"London taksiləri" müştərilərə "atır"?

Day.Az saytına şikayət etmiş paytaxt sakinlərindən biri bu taksilərdə sərnişinlərdən sayğacın yazdığından artıq pul tələb olunduğunu bildirir. "Belə halla üzləşərkən haraya müraciət etməliyik?", - deyə şikayətçi sual edir.

"Baku-Taxi" ASC-nin nümayəndəsi Məcnun Səfərov məsələyə belə münasibət bildirib: "Şikayətin həqiqətə uyğun olub-olmadığını müəyyənləşdirmək üçün əvvəlcə araşdırma aparılmalıdır. Bu günlərdə belə şikayətlə bizə də müraciət edilib. Şikayətçi bildirir ki, Kukla Teatrının yaxınlığında taksiyə əyləşərək AzTV-nin qarşısına gedib. Sayğac 3 manat 10 qəpik yazsa da, guya sürücü ondan 4 manat tələb edib. Faktı araşdırdıq və sürücünün belə tələb irəli sürmədiyi üzə çıxdı".

"London taksiləri"lə bağlı şikayətin haraya edilməli olduğuna gəlincə, M.Səfərov hazırda şirkətdə ictimaiyyətlə əlaqələr şöbəsinin yaradıldığını bildirib: "Şöbə fəaliyyətə başladıqdan sonra sərnişinlər oraya zəng edərək şikayətlərini çatdıra biləcəklər. Hələliksə onlar şikayətlərini (050) 356-30-41 nömrəli telefona zəng vurmaqla edə bilərlər".

Nəqliyyat Nazirliyinin rəsmisi Namiq Həsənov isə öz növbəsində bu yaxınlarda Bakıya daha 200 "London taksisi"nin gətirildiyini söyləyib. "Hazırda Bakıda bu taksilərin sayı 300-ə çatdırılıb. İlin sonuna onları 1000-dək artırmaq nəzərdə tutulur. Yeni taksiləri Britaniyanın "Manganese Bronze" şirkətindən alırıq. Onları Çinin "Geely Automobile Holding" şirkəti istehsal edir", - deyə N.Həsənov bildirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5948   Tarix: 29 sentyabr 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mələkxanım Eyubovanın qızının toyundan kim küsüb gedib?

"Üçüncü toydur, amma ümumiyyətlə, az adam çağırmadım. Məclisimdə özümə, qəlbimə, sənətimə yaxın adamlar çağırıram. Alim Qasımov xanımı ilə gəlin və bəydən də əvvəl gəlmişdi. Alim məndən əvvəl atamla, qardaşımla dost olub". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Mələkxanım Eyubov

10:23 1089
.

İlham Əliyev və Putin görüşünün kadrarxası görüntüləri - Video

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Moskvaya rəsmi səfər edib və Rusiya lideri Vladimir Putinlə görüşüb. "Qafqazinfo" xəbər verir ki, Rusiya mediası liderlərin görüşünə dair yeni və əsasən kadrarxası görüntüləri yayıb. Sözügedən görüntüləri isə "Rossiy

11:23 570
.

İntim videolar çəkən FHN polkovniki yenidən hakim qarşısında

Fövqəladə Hallar Nazirliyindəki (FHN) xidməti otağında intim videolar çəkib yaymaqda təqsirləndirilən polkovnik Zaur Mirzəyevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. xəbər verir ki, Ali Məhkəmənin hakimi Nazim Mövsümovun sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilə

09:58 476
.

Anar Məmmədli saxlanıldı

Hüquq müdafiəçisi Anar Məmmədli saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, yaxınları A.Məmmədlinin Nərimanov rayonu ərazisində saxlanılması barədə məlumat yayıb. DİN-in Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı saytımıza A.Məmmədlinin saxlanılmasını təsdiq edib: "Onun barəsində araşdırm

15:53 322
.

Keyfiyyətli dondurmanı necə seçək? - AÇIQLAMA

Havanın istiləşməsi ilə dondurma mövsümü də yaxınlaşır. Bəs keyfiyyətli, insan orqanizminə zərərsiz dondurmanı necə seçə bilərik?. Qida eksperti Elsevər Fərzəliyev -a bildirib ki, normalda dondurma insana mənfi təsir göstərməməlidir. Çünki onun tərkibində insana mənfi təsir edəcək heç bir inqrident olmamalıdır

15:26 276
.

Şotlandiyanın ilk müsəlman Baş naziri istefa verib

Şotlandiyanın ilk müsəlman Baş naziri Həmzə Yusif tutduğu istefa verib. xəbər verir ki, Yusif Şotlandiyanın paytaxtı Edinburqda baş nazirin rəsmi iqamətgahı Bute House-da təşkil edilən mətbuat konfransında baş nazir və partiya lideri vəzifəsindən istefa verəcəyini açıqlayıb. Yusuf sırf hakimiyyəti saxlama

21:30 0
.

MN-dəki 143 milyonluq mənimsəmə: "Nəcməddin Sadıkov məni kabinetinə çağırıb 800 min manat pul verdi"

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətini

21:33 0
.

Vətən müharibəsində itkin düşən altı hərbçiyə şəhid statusu verilib - FOTO

"Bilirsiniz ki, Üçtərəfli Bəyanat imzalandıqdan dərhal sonra hər iki tərəfin aidiyyəti dövlət qurumları tərəfindən Rusiya sülhməramlı kontingentinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin də iştirakı ilə ərazidə çox ciddi axtarış-araşdırma işləri həyata keçirildi". xəbər verir ki, bunu APA-y

11:05 337
.

İsrail əsgərləri İordan çayının qərb sahilində 15 fələstinlini həbs edib

İsrail əsgərləri İordan çayının qərb sahilində fələstinliləri həbs etməyə davam edir. BİG.AZ xəbər verir ki, hücum zamanı 15 fələstinlini həbs edilib. Bu barədə Fələstin Əsirlər Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Əsir və Azad Heyəti birgə bəyanat yayıb. Açıqlamada, İsrail ordusunun müxtəli

15:46 140