Xumarın BƏLALISI - audio

Xumarın BƏLALISI - audio

Azərbaycan estradasının parlaq ulduzu, sevilən və seçilən ifaçısı Xumar Qədimova Türkiyənin məşhur ifaçısı Zeki Mürənin "Bəlalım" mahnısına yeni həyat verib. BiG.AZ xəbər verir ki, hər zaman özünəməxsus səsi, özəlliyi ilə seçilən ifaçı yeni mövsümü məhz bu mahnı ilə açıq elan edib. Sözləri və musiqisi Sezen Aksuya aid “Bəlalım” mahnısı X. Qədimova repertuarında laiqili yerini tutacaq. Sevənlərin sevgi himninə çevrilən, dillər əzbəri olan "Bəlalım" ı hələ heç kəs rok janrında bu cür ifa etməyib.

Azərbaycan estradasının Xumarı bu mahnını bacısı, eyni zamanda meneceri Mətanət xanımın istəyi ilə ifa edib.


Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 11428 Tarix: 23.09.2016


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər