Məktəb ləvazimatları neçəyədir? - SİYAHI

Məktəb ləvazimatları neçəyədir? - SİYAHIYeni dərs ilinin başlanmasına cəmi 20 gün qalsa da, məktəblilər üçün lazım olan ləvazimatların satıldığı mağazalarda alıcılar gözə dəymir. Mağaza sahiblərinin sözlərinə görə, hər il bu zamanlarda kifayət qədər alıcı olsa da, hazırda müştəri sarıdan qıtlıqdır.

BiG.AZ bildirir ki, report dərs ili ərəfəsində şagirdlər üçün lazım olan ləvazimatların satıldığı bəzi mağazalarda olub, qiymətlərlə maraqlanıb.

Qiymətlər 30 faiz bahalaşıb

Daxil olduğumuz ilk mağazada 3-4 nəfər satıcı var idi. Satıcı Murad Səfərov deyir ki, beş ildir bu sahədə çalışır, amma birinci dəfədir dərs ili ərəfəsində bu cür alıcı qıtlığının şahidi olur: "Hər il bu vaxtlar müştəri çox olurdu. Qiymətlərin qalxması alıcıları azaldıb. Bir sıra zəruri malların qiymətində 30-40 faiz bahalaşma var və proses davam edir. I və II siniflər üçün hazırlıq dəftərləri, test kitabçaları, riyaziyyatdan didaktik materiallar, dəftər, qələm, xətkeş və sairin qiymətlərində azı 30 faiz bahalaşma var. Məsələn, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının dərc etdiyi İngilis dili vəsaitinin qiyməti 6 manatdan 8 manata yüksəlib. Əvvəl 2 manata satılan karandaş qutusu hazırda 3 manat 50 qəpiyə yüksəlib. A4 kağızı ötən il 3 manat 50 qəpiyə satılırdısa, hazırda 5 manat 50 qəpik olub. Qiyməti ən az artan ötən il 1 manata satılan gündəliklərdir ki, bu il 1 manat 30 qəpik olub".
Satıcının dediyinə görə, keçən il 40 manata satılan məktəbli çantalarının qiyməti dolların bahalaşması səbəbindən 65-70 manata satılmalıdır: "Bu qiymətə alan olmayacaq. Ona görə də çanta və digər bəzi mallar hələ ki, əvvəlki qiymətlərə satılır".
Mağazalarda rastımıza çıxan ən ucuz çantaların qiyməti 10 və 20 manatdan başlayırdı. Bu çantalar isə həddən artıq bərk materialdan olduğu üçün alıcıları qane etmir. Satıcı deyir ki, əvvəlki illərdə valideynlər daha çox 40-50 manatlıq çantalara üstünlük verirdilər. Hazırda həmin çantalar 70-80 manata başa gəldiyindən sahibkarlar daha ucuzlarını gətirməyə çalışır.

Bir uşaq üçün xərc: 100-150 manat

Gəzdiyimiz bütün mağazalarda qiymət artımlarının şahidi olduq. Çantalarda 5-10 manat, dəftərlərdə 30-40 qəpik qiymət fərqi yaranıb. Satıcılar deyirlər ki, bir uşaq üçün bütün məktəb ləvazimatlarını almaq valideynlərə 100-150 manata başa gəlir (bura məktəbli forması daxil deyil).
Əli Quliyev adlı sahibkar isə qiymətlərdə dəyişikliyin bəzi mallarda 60-65 faiz, bəzilərində 20 faiz olduğunu bildirdi. Kağız məhsulları 20-25, plastilin, qayçı və s. ləvazimatlarda 60 faiz artım olduğunu dedi: "Keçən il 10 manat olan çantalar bu il 16 manata olub".
Valideyn Samir Məmmədov deyir ki, mağazaya lazım olan əşyaların qiymətinə baxmaq üçün gəlib. Hesablayıb bu qənaətə gəlib ki, orta keyfiyyətdə olan mallar alsa, bir uşaq üçün 70-80, daha keyfiyyətli ləvazimatlar üçün 100-150 manat xərcləməli olacaq.

