Sərxoş sürücülərin ödədiyi milyonlar hara gedib?

Sərxoş sürücülərin ödədiyi milyonlar hara gedib?Qubad İbadoğlu DSK-nın yaydığı məlumatdakı ziddiyətlərə aydınlıq gətirdi.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ilin yanvar-iyun aylarında yol-hərəkəti qaydaları əleyhinə 1 milyon 387 min 800 və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 23,6 faiz çox inzibati xəta aşkarlanıb.

Bizimyol.info xəbər verir ki, iqtisadçı ekspert Qubad İbadoğlu ictimaiyyətin geniş müzakirəsində olan bu açıqlama ilə bağlı fikirlərini özünün "Facebook" səhifəsində paylaşıb.
Ekspertin sözlərinə görə, bu o deməkdir ki, cari ilin ilk ayınıda hər gün yol-hərəkəti qaydaları əleyhinə orta hesabla 7625, hər ay orta hesabla 231 min 300 inzibati xəta cəriməsi yazılıb. Xətaların 51,8 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 11,7 faizi dayanma və ya durma qaydalarının pozulması, 5,0 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 4,4 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, 4,3 faizi yol ayrıcını keçmə, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanmışdır.
Q.İbadoğlu bununla əlaqədar iki məqama diqqət çəkmək niyyətində olduğunu yazıb: "Birinci, açıqlanmış məlumatdan bəlli olur ki, qaydaların pozulmasına görə 40,2 milyon manat məbləğində cərimələr tətbiq edilib. Beləliklə də orta hesabla 1 cəzaya görə 28 manat 96 qəpik cərimə şamil olunub. Məlumat üçün qeyd edim ki, yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə 10 manat, sürəti 21-40 km/saat həddində aşmağa görə 50 manat, sürəti 41-60 km/saat həddində aşmağa görə 150 manat, sürəti 61 km/saat həddindən artıq aşmağa görə 250 manat, dayanma və ya durma qaydalarını pozmağa görə ən azı 20 manat, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə görə 40 manat, təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə də 40 manat cərimə tətbiq edilir. Əgər orta cərimə məbləği 29 manat 96 qəpik edirsə, belə qənaətə gəlmək olar ki, yol hərəkətinin ağır pozuntu halları az qeydə alınıb, demək olar ki, cərimələr əsasən yolda hərəkət sürətinin 10-20 km/saat həddində aşmasına görə yazılıb.

Diqqət çəkmək istədiyim ikinci məqam isə ondan ibarətdir ki, görəsən hesablanmış 40,2 milyon manat cərimənin hansı hissəsi ödənilib və nə qədəri borc olaraq qallr. Maraqlı məsələlərdən biri də ödənilmiş məbləğlərin rəsmiləşdirilməsi ilə bağlıdır.

Nəhayət, 3-cü məqam ondan ibarətdir ki, hesabatda yer almayan son 2 ayda yol-hərəkəti qaydalarının pozuntu halları daha da artıb. Belə ki, bu günlərdə açıqlanmış digər məlumata görə, avqust ayının 1-dən 21-dək olan müddətdə keçirilən reydlər zamanı 203 minə yaxın yol hərəkəti qayda pozuntusu, o cümlədən nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə edilməsi üzrə 1000-ə yaxın qayda pozuntusu aşkarlanıb. Belə olan halda avqust ayında gündə orta hesabla 9666 və ya bu ilin ilk 6 ayının orta günlük göstəricisindən 26,7 faiz çox inizibati cərimə protokolu yazılıb. Maraqlıdır ki, avtomobilin sərxoş vəziyyətdə idarə edilməsi ilə bağlı avqustda gündə 50 sürücü cərimələnib. Bu hesabla bu ilin ilk ayında 9100 sərxoş sürücü ilin ilk 6 ayında ən azı 3 milyon 640 min cərimə ödənilməli idi. Nədənsə 6 aylıq hesabatda sərxoş sürücülərdən bəhs olunmur. Görünür ki, ya ilun ilk 6 ayında sərxoş sürücülər olmayıb, yaxud ələ keçməyib, ya sərxoşluq mövsümi amillərlə bağlıdır, ya da sərxoş vəziyyətdə avtomobili idarəetmə üçün yüksək cərimə məbləği qeyd olunduğuna görə onlar qeydiyyat düşmürlər"-deyə Q.ibadoğlu vurğulayıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1491   Tarix: 30 avqust 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Maaşlar artacaq? - VİDEO

2024-cü ilin I rübündə dövlət büdcəsində 821,7 milyon manat artıqlıq yaranıb. Bu barədə Maliyyə Nazirliyinin açıqladığı məlumatda bildirilir. Bəs 2023-cü ildə 9%-ə yaxın inflyasiyanın qeydə alındığını nəzərə alaraq bu vəsaitin minimum pensiya məbləğinin və əməkhaqlarının artırılmasına yönəldilməsi mümkündürmü?

