Narahat olmağa əsas yoxdur! Azərbaycandakı vəhhabilərin sayı...

Narahat olmağa əsas yoxdur! Azərbaycandakı vəhhabilərin sayı..."Bəzən bir qrup insandan eşidirik ki, küçədə "saqqallı"ların sayı artıb. Bir qrup insan isə deyir ki, əvvəlki dövrə baxanda onların sayı azalıb. Amma son illərdə aparılan monitorinqlərin nəticəsi göstərir ki, istər vəhabilik kontingentinə, istərsə də digər qeyri-ənənəvi dini cərəyanlara mənsub olanların artım tempi azalıb".

BiG.AZ xəbər verir ki, bunu trend-ə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib. O, bildirib ki, bu, radikalizmlə mübarizənin, maarifçilik işinin, inzibati tədbirlərin nəticəsində olub: "Bu, digər tərəfdən də zərərli dini cərəyanların iqtisadi baxımdan dəstəklənməsinə imkan verilməməsinin nəticəsidir. Yəni belə deyək ki, zərərli dini cərəyanların, bu cərəyanlara mənsub olan insanların iqtisadi imkanlarının geniş olacağı təqdirdə, onlara qoşulmaq da cəlbedici olacaq. Bizim əsas hədəflərimizdən biri də məhz elə onların iqtisadi dayaqlarını məhv etməkdir".

G. İsmayılov deyib ki, qeyri-ənənəvi dini cərəyanlara qoşulanların sayını konkret statistik rəqəmlərlə ifadə etmək çətindir: "Çünki heç kim özünü radikal dini cərəyana mənsub hesab etmir. Hər kəs də öz əqidəsində haqlı olduğunu deyir. Buna görə də bu, təxmini aparılan hesablamaların nəticəsidir. Son illərin təhlilləri əsasında deyə bilərik ki, zərərli və qeyri-ənənəvi dini cərəyanlara qoşulmanın tendensiyası getdikcə azalır.

Qeyri-ənənəvi dini cərəyanlara xas xüsusiyyətlərdən biri də odur ki, onlar öz mənsublarını iqtisadi və mənəvi baxımdan dəstəkləyir. Bu fakt dünyanın hər yerində, o cümlədən Azərbaycanda var. Amma bu cərəyanlara maliyyə vəsaiti formasında kömək göstərilməsi, yaxud hansısa dini cərəyana qoşulma üçün maddi təminatın olması ilə bağlı bizdə konkret bir fakt yoxdur".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3418   Tarix: 22 sentyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988