Florada İlhamələşmə gedir…

Florada İlhamələşmə gedir…Elvin Elxan
Florada İlhamələşmə gedir…İllərdir ki, İlhamə-Flora dueli bizi lap təngə gətirmişdi. Əlbəttə, bu əqidə və söz davasında əksəriyyət Flora Kərimovanın tərəfində idi. Çünki qarşı tərəf öz sambalını itirmiş, atmacaları və əməlləri sənətini, səsini kölgəyə salmışdı. Dövran dəyişdi, bu döyüş İlhamə Quliyevanın ölümü ilə başa çatdı. Flora Kərimova gənc nəslin nümayəndələrinə söz ata bilərdi, hətta onları tənqid də edə bilərdi.

Ancaq xalq artistinin profili dəyişdi, illərdir içində saxladığı kin dolub-daşdı, zamansız partlayışı baş tutdu. Onun bu dəfəki hədəfi Zeynəb Xanlarova oldu. Maraqlıdır ki, həmişə qalmaqallarda haqlı tərəf kimi görünən Flora Kərimova hazırda ən çox tənqid olunan sənətçidir. Niyə? Çünki o 7 dəfə dünyanı dövr edən Xanlarovaya palçığa bulaşmış əllərini sürtməyə başladı.

Siz axı müstəqil Azərbaycanın ilk xalq artistisiz. Hər gün mahnılarınız qulaqlarımıza, simanız gözümüzün qarşısına gəlir. Amma…

Zeynəb xanım bu səhnədə yenilikçi oldu, çeviriliş etməyi bacardı. Qadınların bir yerdə dayandığı, öz hüquqlarına bələd olmadığı bir dövrdə Xanlarova səhnəyə sərbəstlik, rəngli geyimlər gətirdi, kütlə müğənnisi olmağı bacardı. Vaxtında sənətdən uzaqlaşmağı, öz statusunu qorumağı, loru dildə desək samballı müğənni olmağı bacardı, canlı karifey statusunu qazana bildi. Sizi qınamıram, zamana qarşı gedənlər, bütün yenilikçilər daş-qalaq edilir. Amma siz? Sizin kimi sənətkarın 50 il sonra kiməsə daş atmağı nə dərəcədə doğrudur? Bağışlayın, bəlkə də, siz yenilikçi ola bilmədiz.

Sizi linç edənlərin siyahısına düşmək istəmirəm. Sizin ittihamlarınızın əsassız olduğunu da demirəm, hər kəs nəyin doğru, nəyin isə yanlış olduğunu anlaya bilir. Amma vaxtı keçmiş atmacalar sizə yaraşmır.

Düzdü, Xanlarovanı da həddindən artıq çox şişirtmişik, nə onun mükəmməl səsi, nə də "play list"imdə mahnısı var. Pafoslu ləqəblər qoşuruq, "dünya şöhrətli" deyib dünyada tanınan məşhur aclığımızı belə doyuzdururuq. Hətta, Zeynəb xanıma sonuncu dəfə nə vaxt qulaq asdığımı belə unutmuşam. Bu mövzuda dürüst olmağa çalışıram. Sizin səsiniz isə qulağımda eşidilir. Bəlkə də, sizi tənqid edənlərin sayı bu qalmaqaldan sonra daha da artacaq. Ancaq unutmayın, SSRİ xalq artistinin təbliğatı böyükdür. Siz isə yəqin ki, təbliğatı güclü olan hegemonun qurbanı olmaq istəməzsiz.

İlhaməsiz çox darıxırsız, tənhasız…

O qədər darıxmısız ki, kimə nə söz atacağınızı belə unutmusuz. Şou arenasında əslində rinqə tək çıxmısız. Sağ tərəfdə siz durmusuz, sol tərəfdə isə heç kəs yoxdur. Elə bilirsiz qarşı tərəfdə kimsə var. Sadəcə o arada gəlir, özünü göstərir, sizi coşdurur. Siz isə özünüzü yumruqlamağa başlayırsız, ruhunuzu zədələyirsiz. Elə bilirsiz ki, zərbələr ona tuş gəlir. Halbuki, həmin zərbələrə tuş gələn elə sizin özünüz olursuz. İzləyicilərin bir neçəsi alqışla sizə ruh versə də, tükənirsiz. İllərin kinini həzm edə bilmirsiz. Niyə axı? Vaxtı ilə içinizdəki zəhəri Xanlarovaya axıtsaydız, bəlkə də, çirkin qalmaqal belə bayağı şouya çevirilməyəcəkdi, şou rinqində tək qalmayacaqdız. Nə oldu? Ona cavab illər sonra yada düşdü?

Qorxuram. Sizin gözdən düşməyinizdən qorxuram. İlhamə Quliyevanın yolundan getməyinizdən qorxuram. Xanım Quliyevanın sonunu gördünüz. Siz nəticə çıxarmaq barədə düşünmürsüz? Axı özünüz deyirdiz ki, İlhamə bu "hörmət"ə layiq idi. Bəs siz buna layiqsinizmi? Hərdən düşünürəm, dilinizə qıfıl vurulsa necə də gözəl olardı. Yox, bunu, əlbəttə, sizin yaxşılığınız üçün deyirəm. Demək istəyirəm ki, artıq danışmayasız. Bizim tanıdığımız hörmətli Flora kimi bu dünyadan köçəsiz.

