Azərbaycanda oğlanı qız edən cərrah danışdı: "O, bundan sonra qadın kimi..."/FOTOLAR

Azərbaycanda oğlanı qız edən cərrah danışdı: "O, bundan sonra qadın kimi..."/FOTOLAR"Bugünkü əməliyyat Azərbaycan tibbində yeni bir müdaxilədir və doğumdan gələn bir anomaliyadır".

BiG.AZ xəbər verir ki, bunu publika.az-a plastik cərrah Dilqəm Məmmədov bu gün keçirdiyi əməliyyatın təfərrüatı barədə məlumat verərkən deyib.

O bildirib ki, bu əməliyyat ikicinsliliyi olan şəxslərdə cinsiyyəti müəyyən etmək üçün həyata keçirilir: "Onun hansı cinsə mənsub olduğunu qərarlaşdırıb, ona uyğun əməliyyat həyata keçiririk. Bu əməliyyata 7 ay əvvəl hazırlanmışıq. Ailə bizə müraciət edib, həmin şəxs müayinə edilib. Müayinə əsnasında belə bir patologiya olduğu, iki cinsi əlamətlərini daşıdığı müəyyən edilib. Həmin şəxs daxilən qadın, xarici cinsi orqan baxımından isə bir kişi idi. Bunları nəzərə alaraq əvvəlcə, onun genetik baxımdan qadın və kişi olduğu müəyyən edildi. Onun qadın genotipi daşıdığı müəyyən edildi. Bununla bağlı lazımı icazələr alındı. Əməliyyata qərar verildi və proses 4-5 saat davam etdi. Çox uğurlu əməliyyat oldu. Hazırda pasientin vəziyyəti normaldır".

D.Məmmədov bildirib ki, əməliyyata yaş baxımdan bir qədər gecikiblər: "Əməliyyatdan əvvəl xəstənin psixoloji durumu da müəyyən edilib. Həmin şəxs tam bir qadın kimi yetişib, görüntüsü də qadındır və özünü də qadın kimi hiss edir. Sadəcə cinsiyyət orqanında patologiya olub. O da aradan qaldırılıb. Bu əməliyyat doğuş qüsuru səbəbindən edilib, xəstənin kefinə görə edilmiş əməliyyat deyil. Uyğun icazənin alınması, edildiyi yaş baxımından, gerçək hermofroditizm cərrahi texniki baxımdan bu Azərbaycanda ilk əməliyyatdır".

Həkim bundan sonra əməliyyat edilən şəxsin ana ola biləcəyinə də dedi: "Bundan sonra o qadın kimi həyatına davam edəcək, ana ola biləcək".

Bu vaxta qədər ailənin gözləməsinə gəldikdə, həkim müxtəlif səbəblərin olduğunu dedi: "Ailə bizə müraciət edəndə Azərbaycanda belə əməliyyatların edildiyini bilmədiklərini dedilər. Xarici ölkələrə müraciət etmək istədiklərini bildirdilər. Lakin bizim edə biləcəyimizi eşidib bura gəliblər. Ailənin rəsmi müraciət etdiyi qurumlarda onun ilk belə müraciət olduğu deyilib. Ola bilər ki, kiçik dəyişiklik edilib, lakin rekonstruktiv əməliyyat baxımdan ilk əməliyyat idi".

D.Məmmədov bildirib ki, bu problem hamiləlikdə müayinə və sonradan gözlə müşahidələr zamanı müəyyən edilə bilər: "Bu problem genetik, ideopatik, terotogenit, xromosom dəyişikliklərindən yarana bilir. Uşaq ana qarnında ikən genekoloq müayinəsi zamanı aşkarlana bilir. Həmçinin doğumdan sonra da aşkarlana bilir. Hamiləlik boyu və sonradan mütəmadi müayinədə olmalıdır. Braziliya, Hindistan, ABŞ və bir sıra ölkələrdə bu əməliyyatlar edilir. Bu hallara Azərbaycanda nə qədər rast gəlindiyini demək çətindir. Ümumiyyətlə, Azərbaycanda belə xəstələrin statistikası aparılmır və onun neçə nəfərdən bir rast gəlindiyini deyə bilmirik".

D.Məmmədov əməliyyatdan sonra xəstənin və ailəsinin çox xoşbəxt olduğunu dedi: "Əməliyyata gələndə xəstə bu problemin narahatlığını yaşayırdı. Tez bir zamanda ondan qurtulmağa çalışırdı. İndi necə xoşbəxt olduğunu təsəvvür edə bilməzsiniz. Əməliyyat gec olsa idi, bu xəstədən problemlər yarada bilərdi. Çünki bu zaman onun hansı cinsə məxsus olduğunu müəyyən etmək çox çətin olur. Həmçinin onun psixoloji durumu da anormal olur. Həmin şəxslər belə həyat sürməkdə çətinlik çəkir, hətta psixoloji problemlər yaşayırlar".

