Diş çöpünə qurban getdi - ŞOK ÖLÜM

Diş çöpünə qurban getdi - ŞOK ÖLÜMQeyri-adi şəraitdə ölmüş yazıçılar haqqında məlumatı təqdim edirik.

Evripid - Yunan faciəsinin görkəmli nümayəndəsi olmuş və öz yaradıcılığı ilə yunan faciəsinə yeniliklər gətirməklə yanaşı, onun yaradıcılığı antik yunan faciəsinin son mərhələsi olmuşdur. Aristotel onu "şairlərin ən faciəlisi" adlandırıb. Deyilənə görə, Evripidi itlər parçalayaraq öldürüb.

Onero de Balzak – Məşhur fransız yazıçısı. Onu "Qorio ata"ya görə tanıyırıq. Ölümü də qəribədir Balzakın. Çoxlu qəhvə içdiyindən ölür.

Lev Tolstoy – Əsərləri kimi ölümü də məşhurdur. Soyuq qış gecəsində qatar stansiyasında dünyaya gözlərini yumub Tolstoy.

Şervud Anderson – Məşhur amerikan yazıçısı. Deyilənə görə, bir kokteyl partisində diş çöpünü udduqdan sonra ölüb.

Cek London – "Martin İden"lə tanıyırıq onu. Özünü yazıb bəlkə də. Ömrünün sonu da dəhşətlidir: yüksək dozalı morfinlə 40 yaşında dünyasını dəyişib.

Vircinya Vulf – İngilis yazıçı, modernizm ədəbi cərəyanın yaradıcılarından biri. "Missis Dellouy" romanı ilə məşhurdur. Günlərin bir günü ciblərini daşla doldurub özünü çaya atır.

Frans Kafka – Onu tanıtmağa gərək yoxdu yəqin ki... Kafkanın adı gözümün önünə onun bioqrafiyasını da gətirir. Bir arzusu vardı, ölümündən sonra əsərlərini yandırsınlar. Ancaq dostu Maks Brod bu istəyi yerinə yetirmir və Kafkanı öləndən sonra məşhur edir. Vərəmdən ölən Kafkanın cəsədini isə yandırırlar. Qəribədir, əsərlərinin yandırılmasını istəyən yazıçının cəsədini yandırdılar.

Serqey Yesenin – İncə, zərif şeirləri ilə qəlbləri oxşayan rus şairi. Biləklərini kəsib qanıyla son şeirini yazdı: "Əlvida, dostum". Və sonra Leninqradda bir otel otağında özünü asdı.

Skot Fitscerald – Məşhur amerikan yazıçısı. "Böyük Getsbi" romanı ilə tanıyırıq onu. Ssenarist kimi işlədiyi, həftəyə bir-iki dollar qazandığı yerdə infarktdan öldü.

Uliyam Folkner – Amerikanın əfsanəvi yazıçısı. Atdan düşərək öldüyü deyilir.

Ernest Hemenquey – Amerikan yazıçı. Ov tüfəngi ilə özünü öldürdü.

Tomas Vulf – Amerikan yazıçı. Beynindəki infeksiyadan canını tapşırdı.

Silvia Plat – Amerikalı şair. Başını sobaya soxub qazla özünü boğdu.

Puşkin – Rus ədəbiyyatının şah damarlarından biri. Həyat yoldaşının sevgilisi olduğunu iddia etdiyi Danteslə dueldə yaralanır və həyata əlvida deyir.

Stefan Svayq – Alman dilində yazıb-yaradan yəhudi əsilli məşhur yazıçı. Novellalar, oçerklər ustası. 1941-ci ildə müharibə əleyhinə yazılarına görə təzyiqlərə dözə bilməyib Braziliyada öz xanımı ilə bir yerdə intihar edir.

Li Bo – Çin şairi. Gözəl haykular müəllifi. Bir gün çayda qayıqla üzərkən suyun üzərində əks olunan ayı tutmaq istəyir və boğulub ölür.

Edqar Allan Po - Amerika ədəbiyyatında romantik hərəkatının liderlərindən biridir. Alkoqol və narkotik maddələrdən ifrat istifadədən başlayaraq, vəba xəstəliyi, quduzluğa yoluxma, intihar, vərəm, ürək çatışmazlığı və s. ölümünə mümkün səbəblər kimi göstərilmişdir. Onu içkili vəziyyətdə çirkab su axan kanalda tapırlar. Xəstəxanaya yerləşdirilsə də həyatını xilas etmək mümkün olmur.

Mayakovski – Rus poeziyasının önəmli adlarından biri. 1925-ci ildə yazdığı bəzi yazılara görə İngiltərəyə girişi qadağan olunur. Amerika Birləşmiş Ştatlarına isə Meksikadan keçərək daxil ola bilir. Həmin il yaxın dostu Sergey Yesenin Leninqradda İngiltərə otelində intihar edir. Yesenin sonuncu şeiri olan " Əlvida dost, əlvida"nı damarını kəsərək qanıyla yazmışdır. Mayakovski buna qarşılıq olaraq dərhal şeir yazır, lakin həmin dövrün inqilabçılarının reaksiyasına səbəb olur. Bundan 5 il sonra 1930-cu ildə Lili Briki və ailəsini Sovet Sosialist Respublikası hökumətinə əmanət etdiyini bildirən bir məktub yazır və silahla intihar edir./Sonxeber.az/


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4928   Tarix: 02 avqust 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222