Sonda sizdən bir xahişim var. Xanım Kərimova, çalışın öz qatarınızdakı yeri saxlayın. Kimin hansı dayanacaqda düşəcəyi isə özünün getdiyi məkandan asılıdır...


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2286   Tarix: 30 avqust 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Aygün Kazımova və Namiq Qaraçuxurlu illər sonra bunu etdi

"Tezliklə Aygün Kazımova ilə yeni duetimizi təqdim edəcəyik". Axşam.az xəbər verir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu "İncə səhər" verilişində deyib. Sənətçi Xalq artisti Aygün Kazımova ilə hazırladıqları yeni duetdən danışıb. O bildirib ki, illər sonra hazırladıqları layihən

04.05.2024 1815
.

Şeron Stoun ilk dəfə "Kurtlar Vadisi"ndən danışıb

Aktrisa Şeron Stoun rol aldığı "Kurtlar Vadisi" serialından danışıb. xəbər verir ki, bu barədə aktrisa TRT World-ə müsahibə verib. "Bu bölüm üçün çox pul verilmişdi. Çəkiliş meydanı həyatımda gördüyüm ən yaxşı meydan idi. Amma heç kim ingilis dilini bilmirdi" ,- deyə o bildirib

03.05.2024 539
.

Cennifer Lopez və Ben Afflekin evliliyi təhlükə altındadır: Yenidən ayrılırlar?

Məşhur müğənni Cennifer Lopezlə aktyor Ben Afflekin münasibətləri ciddi böhran yaşayır. Bu barədə "Life&Style" nəşri insayderlərə istinadən yazıb. Məlumata görə, Ben Afflek son zamanlar həyat yoldaşının şıltaqlığına görə depressiv vəziyyətə düşüb. Mənbələrin bildirdiyinə görə, cütlük hazırd

05.05.2024 444
.

"Ölü qadının ruhu içimə girdi" - Kobra Muratdan ŞOK açıqlama

Qeyri-adi güclərə sahib olduğunu iddia edən türkiyəli qaraçı müğənni Kobra Murat ona necə "vergi verilməsindən" danışıb. -ın xəbərinə görə, müğənni sosial şəbəkə hesabındakı canlı yayımda şok açıqlama verib. "17 yaşım olardı. Qonşumuzda tənha yaşayan bir Zöhrə nənə var idi. Zöhrə nən

05.05.2024 486
.

Soner Sarıkabadayı yoldaşı ilə evlilik ildönümünü qeyd edib

Türkiyəli müğənni Soner Sarıkabadayı yoldaşı ilə evlilik ildönümünü qeyd edib. xəbər verir ki, müğənni sosial şəbəkədə 2015-ci il Kolumbiya gözəli həyat yoldaşı Madelein Iopez ilə toy şəklini paylaşıb. "43-cü ayımız ailəmizə xeyirli olsun, canım yoldaşım" ,- deyə o bildirib

04.05.2024 471
.

Ədalət Şükürovun qızının toyundan özəl görüntülər

Əməkdar artist Ədalət Şükürovun qızı Jalə ötən gün Ənvər adlı bəylə ailə qurub. OLAY yazır ki, sənətçinin övladının toyunda bir çox sənət nümayəndəsi iştirak edib. Məclisdən özəl görüntüləri təqdim edirik:

10:52 354
.

Aygün Kazımovanın qızının YENİ GÖRÜNTÜLƏRİ YAYILDI

Xalq artisti Aygün Kazımovanın qızı, müğənni İlqarə Kazımovadan xəbər var. xəbər verir ki, müğənni sosial mediada yeni görüntüləri yayımlanıb. Fotolarda İlqarə görünüşü ilə izləyicilərin diqqətini çəkib. Həmin fotoları təqdim edirik:

05.05.2024 2858
.

"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - Video

Əməkdar mədəniyyət işçisi Yusif Şeyxov və aktrisa Solmaz Hətəmova "Sabahın xeyir, Azərbaycan" verilişində qonaq olublar. Axşam.az xəbər verir ki, 1964-cü ildə yayımlanan "Sehrli xalat" filminin aktyorları ekran işində necə rol aldıqlarından danışıblar. S.Hətəmova filmdə "Zərifə"

05.05.2024 355
.

Yıldız Tilbe qəzaya düşdü

Türkiyəli müğənni Yıldız Tilbe ötən gün qəza keçirib. Axşam.az xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb. Bildirilib ki, ifaçının idarə etdiyi maşın eyni istiqamətdə hərəkət edən digər avtomobilə çırpılıb. Qəza nəticəsində ölən və yaralanan olmayıb. Günah Tilbedə olduğu üçün o, cəzalandırılı

04.05.2024 376