"40 min" atan rus balerina azərbaycanlı milyonerin ailəsini dağıdıb - FOTO

"40 min" atan rus balerina azərbaycanlı milyonerin ailəsini dağıdıb - FOTOXəbər verdiyimiz kimi, Azərbaycandan olan zəngin biznesmen məşhur rusiyalı balerina Anastasiya Voloçkovaya intim görüşə görə 40 min dollar ödəyib. Xəbərdə iddia olunur ki, balerina pulu alıb və aradan çıxıb.

Rusiya mənbələrinin verdiyi məlumata görə, Azərbaycandan olan milyonerlə balerinanın görüşünü Moskvadakı elit "tusovka"lar üzrə agentliklərdən birində işləyən Dmitri Tulyaninov təşkil edib. Həmin agentlik "Ulduzla bir axşam" layihəsi çərçivəsində imkanlı şəxslərlə şou-biznes ulduzlarının şam yeməyini təşkil edir.

Azərbaycandan olan biznesmen isə agentliyə Anastasiya Voloçkova ilə şam yeməyi sifariş verib. Balerina bu xidmətə görə biznesmendən 25 min dollar alıb.

Onlar Moskvadakı elit otellərdən birinin restoranında görüşüblər. Görüş zamanı biznesmen Anastasiya Voloçkovaya "söhbəti intim şəraitdə davam etdirməyi" təklif edib. Balerina həvəslə bu təklifə razılaşıb, ancaq bildirib ki, biznesmen onunla seksə görə əlavə ödəniş etməlidir. Tərəflər 40 min dollara razılaşıblar. Biznesmen pulu ödəyib. Lakin məsələ sözdən işə keçməyə gələndə balerina bir az istirahət etmək adı altında başqa nömrəyə keçib. Səhər tezdən isə o, oteli tərk edərək naməlum istiqamətə gedib. Biznesmendən intimə görə aldığı pulu isə geri qaytarmayıb.

"Yeni Müsavat" Rusiya mətbuatının bu mövzuda yazdığı əlavə məlumatları da izləyib. Məlum olub ki, D.Tulyaninov A.Volaçkovanı fahişəliklə məşğul olmaqda ittiham edib. Onun ittihamları aşağıdakı kimi olub: "Nastya fahişəliklə məşğul olur, ailələri dağıdır və təmiz, əxlaqlı insanları ləkələyir. Hətta bu yaxınlarda xaç qızı olan Oksana Puşkina ilə dalaşıb. Sən necə balerinasan ki, özünü belə aparırsan".

"Ekspress qazeta"ya açıqlamasında D.Tulyaninov deyib ki, "Ulduzla şam yeməyi" layihəsi, adından da göründüyü kimi, özündə ancaq şam yeməyini ehtiva edir. Onun sözlərinə görə, burada hər hansı intim xidmətdən söhbət gedə bilməz və balerina sözügedən təkliflə razılaşmaqla əslində bu anlaşmanı da pozub: "Azərbaycanlı biznesmenlərdən biri - etik səbəblərdən adını açıqlamırıq - mənə müraciət edərək, Voloçkova ilə şam yeməyi yemək istədiyini dedi. Tanışlıq üçün ondan 25 min dollar aldım. 15 min dollar Nastyaya, 10 min dollar isə agentliyə çatacaqdı. Balerina onunla görüşdü, yeməyini də yedi, amma daha sonra "öz işini" gördü. Azərbaycanlı iş adamı ilə gecə keçirmək, intim xidmət göstərmək üçün qiymət açıqlayıb. Nəticədə Voloçkova 40 min dollara razılaşıb, avansını alıb, otelə gəlib. Bakılı biznesmenə isə deyib ki, görüşdən öncə oteldə istirahət etməlidir. Amma başqa bir nömrəyə keçərək qapını da bağlayıb. Olduqca mədəni şəkildə ona zəng ediblər, cavab verməyib. Mədəni şəkildə qapısını döyüblər, açmayıb. Səhər tezdən isə başqa bir şəhərə gedib. Təbii ki, onu heç kim qol gücü ilə saxlamayıb, çünki onlar elə adamlar deyillər".

Tulyaninov deyib ki, növbəti dəfə Voloçkova azərbaycanlı biznesmenlə intim əlaqəyə girib. Amma bunun ardınca baş verənlər daha dəhşətli olub. Belə ki, Voloçkova azərbaycanlı biznesmenə tez-tez zəng edib və ondan seçkiöncəsi kampaniyası üçün pul tələb edib. Bundan başqa, artist biznesmenin həyat yoldaşına da bu xəyanət hekayəsi barədə xəbər verib. Bunun sonunda isə həmin qadının - hansı ki, südəmər uşağı var - südü kəsilib və depressiyaya girib.

Rusiya mətbuatında bu balerina ilə bağlı arxiv məlumatlarının içində isə xeyli maraqlı faktlar var. Bunlardan biri də onun daha öncə də azərbaycanlı sevgilisinin olması ilə bağlıdır. Bu şəxsin adı Bəxtiyar Səlimov olub. B.Səlimov da Rusiyada çalışan məşhur azərbaycanlı milyonerlərdən olub. O, sözügedən şəxslə 5 ay görüşüb. Daha sonra isə ayrıldıqlarını bəyan edib və onunla olan bütün ortaq fotolarını sosial şəbəkələrdən silərək, aşağıdakıları yazıb: "Bu günə qədər mənim həyatımda olan hər şeyi silirəm. Nəyə inanmışamsa, nədə yanılmışamsa, hamısını... Bu, birinci dəfə deyil. Amma həqiqət gec-tez yerini tapır. Mənim yerim ancaq səhnədir".

