ŞOK! Azyaşlı qızların bakirəliyini pozan kişi həbs olundu - VİDEO+FOTOLAR

ŞOK! Azyaşlı qızların bakirəliyini pozan kişi həbs olundu - VİDEO+FOTOLARBakirəliyi pozmaq üçün kirayələnən "Kaftar" həbs olunub.

Malavidə azyaşlı qızlarla cinsi əlaqəyə girmək üçün kirayələnən HİV daşıyıcısı prezidentin sərəncamı ilə həbs edilib.

Malavidə "Kaftar" kimi tanınan seks işçisi Eric Aniva haqqında keçən həftə BBC-də geniş məqalə dərc edilmişdi.

BiG.AZ bildirir ki, onu kirayələyənlərə HİV-ə yoluxması barədə heç nə deməyib.

Ölkə başçısı Peter Mutharika bildirib ki, polis onun etiraf etdiyi əxlaqsızlığa görə araşdırma apararaq ona qarşı ittiham irəli sürməlidir.

ŞOK! Azyaşlı qızların bakirəliyini pozan kişi həbs olundu - VİDEO+FOTOLARMalavidəki cinsi "təmizləmə ənənəsi" barədə yazı hazırlamış BBC müxbiri Ed Batler bildirir ki, ölkənin cənubundakı bəzi ucqar bölgələrdə qızların ilk aybaşından sonra kişi ilə cinsi əlaqəyə girməsi ənənəsi mövcuddur.

Qızlardan bəzilərinin 12 yaşı var, məlumatda deyilir.
Malavi mədəniyyətində "Kaftar" adətən dul qadın və ya uşağı olmayan evli qadınla cinsi əlaqəyə girən kişiyə deyilir.

Ed Batlerin reportajını səs-küy doğurmuş reportajını təqdim edirik:

ŞOK! Azyaşlı qızların bakirəliyini pozan kişi həbs olundu - VİDEO+FOTOLAR"Mən Erik Aniva ilə onun cənubi Malavinin Nsanje rayonunundakı üçotaqlı daxmasının həyətində görüşürəm.
O, məni əynindəki çirkli yaşıl köynəklə, axsaya-axsaya (dediyinə görə anadangəlmə "ayağını çəkir") və hərarətlə salamlayır. Belə görünür ki, medianın diqqətindən məmnundur.
Aniva bütün mənalarda bu kəndin görkəmli "kaftar"ıdır. Bu titul cənubi Malavinin bir neçə ucqar rayonunda "seksual təmizləmə" ayininin icrası üçün icmalar tərəfindən kirayələnmiş kişilərə verilir. Məsələn, hər hansı kişi vəfat edirsə, adətə görə onun arvadı ərini dəfn etməzdən əvvəl Aniva ilə yatmalıdır. Əgər qadın abort olunubsa, onu yenə də Aniva "təmizləməlidir".

Ən heyrətamizi budur ki, burada, Nsanjedə yeniyetmə qızlar özlərinin ilk aybaşısından sonra üç gün ərzində qadınlığa keçidi sekslə qeyd etməli olurlar. Yerli inanclara görə qızın bundan imtina etməsi təkcə onun öz ailəsinin deyil, bütün kəndin xəstəliyə və ya hər hansı başqa bəlaya düçar olmasına səbəb ola bilər.
ŞOK! Azyaşlı qızların bakirəliyini pozan kişi həbs olundu - VİDEO+FOTOLAR"Mən, əsasən, qızlarla, məktəbli qızlarla yatıram - deyir Aniva, - Bəzi qızlar 12-13 yaşında olurlar, lakin mən üstünlüyü daha yaşlı qızlara verirəm. Bütün bu qızlar mənim onlara kaftarlıq etməyimdən həzz alırlar. Onlar əslində fəxr edirlər və başqalarına deyirlər ki, bu əsl kişidir, qadına necə həzz verməyi bilir".

Onun lovğalanmasına baxmayaraq, yaxın kənddə gördüyüm bir neçə qız başlarına gələnlərdən ikrah hissi keçirdiklərini deyiblər.