Azərbaycanda oğlanı qız edən cərrah danışdı: "O, bundan sonra qadın kimi..."/FOTOLARAzərbaycanda oğlanı qız edən cərrah danışdı: "O, bundan sonra qadın kimi..."/FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6261   Tarix: 22 sentyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Amsterdamda keçirilən nümayişdə 100-dən çox ətraf fəal saxlanılıb

Amsterdam polisi şəhərin hərəkətli yollarından birini bağlayan Extinction Rebellion təşkilatının 100-dən çox ətraf mühit fəalını saxlayıb. "Report"un məlumatına görə, bu barədə NOS telekanalı məlumat yayıb. Belə ki, iki yerdə səkkiz avtomobil dairəvi yolu kəsib. Fəallar "ING Bank"ı

28.04.2024 227
.

Sahibə Qafarova: Fransa regionda sülhə xidmət etməyən yanaşma ortaya qoyur

Fransa regionda sülhə xidmət etməyən, yeni münaqişənin alovlanmasına hesablanmış yanaşma ortaya qoyur. "Report" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Monteneqro Prezidenti Yakov Milatoviç ilə görüşündə Fransanın regionda gərginliyi artırmaq məqsədi daşıyan addımları barəd

28.04.2024 187
.

"Oman LNG" "TotalEnergies" ilə ildə 800 min ton MTQ tədarükü haqqında müqavilə imzalayıb

Omanın "Oman LNG" şirkəti Fransanın "TotalEnergies"i ilə ildə 800 min ton mayeləşdirilmiş təbii qazın (MTQ) tədarükü üçün müqavilə bağlayıb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Oman LNG"nin bəyanatında bildirilib. Müqavilənin şərtlərinə görə, "Oma

28.04.2024 188
.

Ermənistan XİN: "Türkiyə ilə sərhəd məntəqəsi istismara hazırdır"

Ermənistan tezliklə Türkiyəyə iki ölkə arasındakı sərhəddə yerləşən Ani körpüsünün bərpası məsələsində öz yanaşmalarını çatdıracaq. Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat verib. "Türkiyə Ani körpüsünün bərpasına dair protokolu Ermənistana təhvil verib. Hazırda sənəd üzərində iş yekunlaşma

28.04.2024 211
.

Ukrayna Almanya şirkətindən 800-dən çox "Vektor" kəşfiyyat aparatı tələb edib

Ukrayna Almaniyanın pilotsuz uçuş aparatı istehsalçısı "Quantum-Systems GmbH"dən 800-dən çox Vektor kəşfiyyat aparatı tələb edib. "Report" xəbər verir ki, bu barədə "Der Spiegel" jurnalı məlumat yayıb. Nəşr vurğulayıb ki, ötən həftə Almaniyanın "Quantum-Systems GmbH"

28.04.2024 241
.

Bakıda 85 yaşlı qadın oğlu tərəfindən döyülərək küçəyə atılıb - VİDEO

Baku TV-nin qaynar xəttinə paytaxtın Xətai rayonunda 85 yaşlı qadının küçədə gecələməsi barədə məlumat daxil olub. Baku TV-nin əməkdaşları vətəndaşların müraciəti əsasında sözügedən ünvana gedərək qadınla həmsöhbət olub, ona kömək etməyə çalışıblar. Yaşlı qadın oğlu tərəfindən döyüldüyünü, küçəyə atıldığın

28.04.2024 427
.

Gürcüstan əhalisi azalır

2024-cü il yanvarın 1-nə olan məlumata görə, Gürcüstanda miqrantlarla birlikdə 3 milyon 694 min 600 nəfər yaşayır. Gürcüstanın Milli Statistika Xidmətinin məlumatına görə, 2023-cü il yanvarın 1-i ilə müqayisədə əhalinin ümumi sayı 1,1% azalıb. Əhalinin demək olar ki, yarısı Tbilisidə yaşayır - 1 25

28.04.2024 242
.

Bayden Tramp barədə: "Altı yaşlı uşaqla rəqabət aparıram"

ABŞ Prezidenti Co Bayden C-SPAN kanalında yayımlanan Ağ Ev Müxbirlər Assosiasiyasının illik qəbulunda zarafatla keçmiş Prezident Donald Trampı "altı yaşlı yuxulu Don" adlandırıb. "Qonaqpərvərliyiniz üçün təşəkkür edirik. Amma lütfən sakit olun, Donald dinləyir. Mən altı yaşlı uşaqla yarışa

28.04.2024 199
.

Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib

Aprelin 28-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. "Report" xəbər verir ki, Antoni Blinken ilk növbədə Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə olunmuş razılaşma ilə bağlı təbriklərini çatdırıb, bunu

28.04.2024 251