrar yığıla bilməsi üçün əhəmiyyətli yemək payıdır. Beynin ən vacib enerji qaynağı qlükozadır və günə gümrah başlamaq üçün qidalandırıcı səhər yeməyi şərtdir. Lakin yalnız karbohidrat və şəkər ehtiva edən qidalarla günə başlamaq doğru deyil.

Mütəxəssislərin təklif etdikləri sağlam səhər yeməyi budur:

C vitamini tərkibi yüksək olan yaşıl çay və ya immunitet sistemini dəstəkləyən adaçayı, cökə, melisa, çobanyastığı çayı, 1 çay qaşığı təbii bal, 2 parça qoz və ya çiy badam, 1 stəkan yağsız süd və ya 1 dilim yağsız pendir, qaynadılmış yumurta, lif tərkibi və qida dəyəri zəngin tam buğda çörəyi və təbii mövsüm tərəvəzləri.

Günə 1 stəkan C vitamini ilə zəngin, təzə sıxılmış meyvə və tərəvəz suları ilə başlamaq da sizi bütün gün gümrah edəcək. Bununla yanaşı, ekineziya, cökə ürək sağlamlığına müsbət təsir edir.

Antioksidant

Son illər adını tez-tez eşitdiyimiz antioksidantlar immun sistemini qoruyur və mübarizə aparan bədəni müdafiə edir. Bədəndə enerji istehsal edən bütün hüceyrələrin oksigenə ehtiyacı var. Oksigen həyatın təməlidir. Oksigen hüceyrələrimiz yandıqda sərbəst radikallar adı verilən zərərli maddələr də meydana gətirir. Sərbəst radikallar bədən hüceyrələrinə zərər verir. Təbii ki, üstəlik ultrabənövşəyi şüalar, çirkli hava, siqaret və stress kimi ekoloji faktorlar də əlavə olunduqda sərbəst radikalların meydana gəlməsi qaçılmazdır. Nəticədə, hüceyrələrin zədələnməsi ilə xərçəng, ürək, damar xəstəlikləri, artrit, zəif immunitet sistemi və erkən yaşlanma kimi bəzi sağlamlıq problemləri meydana gəlir. Bu səbəbdən də antioksidant qidalar güclü immun sistemi üçün böyük əhəmiyyətə malikdir.

Təbii ki, bütün vitaminlər çox dəyərlidir. Lakin xüsusilə antioksidant təsirləri çox olanlar beta karoten, C və E vitaminləridir. Hər antioksidant özünə aid bioloji funksiyanı yerinə yetirir. Suda əriyən C vitamini hüceyrədaxili və xarici mayelərdə sərbəst radikallarla mübarizə aparır. E vitamini və beta karoten yağda əriyən xüsusiyyətə malikdir, lipid və yağ toxumalarında var. Antioksidantlar birlikdə fəaliyyət göstərdikləri üçün hər hansı birinin həddindən artıq və ya qeyri-kafi qəbulu digərlərinin faydalarını öldürür. Selenium, sink kimi elementlərin quruluşunda olan bəzi fermentlər də orqanizmdə antioksidant təsir göstərir. Yağda həll olan E vitaminin ən əhəmiyyətli vəzifəsi antioksidant xüsusiyyəti ilə hüceyrələri oksidləşməyə qarşı qorumasıdır. E vitamininin ən yaxşı qaynaqları bitki mənşəli yağlar, marqarin, yağlı toxumlar, susam və buğdadır. Yaşıl yarpaqlı tərəvəzlər az miqdarda E vitamini ehtiva edərlər. Qidalarda bol miqdarda olduğu üçün çatışmazlığı az halda müşahidə edilir.

C vitamini

C vitamini suda həll olunan vitaminlərdən biridir. C vitamini bir antioksidant kimi bədəni zərərli maddələrdən qoruyur. C vitamini A və E vitaminindən fərqi olaraq bədən mayelərindəki sərbəst radikallarla mübarizə aparır. Suda həll olunduğu üçün bədənin fərqli bölgələrində qoruyucu təsir göstərə bilər. Lakin vitaminlər arasında ən zəifidir. İnsan və heyvanlar üzərində aparılan araşdırmalarda Omega-3 yağ turşularının müxtəlif mexanizmlərlə immun sistemi funksiyalarına müsbət təsiri olduğu sübut edilib. Omega-3 antiinflamatuar təsirə malikdir. Həmçinin viral, bakterial, parazitar infeksiyalara qarşı qoruyucu təsirə malikdir. İmmun sistemini dəstəkləməsi ilə yanaşı, xüsusilə uşaqlarda beyin inkişafı və ürək sağlamlığına müsbət təsirləri var.

Omega-3 yağ turşuları (EPA & DHA) dərin və soyuq sularda yaşayan balıqlarda çox olur. Digər Omega-3 ehtiva edən qidalar isə ana südü, kətan toxumu, qoz, badam, fındıqdır. Tünd yaşıl yarpaqlı tərəvəzlərdə də az miqdarda var. Gündəlik Omega-3 ehtiyacı 1-3 qrama qədərdir. Bu cür qidalar yeməyən və ya qidalanma problemi olanlar mütləq balıq yağı ehtiva edən dərmanlar qəbul etməlidir. Bu, həm güclü immunitet sistemi, həm də beyin inkişafı üçün çox əhəmiyyətlidir.

