Lənkəranskinin intiqamını alacaq "qanuni oğru" azadlığa çıxır

Lənkəranskinin intiqamını alacaq "qanuni oğru" azadlığa çıxırOktyabrın 18-də cəza müddəti tamamlanan Merab Canqveladze qətlə yetirilən Rövşən Canıyevin ən yaxın adamlarından biri olub; Rusiya kriminalında "nömrə 1" olmağa iddialı "Suxumski" kimdir?

Yezidi kürd Zaxari Kalaşovun ("Şakro Molodoy") həbsindən və azərbaycanlı "qanuni oğru" Rövşən Canıyevin ("Lənkəranski") qətlindən sonra Rusiya kriminalında "nömrə-1"in kimin olacağı ilə bağlı müzakirələr gedir. Reketdə və dələduzluqda suçlanan "Şakro Molodoy"-Aslan Usoyan ("Ded Xasan") "taxt-tacında" möhkəmlənməmiş həbs edilib və onu uzun müddətli türmə həyatı gözləyir.

"Lənkəranski"nin ən yaxın adamı, qətlindən sonra İstanbulda həbs edilən Hacı Talıbxanlı da ("Hacı Beyləqanski") indilikdə klana rəhbərlik etmək durumda deyil. İstanbul polisi onun bir neçə qətldə əli olduğundan şübhələnir. Xəbər verdiyimiz kimi, bu səbəbdən "Lənkəranski" klanının Türkiyəyə cavabdeh şəxsi kimi "Kurşa" ləqəbi ilə tanınan 44 yaşlı Qoça Çinçaridze tanınıb. "Qanuni oğru" adını 19 yaşında alan Qoça son illər Türkiyədə məskunlaşmışdı. Qeyd edək ki, "Lənkəranski"nin beynəlmiləl (ermənilərdən başqa) hesab edilən klanında əsas söz sahibləri gürcülər olub. Bu səbəbdən "Lənkəranski"nin xələfi kimi gürcü "qanuni oğru"ların tanına bilmək ehtimalı əvvəldən də böyük idi.

Bu ərəfədə isə "Rövşən Lənkəranski"nin ən yaxın adamlarından olan Merab Canqveladze ("Merab Suxumski") azadlığa buraxılmalıdır. Bir neçə il əvvəl Avropada Rusiya mafiyasına qarşı əməliyyatda həbs edilən Canqveladze "Lənkəranski" ilə ən yaxın müttəfiq və "Ded Xasan" klanının ən qatı düşmənlərindəndir. Onun həbsi "Lənkəranski"nin faktiki təklənməsi kimi qiymətləndirilirdi.

Oktyabrın 18-də cəza müddəti tamamlanan "Suxumski"nin qayıdışı "Lənkəranski" klanına əlavə güc qata bilər. Belə iddialar da var ki, "Suxumski"nin ilk işlərindən biri məhz "Lənkəranski"nin intiqamını almaq ola bilər. Nəzərə alsaq ki, "Lənkəranski"nin intiqamı hələ alınmayıb, bu səbəbdən də "Suxumski"nin azadlığa çıxması ilə kriminal aləmdə yeni müharibə də alovlana bilər.

Rusiya hüquq-mühafizə orqanları məhz bu kimi səbəblərdən "Suxumski"nin Rusiyaya qayıtmasını istəmirlər. Rusiya KİV-lərinin xəbərinə görə, hələ iyun ayında Moskva məhkəməsinin hakimi Nelli Rubçovanın sədrliyi ilə keçirilən prosesdə "Suxumski"in Rusiya vətəndaşlığının ləğvinə baxılıb.

Qərara görə, "Suxumski" özü haqqında doğru məlumat verməməsi səbəbində vətəndaşlığına son verilib. Gələn həftə bu məsələ ilə bağlı apelyasiya şikayətinə baxılacaq və son qərar veriləcək. Əgər qərar qüvvədə saxlanılsa, Rusiyaya qayıdan kimi deportasiya olunacaq. Məlumatda bildirilir ki, "Suxumski" Rusiya vətəndaşlığından çıxarılarsa, o, Qazaxıstan hüquq-mühafizə orqanlarına təhvil verilməlidir.

Çünki Qazaxıstanın hüquq-mühafizə orqanları onu bir sıra cinayətlərdə suçlayır. Xatırladaq ki, "Şakro" da iki il əvvəl İspaniya həbsxanasından buraxılanda Rusiyanın onu Gürcüstana təhvil verəcəyi deyilirdi. Amma Rusiya "Şakro"nun vətəndaşlığını ləğv etmədi və bəzi razılaşmalar əsasında bu ölkədə yaşamasına izn verdi. (O isə belə görünür ki, razılaşmaları pozduğu üçün həbs edilib və hələ uzun illər azadlıq üzü görməyəcək). Rusiya KİV-ləri yazır ki, "Suxumski" "nömrə 1" olmağa ən real namizəddir.

Kriminal aləmin ən odioz fiqurlarından olan "Suxumski" haqda məlumatlar çox azdır. "Suxumski" haqqında məlumatın niyə çox az olduğunu onunla bağlı "YouTube"də olan qısa videodan anlamaq mümkündür. "Merab Suxumskidən master-klass" başlıqlı həmin süjetdə istintaqçının ona hətta ad və soyadı ilə bağlı verdiyi suallar cavabsız qalır. "Master-klass" "oğru dünyası"nda "görməmişəm, eşitməmişəm, bilmirəm" sözlərini ehtiva edir.

