Avtomobillərin qiyməti bahalaşdı - SİYAHI

Avtomobillərin qiyməti bahalaşdı - SİYAHIBakıda həm yeni, həm də ikinci əl avtomobil bazarında qiymətlər artmağa başlayıb.

BiG.AZ xəbər verir ki, avtomobil satıcıları fins.az-a bildiriblər ki, yay mövsümü ilə əlaqədar istirahətə gedənlərin artması və mövcud iqtisadi durğunluq avtomobilə marağı kəskin azaldıb.

Buna baxmayaraq, dolların may ayından etibarən bahalaşmaqda davam etməsi və ölkəyə xaricdən ikinci əl avtomobil gətirilməməsi yerli bazarda qiymətlərin artmasına təsir göstərib.

Təzə avtomobillər dollara görə 10-12% bahalaşıb

Badamdar avtomobil bazarından satıcı Aley Şamilov bildirib ki, yeni avtomobillərin bahalaşması, əsasən, dolların məzənnəsindəki dəyişikliklə bağlıdır.

Onun sözlərinə görə, may ayında etibarən avtomobil bazarında satılan yeni modellərin qiyməti dollarla dəyişməsə də, manatla 10-12% bahalaşıb.

Bəzi avtomobillərin qiyməti 16 min manat artıb

Bəzi modellərdə qiymət fərqi hətta 16 min manata kimi yüksəlib. Məsələn, əvvəl 27 min manata təklif edilən "Hyundai Santa Fe" hazırda 27 min dollara satılır. 32 min dollarlıq 2016-cı il model "Toyota Rav4"ün satış qiyməti təhcizatdan asılı olaraq 34-37 min dollar arasında dəyişir. "Nissan X Trail" isə 23-25 min dollardan 27-30 min dollara kimi bahalaşıb.

Köhnə maşınları alan olmasa da, bahalaşma var

Satıcının sözlərinə görə, alıcı tapılmadığından hətta avtomobillər bazardan çıxarılıb dayanacaqlarda saxlanılır. Bununla belə, ikinci əl avtomobillərin qiymətləri də bahalaşır.

Hazırda Bakıda avtomobillərin təkrar satış qiymətlərində 300-1500 manat civarında enmə müşahidə edilir. Ucuzlaşma daha çox Rusiya və Almaniya istehsalı olan avtomobillərdə müşahidə edilir.

1998-2000-ci illərin istehsalı olan 1.8 -2.0 l mühərrikli "Mercedes"lər 500-800 manat ucuzlaşıb. Məsələn, əvvəl 6500-7000 manata satılan 1998-ci ilin 2.0 l mühərrikli "Mercedes"i 7300-7800 manata kimi bahalaşıb.

"Mercedes" və "Hyundai"larda 2-3 min manat fərq

İstehsal tarixi 2006-2009-cu illər olan "Mercedes E Class" modellərində isə qiymət fərqi daha çoxdur. Bu avtomobillər 2-3 min manat bahalaşıb. Məsələn, bu avtomobilin 2006-cı ilin 2.2 l. dizel mühərrikli versiyası əvvəl 13-14 min manata satılırdısa, indi qiyməti 16 min manata kimi artıb. 18-19 min manatlıq 2007-ci il model 3.5 l mühərrikli "Mercedes E Class" avtomobilini isə hazırda 22 min manata almaq olar.

Eyni qiymət fərqi 2008-2009-cu il model "Hyundai" avtomobillərinə də aid etmək olar. Məsələn, "Hyundai Santa Fe" 13-14 min manatdan 15-16 min manata kimi bahalaşıb.

"Lada" və "Opel"lər 500-700 manat bahalaşıb

"Mercedes"lərlə yanaşı, "Lada" və "Opel"lərin də qiyməti artıb. Belə ki, əvvəl 4300 manata satılan 2011-2012-ci illərə aid "Lada 21012" və "Lada 21015" avtomobilləri 4800-5200 manata kimi bahalaşıb. "VAZ 2107"in qiyməti 500-700 manat artıb. Məsələn, əvvəl 3300 manata olan maşın 3800-4000 manata təklif edilir. "Opel Astra" modellərinin qiymətində 500-700 manat artım müşahidə olunur. 2001-2002-ci il model bu "Opel" modelləri 3300-3500 manatdan 4000-4300 manata kimi bahalaşıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2850   Tarix: 24 avqust 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Namiq Qaraçuxurlu: "Ayrılığı çətin keçirirəm"

Meyxanaçı Namiq Qaraçuxurlu bahalı avtomobillərindən danışıb. bildirir ki, bu barədə sənətçi "Zaurla Günaydın" verilişində açıqlama verib:. "Heç vaxt kredit götürməmişəm. Qorxuram. Elməddin həmişə mənim maşınımla maraqlanırdı. Zəng edib soruşurdu ki, Namiq nə maşını sürür. Bir avtomobili

13:49 7785
.

