Yaxın qohumlar bir yerdə işləyə bilməyəcəklər - YENİ QANUN

Yaxın qohumlar bir yerdə işləyə bilməyəcəklər - YENİ QANUN"Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiya "Vəzifəli şəxslərin faəliyyətində maraqların toqquşması haqqında" adlı yeni qanun layihəsi hazırlamağa başlayıb. Yeni qanun layihəsi Komissiyada hazırlandıqdan sonra Milli Məclisə göndəriləcək. Ümid edirəm ki, parlamentdə bu qanun layihəsi qəbul ediləcək".

BiG.AZ bildirir ki, bu sözləri modern.az saytına açıqlamasında Prezident yanında Əfv Komissiyasının üzvü, "Konstitusiya" Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev deyib.
O bildirib ki, bu gün eyni dövlət orqanlarında qohumların tabelilik münasibətlərində çalışmasına qarşı qüvvədə olan qanunun maddəsi işlək deyil:

"Korrupsiyaya qarşı mübarizə haqqında" qanunun bu maddəsi işlək deyil"

"Eyni dövlət müəssisə, təşkilat, idarə və orqanlarında yaxın və ümumiyyətlə, qohumluq münasibətlərində olan vətəndaşların işləməsi qanunla qadağandır. Bu, "Korrupsiyaya qarşı mübarizə haqqında" qanunda da öz əksini tapıb. Qanunda qeyd olunur ki, qohumluq münasibətlərində olan vətəndaşların eyni dövlət orqanlarında tabelilik formasında, yəni biri digərinə nəzarət edirsə, bu forma çalışması qəti qadağan və yolverilməzdir.
Amma təcrübə onu göstərir ki, Azərbaycanda məhz bu sahədə mövcud olan qanunvericilik tam tənzimlənmir. Ona görə də "Korrupsiyaya qarşı mübarizə haqqında" qanunun məhz bu məsələyə aid maddəsi hələ də praktik baxımdan işlək deyil.
Çünki hələ ki Azərbaycanda "Vəzifəli şəxslərin fəaliyyətində maraqların toqquşması haqqında" qanun qəbul edilməyib".

"Siyasi idarəçilik və iqtisadi sahədə yaxın qohumların bir yerdə çalışmasına yol verilməyəcək"

Hüquqşünas yeni qəbul ediləcək "Vəzifəli şəxslərin fəaliyyətində maraqlarının toqquşması haqqında" qanunun əhəmiyyətini bu cür açıqlayıb:
"Əlbəttə, "Vəzifəli şəxslərin fəaliyyətində maraqlarının toqquşması haqqında" qanunun qəbulu bu gün çox zəruridir.
Bu gün Azərbaycanda aparılan struktur islahatları bu qanunun qəbulunu zəruri edib. Artıq bu qanun qəbul edildikdən sonra"Korrupsiyaya qarşı mübarizə haqqında" qanunda olan müvafiq maddə işlək mexanizmə düşəcək.
Beləliklə də, siyasi idarəçilik və dövlətin iqtisadi, maliyyə qurumlarında yaxın qohumların eyni dövlət orqanlarında tabelilik münasibətlərində çalışması mümkünsüz olacaq".

"Yaxın qohumların eyni dövlət orqanında işləməsi korrupsiyanı gücləndirir"

Ə.Nuriyev deyib ki, eyni dövlət orqanında yaxın qohumların tabelilik münasibətlərində çalışması korrupsiyaya yol açır.
O vurğulayıb ki, qəbul olunacaq yeni qanunla qohumların tabelilik münasibətlərində çalışması qadağan ediləcək:
"Bu gün Azərbaycanda korrupsiya və rüşvətxorluğa ən yaxşı yol açan hallar eyni dövlət orqanlarında qohumların tabelilik münasibətlərində çalışmasıdır.
Çox təəssüf ki, Azərbaycanda maliyyə, iqtisadi və dövlət idarəçilik sahəsindəki qərarları birbaşa olaraq qəbul edən dövlət orqanlarında qohumların tabelilik münasibətlərində çalışması faktları var.
Qəbul ediləcək bu yeni qanun bu cür neqativ halların qarşısını alacaq".

