Azərbaycanlı oliqarxların 300 milyon dollarlıq obyekti əllərindən alınır
Moskvanın cənubunda inşa edilmiş və Rusiya paytaxtının beş ən yaxşı ticarət-əyləncə kompleksindən biri olan "Columbus" Azərbaycan əsilli yəhudi milyarderlər Roman və Solomon Manaşirovların əllərindən alınır.
Obyekt "Qazprombank"ın mülkiyyətinə keçə bilər. Buna səbəb Manaşirov qardaşlarının "Qazprombank"dan götürdükləri və obyektin tikintisinə sərf etdikləri krediti qaytarmaqda çətinlik çəkməsidir. Qardaşlardan Roman hazırda həbsdədir, Solomon isə İsrailə qaçıb. Onların adları "Forbes"in daşınmaz əmlak kralları siyahısındadır.
Rusiya mənbələri xəbər verir ki, hazırda obyektin icarəçilərinin işləri yaxşı getmir. Böhrana görə bütün daşınmaz əmlak sahiblərinin gəlirləri azalıb. Manaşirov qardaşları isə üstəlik cinayət təqibi ilə üzləşdiklərindən işləri daha qəlizdir.
Moskvanın Kirovqrad küçəsində yerləşən, sahəsi 277 min kvadratmetr olan "Columbus" ticarət-əylənə kompleksinin tikintisi üçün "Qazprombank"dan 300 milyon dollar kredit götürülüb. Əvəzində obyekt girov qoyulub. Kreditin götürülməsi Dövlət Dumasının deputatı İldar Samiyevin dəstəyi sayəsində mümkün olub. Məlumatlara görə, bunun əvəzində deputat obyektə şərikdir. Bildirilir ki, kreditin qaytarılmasında fasilələr yaranır və bank məhkəməyə müraciət edərək obyektin mülkiyyət hüququnu almağa hazırlaşır.
Roman Manaşirov Rusiya İstintaq Komitəsinin müstəntiqlərinə iri məbləğdə rüşvət verdiyi üçün həbs olunub. O, rüşvəti Azərbaycandan olan digər yəhudi milyoner Januko Rafailovun həbsdən buraxılması üçün vermişdi. Rafailov isə Moskvada yüzlərlə vyetnamlını qul kimi istismar etdiyi üçün həbs olunub. O, Telman İsmayılovun keçmiş ortağıdır. Eləcə də Manaşirov qardaşları 90-cı illərin ortalarında T.İsmayılovla ortaq olublar. Qardaşlardan digəri Solomon isə iri məbləğdə vergidən yayınmaqda ittiham olunur. Lakin bu günlərdə onların işi üzrə yeni nüanslar ortaya çıxıb. Məlum olub ki, Manaşirov qardaşları "Şakro Molodoy" ləqəbli avtoritet, kriminal aləmin "kralı" Zaxari Kalaşovla əlbirdir.
"Şakro" Manaşirovların "krışası" olub və onların qruplaşmasının güc qanadını təşkil edib. Manaşirovlar əvvəlcə hüquq-mühafizə orqanlarındakı güclü əlaqələri hesabına biznesmenlərə problemlər yaradıb, sonra bu problemləri "həll edib", yəni iş adamlarından rüşvət alaraq hüquq-mühafizə orqanlarındakı adamlarına çatdırıb. Qurban müqavimət göstərəndə işə "Şakro" qarışıb. "Şakro"nun həbsindən sonra Rusiya İstintaq Komitəsinin 3 yüksək rütbəli əməkdaşı da həbs olunub. Bu yeni dəlillərin ortaya çıxmasından sonra Manaşirov qardaşlarına qarşı daha ağır maddə-mütəşəkkil cinayətkar qruplaşma formalaşdırmaq ittihamı irəli sürüləcək. (virtualaz.org)
BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər Baxılıb: 1883 Tarix: 26 iyul 2016
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşNazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18.09.2021 1643 "Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya
Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi
18.09.2021 11870 Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18.09.2021 2568 Tanınmış mədəniyyət xadimləri Şuşada
Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund
18.09.2021 814 "Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi
Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"
18.09.2021 3137 "Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ
Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində
17.09.2021 2788 Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"
"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək
18.09.2021 1281 Şimşək çaxıb, leysan yağıb
Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala
17.09.2021 1179 Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR
Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:
18.09.2021 888