Toyda bozartmadan kütləvi zəhərlənmə: SƏBƏB ARAŞDIRILIR

Toyda bozartmadan kütləvi zəhərlənmə: SƏBƏB ARAŞDIRILIRSəhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) Göyçayda toyda kütləvi zəhərlənmənin araşdırılması məqsədilə yoxlamanın aparılması üçün İqtisadiyyat Nazirliyinə müraciət edib.

BiG.AZ bildirir ki, RGEM-in Qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev trend-ə deyib ki, Göyçay rayonu İnçə kəndində fiziki şəxs Musayev Pənah Əmrah oğluna məxsus şadlıq sarayında baş verən zəhərlənmənin araşdırılması üçün İqtisadiyyat Nazirliyinin razılığının alınması tələb olunur:

"Sahibkarlıq yoxlamalarının aparılması üçün yalnız İqtisadiyyat Nazirliyi razılıq verməlidir. İnsanların sağlamlığı üçün təhlükə yarandıqda və yarana bildiyi halda İqtisadiyyat Nazirliyinin razılığı və ya onların nümayəndələrinin iştirakı ilə yoxlama aparıla bilər. Bizə öyrənmək lazımdır ki, restoranda vəziyyət necə olub, oradakı mövcud şərait zəhərlənməyə imkan verə bilər, ya yox. Yoxlama zamanı restoranın su təchizatı, işçilərin tibbi müayinədən keçməsi, şəxsi gigiyena qaydalarına riayət, soyuducularla təminat, onların effektiv işləyib-işləməməsi, soyuducuların tutumunun qonaqların sayı üçün hesablanmış qidanın saxlanmasına uyğun olub-olmaması, qidanın hansı mənbələrdən alınması və necə saxlanması kimi məsələlər araşdırılmalıdır. Bu araşdırmalar aparılmadan müəssisə haqqında hər hansı fikir söyləmək olmaz".

İ.Abdullayev əlavə edib ki, İnçə kəndindəki şadlıq sarayında kütləvi zəhərlənmənin səbəbləri RGEM tərəfindən laborator müayinələr tam başa çatdıqdan sonra dəqiq bilinəcək. Amma ilkin məlumatlar əsasında zəhərlənməyə daha çox bozartmanın səbəb olduğu ehtimal edilir. Həmin qidada artıq bakteriyalar aşkar edilib ki, bu da birbaşa zəhərlənməyə səbəb olacaq haldır: "Bizə verilən ilkin məlumata görə, kənarda bişən bozartmanı qazanda restorana gətiriblər. Həmin bozartma zəhərlənməyə səbəb olan mikroblarla çirklənib. İlkin məlumatlara görə, toyda istifadə edilən şirələrin də istehsal yeri məlum deyil, istehsalçısı qeydiyyatdan keçməyib, sertifikatsız olub".

Zəhərlənmənin baş verməməsi üçün qidaların gigiyena qaydasına riayət edilməklə, soyuducuda saxlanılmasını vacib sayan İ.Abdullayev qeyd edib ki, şadlıq saraylarında bu tədbirlər mütləq həyata keçirilməlidir.

İ.Abdullayevin sözlərinə görə, toylarda kütləvi zəhərlənmələr daha çox ət məhsullarından olur: "Rayon yerlərində, adətən, toydan bir gün əvvəl yeməklər bişirilir, amma onlar soyuducuda saxlanılmır. İsti havada qidalar lazımi tələblərlə saxlanılmadığından ona mikrob düşməsə belə, orada çirklənmə gedir. Belə yeməkləri restoranlara gələnlərə paylamağa icazə verən restoran sahibi də məsuliyyət daşıyır. O, restorandan kənarda bişən qidanı öz restoranına daxil olmağa necə icazə verir?! Restoranların soyuducularının da tutumu qəbul etdikləri qonaqların sayına uyğun olmalıdır. Amma yoxlayanda məlum olur ki, bəzən soyuducuların tutumu heç 20 nəfər üçün də nəzərdə tutulmayıb".