"Yeni Müsavat"ın xəbərinə görə, Merab Canqveladze 1962-ci ilin noyabr ayının 20-də Suxumidə anadan olub. "Qanuni oğru" adını gənc yaşlarında alıb və kriminal aləmdə onun ailəsini təmsil edən kiçik qardaşı da var. 1975-ci ildə anadan olan Levan da "Suxumski" ləqəbi ilə tanınır və "Lənkəranski" ilə yaxşı münasibətləri olub.

Rusiya mafiyasının "xaç atası" Vyaçeslav İvankovla ("Yaponçik") uzun illər qarşıdurmada olan Merab 2009-cu il iyulun 28-də avtoritetə olan sui-qəsddə əsas şübhəli kimi tanınıb. "Yaponçik" tərəfdarları iddia edirdilər ki, sui-qəsdin sifarişçiləri arasında "Lənkəranski" ilə yanaşı Merab da var. "Ded Xasan"ın qətlindən sonra da "Suxumski" və "Lənkəranski"nin adları sifarişçilər siyahısında birgə hallanıb.

"Yaponçik"in öldürülməsindən sonra "Suxumski"nin "Ded Xasan"la da münasibətləri daha da pisləşir. Bu dəfə əzəli rəqiblər Soçidə-2014-cü il qış olimpiadası üçün tikilən obyektlərə nəzarət uğrunda mübarizədə toqquşublar.

2010-cu ildə Usoyan Moskvada 50 nəfər "qanuni oğru" nun iştirakı ilə Merab Suxumskinin "şəxsi işinə" baxılması üçün "sxodka" çağırıb. Deyilənə görə, "Ded" sanki məhkəmədəki kimi Merabla bağlı ortaya sənədlər və şahidlər qoyub. Söhbətin hansı sübutlardan getdiyi açıqlanmasa da, nəticə "Ded Xasan"ın istədiyi kim olur. Merab "oğru" adından məhrum edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5021   Tarix: 30 sentyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Kadırovun xəstəliyi də, varisi də bəllidir

Mədəaltı vəzin xərçəngindən əziiyət çəkən Çeçinistan liderini rəhbər postda kim əvəz edəcək?. Çeçenistan rəhbəri Ramzan Kadırovun səhhətinə görə tezliklə hakimiyyəti təhvil verəcəyi barədə xəbərlər yayılıb. xəbər verir ki, Kreml hakimiyyətinə müxalif nəşr olan "Novaya qazeta" Çeçenistan rəhbərini

28.04.2024 971
.

Toyda FACİƏ: Altı nəfərdən ibarət ailə yanaraq öldü

Hindistanda toyda baş verən yanğında bütöv bir ailənin üzvləri yanaraq ölüblər. Faciə Bihar ştatının Darbhanqa şəhəri yaxınlığındakı kənddə baş verib. Axşam dostlar və qohumlar yerli sakin Çhaqan Pasvanın nikah mərasiminə toplaşıblar. Təntənəli kortej toy yerinə çatdıqda, fişəngindən çıxan atəş qonaqları

28.04.2024 271
.

Bakıda 56 yaşlı qadını avtomobil vurub

Bakının Nəsimi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, rayonun Həsən Əliyev küçəsində qeydə alınıb. Belə ki, avtomobil yolu keçən 1968-ci il təvəllüdlü Seyidova Sevda Tofiq qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliy

28.04.2024 174
.

KİV: İsrail anklavda davamlı sabitliyin bərpasını müzakirə etməyə hazırdır

İsrail, Fələstinin radikal HƏMAS hərəkatı ilə razılaşmalar üçün yeni təklifində Qəzza zolağında vəziyyətin davamlı nizamlanmasına hazır olduğunu bildirib. "Report" xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb. İsrail HƏMAS-ın saxladığı girovların aza

28.04.2024 176
.

Sabah Bakıda 30 dərəcə isti olacaq

Aprelin 29-da Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a bildirilib ki, sabah mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 isti, gündüz 25-30 isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütun

28.04.2024 228
.

Neftçala şəhərində 46 yaşlı kişi süni göldə batdı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Neftçala şəhərində 1 nəfərin süni göldə batması barədə məlumat daxil olub. -ın xəbərinə görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Muğan dalğıc-axtarış qrupu əraziyə cəl

28.04.2024 179
.

İrtış çayında qayıq qəzasında iki nəfər ölüb

İrtış çayının Rusiyanın Omsk vilayətindən keçən hissəsində qayığın gəmilərin üzən duracağı ilə toqquşması nəticəsində su nəqliyyatı vasitəsinin sürücüsü və sərnişini yaralanıb. Daha bir sərnişinin isə axtarışı gedir. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat üzr

28.04.2024 147
.

Maaşlar artacaq? - VİDEO

2024-cü ilin I rübündə dövlət büdcəsində 821,7 milyon manat artıqlıq yaranıb. Bu barədə Maliyyə Nazirliyinin açıqladığı məlumatda bildirilir. Bəs 2023-cü ildə 9%-ə yaxın inflyasiyanın qeydə alındığını nəzərə alaraq bu vəsaitin minimum pensiya məbləğinin və əməkhaqlarının artırılmasına yönəldilməsi mümkündürmü?

28.04.2024 314
.

Kür çayında suyun səviyyəsi azalıb

Böyük Qafqazın ərazisindən axan Qudyalçay-Qımıl məntəqəsində suyun səviyyəsi 5 santimetr artıb, Qarasuçay-Zərdabda 20, Qaraçay-Rük, Əyriçay-Ağyazıdə 3 santimetr azalıb, Katexçay-Qəbizdərə məntəqəsində isə dəyişməyib. Bu barədə BİG.AZ-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiy

28.04.2024 194