"Artıq nazirlər tenderləri öz qohumlarına sata bilməyəcək"

Hüquqşünas vurğulayıb ki, "Vəzifəli şəxslərin fəaliyyətində maraqlarının toqquşması haqqında" qanun layihəsinin qəbulu ilə nazirlərin tenderləri öz yaxın qohumlarına satmasına son qoyulacaq:
"Belə neqativ hallar birbaşa olaraq dövlət və hökumət tərəfindən qəbul edilən qərarların icrasına çox böyük maneələr yaradır.
İqtisadi sahədə dövlətin elan etdiyi tenderlərin şəffaflıq şəraitində keçməsinə imkan vermir və bu sahədə qatı inhisarçılıq formalaşdırır. Çox zaman dövlət orqanı rəhbərli tenderləri öz tabeli münasibətlərində olan qohumlarına verirlər. Sağlam və azad rəqabət mühiti olmur.
Ona görə də dövlət orqanlarında, iqtisadi sahədə korrupsiyanın qarşısını alınması üçün "Vəzifəli şəxslərin faəliyyətində maraqlarının toqquşması haqqında" adlı yeni qanun layihəsinin qəbulu mühüm addım olacaq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1680   Tarix: 30 sentyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var

Avropa Komissiyasının Qonşuluq və Genişləndirmə Danışıqları üzrə baş direktoru Qert Yan Kupman (Gert Jan Koopman) Cənubi Qafqaza səfərindən sonra Türkiyəyə gedəcək. "Report" xəbər verir ki, bu barədə diplomat "X" səhifəsində yazıb. "Qarşıda bütün regiona fayda verəcək perspektivl

17:10 98
.

Namiq Qaraçuxurlu: "Ayrılığı çətin keçirirəm"

Meyxanaçı Namiq Qaraçuxurlu bahalı avtomobillərindən danışıb. bildirir ki, bu barədə sənətçi "Zaurla Günaydın" verilişində açıqlama verib:. "Heç vaxt kredit götürməmişəm. Qorxuram. Elməddin həmişə mənim maşınımla maraqlanırdı. Zəng edib soruşurdu ki, Namiq nə maşını sürür. Bir avtomobili

13:49 7785
.

Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Pasxa bayramı münasibətilə paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm

12:44 179
.

Dördüncü kurs tələbəsi vəfat etdi

Bakı Slavyan Universitetinin tələbəsi vəfat edib. Bu barədə Azərbaycan Universitetləri səhifəsi məlumat yayıb. Bildirilib ki, universitetin Sosial Elmlər fakültəsinin IV kurs tələbəsi Fidan Nəcəfova uzun sürən xəstəlikdən sonra vəfat edib.( )

04.05.2024 662
.

CBS: İsraillə HƏMAS arasında aparılan danışıqlar nəticə verməyib

İsraillə Fələstinin HƏMAS radikal qruplaşması arasında aparılan danışıqlar nəticəsiz başa çatıb. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "CBS News" məlumat yayıb. Bundan əvvəl tərəflər atəşkəslə bağlı Qahirədə görüşsələr də, sonda razılığa gələ bilməyiblər. Eyni zamanda

16:10 110
.

ABŞ səfirinin bir qrup şəxslə görüşünün media azadlığı ilə heç bir əlaqəsi yoxdur - RƏY

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbinin 3 may - Ümumdünya Mətbuat Azadlığı Günü adı altında pərdələnərək bir qrup şəxsi "mətbuat azadlığına sadiq olan istedadlı jurnalist" kimi təqdim edərək görüşməsinin media azadlığı ilə heç bir əlaqəsi yoxdur. Bunu "Report"a açıqlamasında Mill

04.05.2024 220
.

Vitse-prezident: "ADB-nin yeni əməliyyat modeli iqlim və özəl sektora diqqət yetirir"

Asiya İnkişaf Bankının (ADB) 2023-cü ildə hazırlanmış yeni əməliyyat modeli iqlim dəyişikliyi və özəl sektorun inkişafını əsas məsələlər kimi vurğulayır. "Report"un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu ADB-nin sektorlar üzrə vitse-prezidenti Fatimə Yasmin Gürcüstanı

04.05.2024 169
.

Borreldən etiraf: "ABŞ hegemon statusunu itirib"

"ABŞ hegemon statusunu itirib". Bu fikri Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrel Böyük Britaniyada mühazirə ilə çıxış edərkən deyib. Borrel Soyuq Müharibə dövründən sonra yaranan beynəlxalq sistemin indi praktiki olaraq mövcudluğunu dayandırdığın

04.05.2024 210
.

Böyük Britaniyanın mühafizəkarları regional seçkilərdə böyük məğlubiyyətlə üzləşiblər

Böyük Britaniyada hakim Mühafizəkarlar Partiyası mayın 2-də keçirilən regional seçkilərdə son onilliklərin ən səs-küylü məğlubiyyətlərindən birini alıb. "Report" xəbər verir ki, bu qiymətləndirməni İngiltərə üzrə 107 yerli özünüidarəetmə orqanlarından 102-də verilən səslərin hesablanmasını

11:50 129