Göyçayda intihara cəhd hadisəsi baş verib

Göyçay sakini sirkə turşusu içərək intihara cəhd edib. APA xəbər verir ki, hadisə nəticəsində rayon sakini 1993-cü il təvəllüdlü Nuranə Fəzail qızı İsmayılova sirkə turşusundan zəhərlənmə diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktl

18:00 80
.

Assanjın həyat yoldaşı: "Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram"

"Mən bu səhər Belmarşa getdim və Culianı gördüm. O, çox yorğun idi. Son bir neçə həftə və bir neçə ay onun üçün çox çətin oldu". Bu sözləri AZƏRTAC-a müsahibəsi zamanı "WikiLeaks" portalının təsisçisi Culian Assanjın Londonda yaşayan həyat yoldaşı Stella Assanj deyib. Stella Assan

04.05.2024 170
.

"Financial Times": "Makronu sarsıdıcı məğlubiyyət gözləyir"

"Makronun mərkəzçi ittifaqı iyunda keçirilən Avropa Parlamenti seçkilərində ağır məğlubiyyətlə üzləşəcəklər ki, bu da onun karyerasının ən sarsıdıcı məğlubiyyəti olacaq". Bu barədə "Financial Times" yazır. Nəşrin fikrincə, əsas problem Fransada yaşayışın bahalaşması, eləcə də 5,5%-li

18:20 4
.

Latviyada təyyarə magistral yola qəza enişi edib

Latviyanın Tallin şossesində mühərriki nasaz olan təyyarə məcburi eniş edib. "Report" xəbər verir ki, bu barədə "La.lv" portalı məlumat yayıb. Belə ki, göyərtəsində iki nəfərin olduğu kiçik mülki aviasiya təyyarəsi Tallin şossesində Adazi yaxınlığında məcburi eniş edib. Latviya Təyyar

18:40 0
.

KİV: Rusiya Avropada təxribat hazırlayır

Rusiya Avropada təxribat hazırlayır. "Report" xəbər verir ki, bu barədə "Financial Times" üç Avropa ölkəsinin kəşfiyyat xidmətlərindən adı açıqlanmayan mənbələrə istinadən yazıb. Artıq Avropa ölkələrinin hökumətlərinin müvafiq xəbərdarlıqlar aldığı bildirilib. Materialda o da vurğulanı

19:30 0
.

Dördüncü kurs tələbəsi vəfat etdi

Bakı Slavyan Universitetinin tələbəsi vəfat edib. Bu barədə Azərbaycan Universitetləri səhifəsi məlumat yayıb. Bildirilib ki, universitetin Sosial Elmlər fakültəsinin IV kurs tələbəsi Fidan Nəcəfova uzun sürən xəstəlikdən sonra vəfat edib.( )

04.05.2024 662
.

FT: Britaniyanın neft və qaz şirkətləri Londonun vergi siyasəti səbəbindən böhran içindədir

Böyük Britaniyanın Şimal dənizi şelfində fəaliyyət göstərən müstəqil neft şirkətləri məhsullarının bahalaşmasına baxmayaraq, böhran içindədirlər. "Report" xəbər verir ki, bu barədə "Financial Times" qəzeti bazar ekspertlərinə istinadən yazıb. Sənaye assosiasiyaları və analitiklə

18:30 0
.

ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik

ABŞ HƏMAS-ın Qəzza zolağında atəşkəs və girovların mübadiləsi təklifinə müsbət cavab verəcəyinə ümid edir. "Report" xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken Sedonada (Arizona) Makkeyn İnstitutunun keçirdiyi forumda çıxışı zamanı deyib: "Hazırda baş verə biləcək ən yaxşı şe

04.05.2024 180