Keyfiyyətli, balanslı və kifayət qədər qidalanma ilə yanaşı, qrip infeksiyalarından qorunmaq və xəstəliklərdən tez xilas olmaq üçün bol maye qəbul edin. Xüsusilə yüksək hərarət və ishal hallarında su çox için.(lent.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 5255   Tarix: 16 oktyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yuxusuzluğu aradan qaldıran məlhəm

Yay girəndən bir çoxları yuxusuzluq sindromundan əziyyət çəkir. Yatmaq istəsəniz də, yuxuya getməyə əziyyət çəkirsiniz. BİG.AZ Axşam.az-a istinadən xəbər verir ki, yuxu dərmanı qəbul etmək heç də çıxış yolu deyil. Həm də dərman mədəni zəhərləyir. Yuxusuzluq sindromundan xilas olmaq üçün aşağıdakı məlhəm

22.08.2021 2428
.

Həkim Delta ştamına qarşı ƏN EFFEKTİV üsulu AÇIQLADI

Delta ştamına qarşı ən təsirli üsul 2 doza "Sinovac"la 1 doza "Pfizer"in qarışığıdır. Bunu yoluxucu xəstəliklər üzrə mütəxəssis Bülənt Ərtoğrul deyib. O bildirib ki, bu nəticəyə mövcud elmi məlumatlar əsasında gəlnib: "2 dozada "Pfizer"in effektivliyi bir qədər aşağı

22.08.2021 1318
.

Sağlam üz dərisi üçün 8 "qızıl" QAYDA

Üz dərisini təmiz, sağlam və parlaq etmək üçün əmək verməli, xüsusi olaraq qulluq göstərmək lazımdır. BİG.AZ -a istinadən üz dərsini təmiz edən 8 qızıl qaydanı təqdim edir:. 1 - Günəş qoruyucu kremi evdən çıxmazdan əvvəl çəkin. Günəş kremi günəş yanığı, dəri xərçəngi və erkən qocalmağa qarşı dərini qoruyur

17.08.2021 1695
.

Həkim üzün vəziyyətinə görə diaqnoz edilən təhlükəli xəstəlikləri açıqladı

Asimmetrik üz insultun ilk əlamətlərindən biri ola bilər. Bu barədə rusiyalı onkoloq İvan Karasev danışıb. Onun sözlərinə görə, əksər xəstəliklər insanın üzündə müəyyən izlər buraxır. "Üzdəki quru və çatlamış dəri bədənin susuz qalmasının bir əlamətidir. Bu simptom həm də tər vəzilərinin işi il

28.08.2021 914
.

"Dəri problemləri və saç tökülmələri ginekoloji xəstəliklərin əlaməti ola bilər" - VİDEO

"Dəri problemləri və saç tökülmələri bəzən hansısa ginekoloji xəstəliklərin əlaməti ola bilər". xəbər verir ki, bu sözləri mama-ginekoloq Şölə Əkbərova MediaPost TV-də çıxışı zamanı bildirib. Dəri problemlərinin yetkinlik dövrünə təsadüf etdiyini bildirən həkim, yanlış aparılan müalicələri

31.08.2021 1465
.

Əncirlə süd - 10 dərdə dərmandır

İnsan orqanizminə ən faydalı qidalar sırasında süd, bal, yumurta, əncir və s. bir çox qida məhsullarının adını çəkə bilərik. Ayrı-ayrılıqda onların hər biri insan orqanizmini lazımı vitaminlərlə təmin edir. Bəs siz südlü əncirin inanılmaz faydalarını bilirdinizmi?. xəbər verir ki, əncirin insan sağlamlığın

10.08.2021 2433
.

Yemiş yeyənlər bu xəstəliklərdən uzaqdırlar

Yay aylarında qarpızdan sonra ən məşhur meyvə sayılan yemiş bədəni sərinlədir və rahatlıq verir. Yemişin tərkibi bol su ilə yanaşı, yod və xrom mineralları, A və C vitamini ilə də zəngindir. Yemiş gözdə katarakta yaranmasının qarşısını alır, hamiləliyi asanlaşdırır, immun sistemini gücləndirir, sidikqovucudur

15.08.2021 2008
.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. Mütəxəssislər 1761 nəfərin iştirak etdiyi 14 araşdırmanı nəzərdən keçirib. Balı

15.08.2021 780
.

Yayda qripdən qorunmaq üçün həkim MƏSLƏHƏTİ

Payız-qış və yaz-yay aylarında insanlar tez-tez qripə yoluxurlar. BİG.AZ bildirir ki, -a açıqlama verən həkim-terapevt Şücaət Həşimov bildirir ki, qripə yoluxmaq təhlükəlidir. "Yaz-yay aylarında vitaminli meyvələr tam yetişmədiyinə görə orqanizmin ressusu aşağı düşür. Bu zaman orqanizmdə vitami

29.08.2021 879