"Mənim başqa yolum yox idi. Mən bunu valideynlərimin xətrinə etməliydim, - deyir Mariya adlı qız, - Mən bundan imtina etsəydim, ailəm xəstəliklərə, hətta ölümə mübtəla olardı. Ona görə də çox qorxurdum".
Onlar deyirlər ki, bütün rəfiqələri kaftarla seks ediblər.
Aniva 40 yaşlarındadır (özü bu barədə yayğın məlumata malikdir) və hazırda iki arvadı var.

Onlar ərlərinin məşğuliyyətindən xəbərdardırlar. O deyir ki, indiyədək 104 qadın və qızla cinsi əlaqədə olub, hərçənd 2012-ci ildə yerli qəzetə müsahibəsində də eyni rəqəmi verib. Məncə o hesabı çoxdan itirib.
Anivanın öz bildiyinə görə beş övladı var. Nə qədər qız və qadını hamilə etməsindən məlumatsızdır.

O deyir ki, bu icmada 10 kaftardan biridir və Nsanjedə hər kəndin öz kaftarı var. Onlara hər bir "təmizləmə" üçün 4-7 dollar pul ödəyirlər.

"Arvadlıq düşərgəsi"

Buradan bir saatlıq maşın yolu məsafəsində məni 50 yaşlarında olan və kəndlərindəki adətlərin icrasına nəzarət edən üç qadınla - Fagisi, Krissi və Felia ilə tanış edirlər. Onların işi yetkinlik yaşına çatmış qızları hər il buradakı düşərgələrə aparmaqdır. Burada onlar qızlara arvadlığı və kişiləri seksual baxımdan məmnun etməyi öyrədirlər.
Kaftarla "seksual təmizlənmə" bu prosesin yekun mərhələsidir və valideynlərin razılığı ilə könüllü icra olunur. Fagisi, Krissi və Felia izah edirlər ki, bu proses valideynlərin və icmanın infeksiyalardan müdafiəsi üçün lazımdır.

Mən onlara başa salmaq istəyirəm ki, bu "təmziləmənin" özü xəstəliklərin yayılmasına səbəb ola bilər. Adətə görə kaftarla seks zamanı prezervativlərdən istifadə olunmamalıdır. Lakin onlar deyirlər ki, kaftarı mənəvi dəyərlərinə görə seçirlər və buna görə də burada heç bir İİV/QİÇS yoluxmasından söhbət gedə bilməz.

ŞOK! Azyaşlı qızların bakirəliyini pozan kişi həbs olundu - VİDEO+FOTOLARLakin aydındır ki, kaftar praktikası İİV virusunun yayılması baxımından böyük risk təşkil edir. BMT-nin təxminlərinə görə hər 10 malavilidən biri virusun daşıyıcısıdır. Mən Anivadan daşıyıcı olub-olmadığını soruşram. O müsbət cavabı ilə məni şoka salır, amma deyir ki, onu kirayələyən valideynlərin bundan xəbərləri yoxdur.
Söhbətimiz davam etdikcə Aniva başa düşür ki, mən eşitdiklərimdən o qədər də məmnun deyiləm. Odur ki, lovğalığını dayandırır və deyir ki, indi əvvəllər olduğundan daha az "təmizləmə" işi aparır. "Mən orda-burda hələ də bu ayini icra edirəm, - deyir, - Amma dayandırıram".

Bu ayinlərdə iştirak edənlərin hamısı bilir ki, ətraf dünyada onların bu praktikası təkcə kilsələr yox, QHT-lər və hökumət tərəfindən də pislənir. Hökumət "zərərli adət-ənənələrə" son qoyulması üçün kampaniya aparır.

"Biz bu adamları lənətləmirik, - deyir Gender və Rifah Nazirlyinin katibi doktor May Şaba, - Lakin biz onlara bu ayinlərin dəyişdirilməsi üçün məlumat veririk".

Mənə deyirlər ki, bir az təhsil görmüş valideynlər, bəlkə də artıq kaftarların xidmətindən istifadə etmirlər. Lakin söhbət etdiyim yaşlı qadınlar geriyə çəkilmək barədə düşünmürlər.