Qeyd edək ki, avqustun 23-də Göyçay rayonun Yekəxana kəndinin 30-dan çox sakini İnçə kəndində fiziki şəxs Musayev Pənah Əmrah oğluna məxsus şadlıq sarayında keçirilən toyda zəhərlənib.

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 396 qida zəhərlənməsi qeydə alınıb, nəticədə 502 nəfər zəhərlənib, 1 nəfər botulizmdən ölüb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1626   Tarix: 26 avqust 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Bu gün bəzi ərazilərdə qaz olmayacaq

Bu gün Bakının bəzi ərazilərində qaz olmayacaq. Bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, "Nardaran QPS" ölçü qovşağından qidalanan "Hacı Seyfəl" orta təzyiqli qaz kəməri üzərində ölçü qovşağının təftiş olunması və aşkar olunmuş qaz sızmasını

10:10 320
.

"Manyaksan, niyə səninlə evlənim?" dedi"

Türkiyəli müğənni Doğuş türkiyəli prodüser-aparıcı Armağan Çağlayanın "Şimdiki aklım olsaydı" verilişinin qonağı olub. Axşam.az-ın məlumatına görə, ifaçı proqramda aparıcı Xoşqədəm Hidayətqızı ilə necə tanış olduğu və evlilik təklifi etdiyi andan danışıb:. "Məni Xoşqədəmin proqramına dəvə

16:29 448
.

"Azərbaycan vətəndaşları Şengen vizasının alınmasında maneələrlə üzləşirlər" - Turizm eksperti

"Şengen vizasının alınmasında ciddi qaydalar tələb olunur və Azərbaycan vətəndaşları həmin ölkələrə gedərkən maneələrlə üzləşirlər. Azərbaycan vətəndaşı Almaniya və ya Polşaya gedərkən saatlarla səfirliyin qarşısında dayanır,bəzi hallarda tamamilə imtina alır". Bu sözləri turizm eksperti Sami

16:46 197
.

Dilan özünə qəsd edib

Həbsdə olan fenomen Dilan Polat özünə xəsarət yetirib. OLAY yazır ki, bununla bağlı Türk mediasında məlumatlar yayılıb. Bildirilib ki, sonuncu məhkəmədən sonra Dilan qolunu və ayaqlarını kəsib "Azadlığa çıxa bilməyəcəyəmsə, burada ölmək istəyirəm" dediyi öyrənilib

10:50 684
.

Hava ilə bağlı daha bir - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında mayın 5-i axşamdan 7-si səhərədək şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, 5-i axşam bəzi yerlərdə yağış yağacağ

17:29 294
.

Həbsdə olan generalın müraciəti geri qaytarıldı

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi ilə bağlı məhkəməyə müraciət edib. APA xəbər verir ki, bu gün Xəzər rayon Məhkəməsində keçirilən prosesdə Elçin Quliyevin məntəqə tipli cəzaçəkmə müəssisəsin

20:26 0
.

İraqın şimalında 32 terrorçu zərərsizləşdirilib - VİDEO

İraqın şimalında yerləşən Haftanin, Qara, Hakurk və "Klaw-Lock" əməliyyatı keçirilib. BİG.AZ xəbər verir ki, ümumilikdə 32 PKK terrorçusu zərərsizləşdirilib

16:54 124
.

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Kəlbəcər rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Unikal"ın əldə etdiyi məlumata görə, hadisə Qozlu Körpü kəndi ərazisində qeydə alınıb. Belə ki, hərbçiləri daşıyan "VAZ-21015" markalı maşın "Daf" markalı avtomobillə toqquşub. Qəza zamanı "VAZ-21015"də ola

14:02 536
.

143 milyonluq yeyintiyə görə daha bir zabit həbs edildi

Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində maliyyə xidmətin rəisi vəzifəsində işləmiş Elvin Cəfərov həbs edilib. APA xəbər verir ki, ona Cinayət Məcəlləsinin 179.4-ci (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunub. Elvin Cəfərov 143 milyonluq mənimsəmə üzrə cinayət işində təqsirl

14:01 285