28.04.2024 314
.

Göyçayda avtomobil köşkə çırpıldı: Xəsarət alan var

Göyçayda yol-nəqliyyat hadisəsi baş verib. Bizim.Media xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, VAZ-2107 markalı avtomobilin sürücüsü 21 yaşlı Nəbi Səhrab oğlu Nəbizadə həmin yolda hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındak

28.04.2024 154
.

Kadırovun xəstəliyi də, varisi də bəllidir

Mədəaltı vəzin xərçəngindən əziiyət çəkən Çeçinistan liderini rəhbər postda kim əvəz edəcək?. Çeçenistan rəhbəri Ramzan Kadırovun səhhətinə görə tezliklə hakimiyyəti təhvil verəcəyi barədə xəbərlər yayılıb. xəbər verir ki, Kreml hakimiyyətinə müxalif nəşr olan "Novaya qazeta" Çeçenistan rəhbərini

28.04.2024 971
.

Gürcüstan əhalisi azalır

2024-cü il yanvarın 1-nə olan məlumata görə, Gürcüstanda miqrantlarla birlikdə 3 milyon 694 min 600 nəfər yaşayır. Gürcüstanın Milli Statistika Xidmətinin məlumatına görə, 2023-cü il yanvarın 1-i ilə müqayisədə əhalinin ümumi sayı 1,1% azalıb. Əhalinin demək olar ki, yarısı Tbilisidə yaşayır - 1 25

28.04.2024 209
.

Toyda FACİƏ: Altı nəfərdən ibarət ailə yanaraq öldü

Hindistanda toyda baş verən yanğında bütöv bir ailənin üzvləri yanaraq ölüblər. Faciə Bihar ştatının Darbhanqa şəhəri yaxınlığındakı kənddə baş verib. Axşam dostlar və qohumlar yerli sakin Çhaqan Pasvanın nikah mərasiminə toplaşıblar. Təntənəli kortej toy yerinə çatdıqda, fişəngindən çıxan atəş qonaqları

28.04.2024 271
.

Ermənistan XİN: "Türkiyə ilə sərhəd məntəqəsi istismara hazırdır"

Ermənistan tezliklə Türkiyəyə iki ölkə arasındakı sərhəddə yerləşən Ani körpüsünün bərpası məsələsində öz yanaşmalarını çatdıracaq. Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat verib. "Türkiyə Ani körpüsünün bərpasına dair protokolu Ermənistana təhvil verib. Hazırda sənəd üzərində iş yekunlaşma

28.04.2024 146
.

Portuqaliya keçmiş koloniyalara təzminat ödəməkdən imtina etdi

Portuqaliya hökuməti prezidentin bəyanatının əksinə olaraq, müstəmləkəçilik dövründə köləlikdən zərər çəkmiş dövlətlərə təzminat ödəməmək qərarına gəlib. Məlumata görə, 15-ci əsrdən 19-cu əsrə qədər portuqaliyalı dənizçilər altı milyon afrikalını Atlantik okeanından zorla keçirərək köləliyə (əsasən Braziliyaya

28.04.2024 174
.

Sədərək rayonunda sursat partladı: Həlak olan mülki şəxslər dəfn ediliblər - FOTO/VİDEO

Sədərək rayonunda sursat partlayışı nəticəsində həlak olan mülki şəxslər dəfn ediliblər. "Report" xəbər verir ki, rayonun Qaraağac kəndi ərazisində Ermənistan tərəfindən vaxtilə atılmış hərbi sursatın partlaması nəticəsində həlak olan 1951-ci il təvəllüdlü Vilayət Həsən oğlu Rzayev və 1970-c

28.04.2024 404
.

Sahibə Qafarova: Fransa regionda sülhə xidmət etməyən yanaşma ortaya qoyur

Fransa regionda sülhə xidmət etməyən, yeni münaqişənin alovlanmasına hesablanmış yanaşma ortaya qoyur. "Report" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Monteneqro Prezidenti Yakov Milatoviç ilə görüşündə Fransanın regionda gərginliyi artırmaq məqsədi daşıyan addımları barəd

28.04.2024 173