"Bizim mədəniyyətimizə nə olub ki? - deyir Krissi, - Əgər bugünkü cəmiyyətə diqqət etsəniz görərsiniz ki, qızlar məsuliyyətsiz olublar. Odur ki, biz qızlarımıza təlim keçməliyik. Onlara kənddə özlərini necə aparmalı olduqlarını öyrətməliyik ki, yollarını azmasınlar. Yaxşı arvad olub ərlərini məmnun etsinlər. Ailələrinin başına bəla gəlməsin".
ŞOK! Azyaşlı qızların bakirəliyini pozan kişi həbs olundu - VİDEO+FOTOLARFransada doğulmuş katolik keşiş Clause Boucher ata 50 ildir ki, Malavidə yaşayır. Görkəmli antropoloq olan müqəddəs ata deyir ki, bu ayinlərin kökü qədim əsrlərə gedib çıxır. Qədim inanclara görə uşaqlar cinsi yetkinlik yaşına çatdıqda seksual ayindən keçməlidirlər. Əvvəllər qızlar 15-16 yaşına çatanda bu ayinləri onların gələcək əri olmaq üçün seçilənlər icra edərdilər. Bu gün isə bu işi muzdlu seks ustası - kaftar görür və heç kim də bundan utanmır.

Boucher ata deyir ki, uşaqların seksuallaşdırılmasına yönələn ayinlərə qarşı mübarizə ucqar cənub bölgələrində ciddi müqavimətlə qarşılanır. Bütün bunlar xristianlığın artıq bir əsrdir ki, bu yerlərdə bərqərar olmasına, AİDS epidemiyasının 30 ildir, tüğyan etməsinə rəqmən baş verir. Lakin ölkənin əksər hissələrində, xüsusilə də Blantir və Lilonqve şəhərlərində "seksual təmizləməyə" nadir hallarda müraciət olunur.

Malavinin mərkəzi Dedza rayonunda kaftarlardan yalnız dullar və sonsuz qadınlar üçün istifadə edilir, lakin ali tayfa başçısı Tereza Kaçindamato Malavidə bu ənənəyə qarşı mübarizəni şəxsi amalı seçmiş nadir qadınlardan biridir.

O başqa regional başçıları da bu cür səylərdə bulunmağa çağırır. Manqoçi kimi bəzi şərq regionlarında seks mərasimlərini qızların "yağlanması" adlanan daha münasib ayinlərlə əvəz etməyə başlayıblar.

Lakin Nsanjedə adətləri dəyişmək fikrində görünmürlər. Dünyanın ən yoxsul ölkələrindən biri olan Malavidə kənd yerlərində baş verən aclıq barədə xəbərlər tez-tez yayılır və "kaftarlar" o qədər də vacib problem sayılmır.

Ucqar kəndlərdən birində mən Anivanın iki arvadından biri - Fanni və onun sonbeşik qızı ilə tanış oluram. Fanni hələ dul qalmazdan əvvəl Aniva tərəfindən "seks təmizləməsi" ayinindən keçirilib. Bundan az sonra onlar evləniblər.

Onların münasibətləri gərgin görünür. Əri ilə üzbəüz oturan qadın utana-utana etiraf edir ki, onun məşğuliyyətindən narazıdır, amma bu iş gəlir gətirir. Mən ondan soruşuram ki, indi 2 yaşında olan qızının 10 il sonra bu ayindən keçəcəyi barədə nə düşünür?
ŞOK! Azyaşlı qızların bakirəliyini pozan kişi həbs olundu - VİDEO+FOTOLAR"Mən bunun baş verməsini istəmirəm, - deyir qadın, - Mən istəyirəm ki, bu ənənəyə son qoyulsun. Bizi kaftarlarla yatmağa məcbur edirlər. Bu bizim istəyimizlə olmur və düşünürəm ki, bu, qadınlar üçün olduqca kədərli haldır".

"Siz bu ayindən keçəndə də bundan xoşlanmadınız?" - soruşuram.
"Mən bu hadisəyə indiyədək nifrət edirəm" - deyə cavab verir.
Mən Anivadan da öz qızının belə bir ayindən keçməsinə necə baxdığını soruşanda, o məni bir daha təəccübləndirir.
"Mənim qızım yox. Mən buna yol verə bilmərəm. Mən indi bu bədnam adətə son qoyulması uğrunda mübarizə aparıram".

"Deməli, həm mübarizə aparırsan, həm də bu işlə məşğulsan?"
"Yox. Deyirəm də, mən bu işi dayandırıram".
"Doğrudan?"
"Əmin ola bilərsiniz. Mən bu işi dayandırıram"./milli.az/


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3440   Tarix: 27 iyul 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254