İlhamənin varidatı açıqlandı - 2 milyon 707 min manat və...

İlhamənin varidatı açıqlandı - 2 milyon 707 min manat və...Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə soyğunçuluqda təqsirləndirilərək həbs edilən, mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

BiG.AZ Trend-ə istinadən məlumatına görə, prosesdə M.Hüseynovanın vəkili Vasif Mirzəyev bildirib ki, cinayət işində Orxan Bəkirovun çəkdiyi vidogörüntünün sübut kimi qeydə alınması doğru deyil və bu fakt sübut kimi qeydə alınmasın.

Vəkil həmçinin qeyd edib ki, istintaqda mərhum İlhamə Quliyevanın varidatının 2 milyon 707 min manat olması barədə göstərilsə də bu, doğru araşdırılmayıb. Müdafiəçi mərhum İlhamə Quliyevanın varidatının araşdırılması barədə məhkəmə qarşısında vəsatət qaldırıb. Vəsatət baxılmamış saxlanılıb.

Sonra dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama münasibət bildirən M.Hüseynova özünü təqsirli bilmədiyini deyib.

Məhkəmənin növbəti iclası avqustun 30-na təyin edilib.

Xatırladaq ki, M.Hüseynova 2015-ci il oktyabr ayının 21-də həbs edilərək barəsində Cinayət Məcəlləsinin 29,180.3.2-ci (soyğunçuluğa cəhd, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. 2016-cı il fevral ayının 13-də Səbail Rayon Məhkəməsində M.Hüseynova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay uzadılıb.

İ.Quliyeva 2016-cı il fevral ayının 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 6497   Tarix: 23 avqust 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Tünzalə Ağayevanın formada qalma sirri - Fotolar

Xalq artisti Tünzalə Ağayeva son günlər görünüşündəki dəyişikliklərlə gündəmə gəlir. Axşam.az xəbər verir ki, müğənni əvvəlcə sarı saçlarını tünd rəngə boyadı. Daha sonra isə onların düz görünüşünü buruqlu düzümlə əvəzləyib. T.Ağayeva eyni zamanda cəsarətli geyimləri ilə də gündəmdən düşmür. İfaçı İnstaqramı

17.09.2021 2993
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

Əməkdar artistdən şok açıqlama: "Oğlan adı ilə mənlə danışırdı…" - VİDEO

Əməkdar artist Gülüstan Əliyeva açılaması ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi, məşhur prodüserlərdən birinin oğlan adı ilə ona tez-tez zəng vuraraq telefonla danışdığını bildirib:. "Mənə tez-tez zəng edirdi. Oğlan adı ilə danışırdı

16.09.2021 4875
.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" söz

17.09.2021 5564
.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml

18.09.2021 4164
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb

17.09.2021 7467
.

"Çocuklar duymasın"ın 47 yaşlı aktrisası gözəlliyi ilə heyran etdi - FOTO

Türkiyənin tanınmış aktrisası, daha çox "Çocuklar duymasın" teleserialından tanıdığımız aktrisa Pınar Altuğ jurnalın mükafatlandırma mərasimində aparıcı qismində iştirak edib. -a istinadən xəbər verir ki, tədbirdən sonra jurnalistlərlə söhbət edən Altuğa bir junalist "qırmızı geyinmisiniz

16.09.2021 4761
.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961