Balerinanın sevgi arxivində bir qayda olaraq milyarderlər yer alır. Onlardan biri də milyarder Süleyman Kərimovdur. Rusiya mediası onun azərbaycanlı və ya özbək əsilli olması ilə bağlı uzun müddət tərəddüddə olub.

Hələliksə, mövzu bağlanmış sayılmır. Çünki ortada intim sövdələşməsi ilə bağlı audio fakt olduğu deyilir. Hər nə qədər balerina son qalmaqalla bağlı yazılanları şər-böhtan adlandırsa da, bu haqda sosial şəbəkədə bir cümləlik təkzib mövqeyi yaysa da, faktların yaxın zamanda üzə çıxacağı şübhəsizdir.

Çünki firma öz nüfuzunu qorumaq, azərbaycanlı iş adamı isə ailəsinə və nüfuzuna dəyən ziyanın intiqamını almaq üçün hansısa formada hərəkətə keçəcək. O zaman həm Rusiya, həm də Azərbaycan mediası bu biznesmenin kimliyini öyrənəcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3970   Tarix: 26 avqust 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Qurban olsunlar adıma" – VİDEO

"Verilişlərdə məni müzakirə edəndə gülürəm. Bəzi aparıcılar var ki, kimə kim haqqında sual verəcəyini bilmir. Dünənin uşağı, sənətdə heç bir söz deməmiş, sənətə sadəcə maddiyyat gözündə baxan və başqa-başqa işlər üçün bu sənətə gələnlərə sənətkar haqqında sual vermək heç bir aparıcının həddi deyil

02.05.2024 489
.

Müğənninin aylıq gəliri ŞOKA SALDI – VİDEO

ATV-nin "Rəngarəng Səhər" proqramının növbəti qonağı gənc müğənni Camilla olub. xəbər verir ki, maraqlı keçən verilişdə aparı gənc müğənniyə "Aylıq gəliriniz nə qədərdir?" sualını ünvanlayıb. Camilla isə buna cavab olaraq "Şou proqramlara getmirəm" deyərək, ayda 10-15 mi

02.05.2024 1018
.

Kosmosa da turist səfərləri başladı

Amerikanın "SpaceX" şirkəti kosmosa turist uçuşları üçün yer bron etməyə başlayıb. Bu barədə məlumat şirkətin saytında yer alıb. xarici mediaya istinadla bildirir ki, maraqlananlar üçün dörd istiqamət əlçatan olacaq: Yerin orbitinə, Beynəlxalq Kosmik Stansiyaya (BKS), Aya və Marsa. "Dragon"

02.05.2024 142
.

Sabah bu ərazilərdə qaz olmayacaq

"Nardaran QPS" ölçü qovşağından qidalanan "Hacı Seyfəl" orta təzyiqli qaz kəməri üzərində ölçü qovşağının təftiş olunması və aşkar olunmuş qaz sızmasının aradan qaldırılması, həmçinin Səbail rayonu, Badamdar qəsəbəsinin 3-cü yaşayış massivində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəy

02.05.2024 214
.

Azərbaycanda əsgərlərə verilən maaş 345 manata QALDIRILSIN - TƏKLİF

Bu gün təklif olnan məsələlərdən biri də əsgərlərə verilən maaşın qaldırılmasıdır. Çünki hərbi xidmətdə olan əsgərlərə verilən maaş onların ehtiyaclarını tam olaraq ödəmir. Hətta bəzən müvafiq ləvazimat aldıqları üçün onlara verilən məbləğ özlərinə çatmır. Bu baxımdan hərbi xidmətdə olan əsgərlərin maaş

02.05.2024 401
.

Karantin cərimələri ləğv ediləcək? (AÇIQLAMA)

"Karantin şərtlərini pozduqlarına görə tətbiq edilən cərimələr ancaq dövlət səviyyəsində ləvğ edilə bilər". Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, bununla bağlı dövlət səviyyəsində qərar verilməlidir:. "Yoxsa, bu cərimələr həmin insanları

02.05.2024 517
.

"Azərbaycandan Cenevrə və Vilnusa birbaşa uçuşların açılması zəruridir" - Turizm eksperti

İstirahət fəsli yay yaxınlaşır. Maddi imkanı olan insanlar yay fəslini ölkə xaricində keçirirlər. Lakin Azərbaycan bir çox Avropa ölkələrinə birbaşa uçuşlar hələ də mövcud deyil. Turizm eksperti Rəhman Quliyev -a bildirib ki, bu gün 2 ölkəyə birbaşa uçuşların olması vacibdir: İsveçrənin Cenevrə şəhər

02.05.2024 228
.

Bakının bu hissəsində su yoxdur

Bu gün Səbail rayonunun bir hissəsinə (Neftçilər prospekti, Zərifə Əliyeva küçəsi, İçərişəhərin bir hissəsi) içməli suyun verilməsində məhdudiyyətlər yaranıb. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib. Qeyd olunub ki, bu, su kəmərində baş vermiş qəza ilə əlaqədardır

02.05.2024 328
.

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb. Qanunvericiliyə uyğun olaraq Nazirliklə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb

02.05.2024 810