Daha ucuz yerlər də var

"28 May keçidi" ticarət mərkəzində qiymətlər daha ucuzdur. Satıcı Zaur Ələsgərov qiymətləri sabit saxlamalarına baxmayaraq, müştərilərin azaldığını dedi: "Hər il bu vaxtlar sıxlıq olurdu. Bizdə qiymət artımı, demək olar ki, olmayıb. Qiymətləri cüzi dəyişikliklərlə tənzimləməyə çalışırıq. Ötən ildən qalan malların qiymətlərində dəyişiklik etməmişik. Yeni gələn mallarda fərq var. Məsələn, burdan ibtidai sinif şagirdləri üçün keyfiyyətli mallar almaq 80 manata başa gəlir".
Satıcı həm də onu dedi ki, Almaniya istesalı olan bir qutu karandaş 10 manatadırsa, Çin istehsalı olan eyni məhsul 1 manat 50 qəpiyə, daha bahalısı 3 manatadır.
Əli adlı valideyn iki övladına alacağı ləvazimatları qiymətlərini müəyyənləşdirmək üçün əlində siyahı ilə gəlmişdi. Deyir ki, dəftər, kitab üzü, albom, gündəlik, qələm, qələm qabı, pərgar və s. almaq üçün qiymətlərə baxır: "Baxdım, bir uşaq üçün ən azı 70-80 manat lazım olacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2862   Tarix: 25 avqust 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakı Təşəbbüs Qrupunun hazırladığı klip Fransada ajiotaj yaradıb

Bakı Təşəbbüs Qrupu tərəfindən martın 13-də yayımlanan "Azadlıq və ya ölüm" adlı rep klipi Fransa siyasi dairələrində ciddi ajiotaj yaradıb. "Report"a istinadən xəbər verir ki, Fransanın müxtəlif media orqanlarında artıq bu barədə məlumatlar dərc olunur. "Liberté ou mort"

20:28 83
.

Bərdədə bədbəxt hadisə: Traktorla qoşqunun arasında CAN VERDİ

Bərdədə bədbəxt hadisə baş verib. xəbər verir ki, rayonun Ləmbəran kəndinin ərazisində Bərdə şəhər sakini 1990-cı il təvəllüdlü Telman Elman oğlu Qədirli "Belarus" markalı traktoru təmir edərkən sürətlər qutusunu neytral vəziyyətə gətirmədən mühərriki işə saldığına görə tanışı, Laçın rayo

20:15 119
.

Türkiyəli müğənni Volkan Konakın vəsiyyəti gündəm oldu: "Basdırmasınlar məni torpağa"

Ötən gün vəfat edən məşhur türkiyəli sənətçi Volkan Konakın vəsiyyəti gündəm olub. Bu barədə "Haber Global"a istinadən xəbər verir. Məlumata görə, sənətçinin 2020-ci ildə "Vəsiyyətim" adı ilə verdiyi açıqlama ölümündən sonra yenidən müzakirə mövzusuna çevrilib. Konserti zamanı bununl

13:36 513
.

Erməni hücumuna məruz qalan qubalılar: "Kənd sakinlərinin çoxu meşələrdə gizlənməli olub"

Quba rayonunun Alpan kəndi 1918-ci ildə ermənilər tərəfindən ən çox hücuma məruz qalan yaşayış məntəqələrindəndir. Kəndə girən ermənilər dinc sakinləri qətlə yetirməklə yanaşı, qəbir daşlarına ziyan vurub, 16-cı əsrə aid Subaba türbəsini yandırıblar. "Ermənilər bizim kəndə hücum edərkən ilk növbəd

13:40 237
.

Ceyhun Bayramov Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib. həmin paylaşımı təqdim edir:. "31 Mart - Azərbaycanlıların Soyqırımı Günündə biz 107 il əvvəl radikal erməni qrupları tərəfindən vəhşicəsinə qətlə yetirilmiş onminlərlə günahsız azərbaycanlını

10:17 187
.

Türkiyə Milli Müdafiə Nazirliyi 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi

Türkiyə Milli Müdafiə Nazirliyi 1918-ci il azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edib. -ın xəbərinə görə, nazirlik 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı "X" hesabında paylaşım edib. "107 il əvvəl erməni quldur dəstələri tərəfindən vəhşicəsin

13:55 187
.

Alyona Əliyeva Azərbaycanlıların Soyqırımı Günü münasibətilə paylaşım edib

Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva sosial media hesabında 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə paylaşım edib. paylaşımı təqdim edir:

11:32 348
.

Əməkdar artistə yüksək rütbə verildi

Əməkdar artist Zaur Əmiraslanovun hərbi rütbəsi artırılıb. -a istinadən xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə Daxili Qoşunların solisti olan 44 yaşlı tanınmış müğənniyə mayor hərbi rütbəsi verilib. Qeyd edək ki, Z.Əmiraslanov 2012-ci ildə "Əməkdar artist"

14:08 377
.

Gəncədə dəm qazından zəhərlənən yeniyetmənin vəziyyəti açıqlandı

Ötən gün xəstəxanaya yerləşdirilən 2011-ci il təvəllüdlü F.Səfərovanın son durumu açıqlanıb. Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) -ın sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, 30.03.2025-ci il tarixində saat 21:10-da 2011-ci il təvəllüdlü şəxs (qadın cinsli) dəm qazını

13:35 219
.

TOP MP3