Çexiya klubunun futbolçuları Bakıda virusa yoluxublar

Çexiya klubunun futbolçuları Bakıda virusa yoluxublarAvropa Liqasında "Qarabağ"ın rəqibi olan Çexiyanın "Slovan" klubunun 12 futbolçusu infeksion xəstəliyə yoluxub.

Oxu.Az AzVision.az-a istinadən xəbər verir ki, klubun rəsmi saytında yer alan məlumatda oyunçuların Azərbaycana səfər zamanı bu virusa yoluxduğu bildirilir.

Bunun nəticəsində Çexiya çempionatının 8-ci turunda "Karvin" klubuna qarşı keçirilməsi planlaşdırılan oyun təxirə salınıb.

"Oyunçuların bəzilərində səhhətləri ilə bağlı problem hələ sentyabrın 19-u "Slaviya" ilə baş tutan oyundan əvvəl başlamışdı. Həftə ərzində vəziyyət daha da pisləşdi", - deyə klubun məlumatında qeyd edilib.

"Futbolçular bu virusa Azərbaycanda yoluxublar. Bəzi futbolçuları biz "Slaviya" ilə oyundan öncə, digərlərini isə bu həftə ərzində itirdik. Belə bir hal mənim karyeramda bir dəfə 12 il əvvəl, yeniyetmələr komandasına rəhbərlik etdiyim vaxt olmuşdu. Yaşlı futbolçular arasında belə bir şeyi ilk dəfədir ki, görürəm. "Karvin" klubu ilə oyunun təxirə salınması yeganə çıxış yolu idi. Biz 12 futbolçumuz olmadan oynaya bilməzdik.". – deyə klubun baş məşqçisi Yindrix Trpişpvski bildirib.

Bu arada "Slovan" Avropa liqasının ikinci turu çərçivəsində doğma meydanda Yunanıstanın "PAOK" klubu ilə qarşılaşmalıdır. Çexiya klubundakı vəziyyət bu oyunun keçirilməsi imkanını da şübhə altına salır. UEFA rəsmiləri artıq məsələ ilə bağlı araşdırmalara başlayıb və araşdırmaların nəticələri bu gün açılacaq. Yunanıstan təmsilçisinin bu virusa yoluxması riski olsa onda oyun təxirə salınacaq.

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsinin sentyabrın 15-də baş tutan ilk turunda "Qarabağ" doğma meydanda "Slovan"la heç-heçə edib - 2:2.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 935   Tarix: 26 sentyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanın daha bir paracüdoçusu qızıl medal qazandı

Azərbaycanın qadın paracüdoçusu Sevda Vəliyeva Tokio-2020 Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb. xəbər verir ki, 57 kq çəki dərəcəsində mübarizə aparan idmançı qızıl medal uğrunda qarşılaşmada Pərvinə Səməndərova ilə üz-üzə gəlib. Rəqini 1:0 hesabı ilə məğlub edən Vəliyeva paralimpiya çempion

28.08.2021 647
.

Ronaldonun transferi barədə post rekord bəyənmə topladı – FOTO

"Mançester Yunayted"in hücumçu Kriştianu Ronaldunun transferini açıqladığı "Twitter" paylaşımı böyük rəğbət qazanıb. Dərc olunduğu ilk saatdaca postu bir milyon nəfər bəyənib, 400 nəfərsə retvit edib. Qeyd edək ki, portuqaliyalı məhz bu komandadakı çıxışı sayəsində ulduza çevrilib

27.08.2021 1093
.

Taekvondoçularımız üç gümüş medal qazandılar

Tallində yeniyetmə və 21 yaşadək idmançılar arasında təşkil olunan qitə birinciliyinin son yarış günündə yeniyetmə taekvondoçularımız aktivlərinə daha üç gümüş medal əlavə ediblər. xəbər verir ki, yeniyetmə milli komandamızın üzvləri Vasif Səlimov (45 kiloqram), İslam Əhmədzadə (53 kiloqram) və Nərgi

27.08.2021 665
.

"Sabah"ın baş məşqçisi: "Vaxta ehtiyacımız var"

"Rəqibi təbrik edirəm. Oturuşmuş komandaya qarşı oynadıq. Bizim heyət yeni yığılıb. Üstəlik 5 futbolçumuz da müxtəlif səbəblərdən bu gün oynamırdı. Ancaq bütün bunlar məğlubiyyətə səbəb deyil. Sadəcə, vaxta ehtiyacımız var". "Report"un məlumatına görə, bu fikirləri "Sabah"ı

22.08.2021 688
.

Azərbaycan millisinin heyətində dəyişiklik baş verib

2022-ci il dünya çempionatının seçmə mərhələsində Portuqaliya ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik baş verib. "Report" AFFA-nın saytına istinadən xəbər verir ki, "Qarabağ"ın futbolçusu Maksim Medvedev zədə, Polşanın "Visla" (Plotks) klubunun üzvü Anto

05.09.2021 898
.

Rusiya mətbuatı Mahir Emreli barədə yol verdiyi səhvi düzəltdi - FOTO/VİDEO + YENİLƏNİB

Rusiyanın saytı Mahir Emreli barədə yol verdiyi səhvi aradan qaldırıb. -ın xəbərinə görə, artıq futbolçu onlayn xəbərdə azərbaycanlı kimi təqdim olunub. 13:34. Millimizin futbolçusu Mahir Emreli Rusiyada erməni oyunçu kimi təqdim edilib. xəbər verir ki, Rusiyanın məşhur idman saytlarından olan futbolçumu

16.09.2021 2354
.

Sərbəst güləşçilərimizin I MDB Oyunlarındakı qazancı: Üç qızıl, iki gümüş və iki bürünc medal

Rusiyanın Kazan şəhərində I MDB Oyunları davam edir. Bu gün sərbəst güləşçilərin yarışı keçirilib. Ölkəmizi böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Əliabbas Rzazadə (57 kq), Tural Hüseynov (61 kq), Sabir Cəfərov (65 kq), Namus Orucov (70 kq), Cəbrayıl Hacıyev (7

04.09.2021 627
.

UEFA səfər oyunlarında azarkeşlərin iştirakına icazə verdi - FOTO

UEFA gələn həftədən etibarən avrokuboklar və milli komandaların səfər oyunlarında azarkeşlərin iştirakına izacə verib. Bu barədə Avropa Futbol Azarkeşləri (FSE) təşkilatı məlumat yayıb. Azarkeşlərin pandemiya ilə bağlı bütün qaydalara əməl etməsinin vacibliyi qeyd olunub

06.09.2021 593
.

Dünya çempionumuz koronavirusa yoluxdu

Paralimpiya milli komandamızın daha bir üzvü taekvondoçu Aynur Məmmədova Tokioya yollana biməyib. Unikal.org-un məlumatına görə, üçqat dünya, 4 dəfə Avropa çempionu parataekvondoçu Aynur Məmmədova koronavirusa yoluxub. Dünya çempionu bu səbəbdən sentyabrın 4-də dayanq üzərinə çıxıb-çıxmama ehtimal

31.08.2021 1111