Arvadları onları döyür- Azərbaycanda kişilər KOMİTƏYƏ ŞİKAYƏT EDİB

Arvadları onları döyür- Azərbaycanda kişilər KOMİTƏYƏ ŞİKAYƏT EDİBAzərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı qadınlarla yanaşı, kişilər də müraciət edir.

BiG.AZ xəbər verir ki, qurumun İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov "Report"un sorğusuna cavab olaraq bildirib ki, komitəyə və komitənin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək mərkəzlərinə 2015-ci ildə məişət zorakılığı və ailə münaqişəsi ilə bağlı 183 müraciət daxil olub:

"2014-cü ildə isə komitəyə bu səbəbdən 126 nəfər müraciət edib. Müraciətlərin 98 faizini qadınlar edir. Şikayətlərin çox az faizi, yəni 2 faizə qədəri kişilərdən daxil olub. Kişilərin müraciəti əsasən xəyanət kimi səbələrə görə olur. Uşaq və Ailələrə Dəstək mərkəzlərinə kişilər tərəfindən döyülmə faktı ilə bağlı da müraciətlər daxil olub. Kişilər tərəfindən müraciətlər çox az daxil olduğu üçün belə faktların statistikası hesablanmır".

Onun sözlərinə görə, son illər ərzində həm Komitəyə, həm də Komitənin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinə məişət zorakılığı və ailə münaqişəsi ilə bağlı daxil olan müraciətlərlə bağlı aidiyyəti qurumlarla əməkdaşlıq şəraitində müvafiq tədbirlər həyata keçirilib: "Mərkəzlərimizin əməkdaşları mütəmadi olaraq ailələrlə, məişət zorakılığı qurbanları ilə psixoloji iş aparıb, fərdi qovluqları açıb, ailələr haqqında məlumat toplayaraq nəzarətə götürüb, aidiyyəti qurumlarla əməkdaşlıq şəraitində müvafiq tədbirlər həyata keçirib. Məişət zorakılığı hallarının azaldılması məqsədilə mütəmadi olaraq müxtəlif mövzularda "Zorakılığa yox deyək", "Erkən yaşda evlilik cinayətdir", "Sağlam həyat naminə erkən nikaha yox deyək", "İnsan alverinin qurbanına çevrilməyək" və s. maarifləndirici tədbirlər, dəyirmi masalar, aksiyalar təşkil olunub və çap materialları paylanıb".
Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində 11 Uşaq və Ailələrə Dəstək Mərkəzi fəaliyyət göstərir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3994   Tarix: 25 iyul 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İrəvan aksiyalarında Koçaryan izi - ŞƏRH

Ermənistanın ikinci prezidenti Robert Koçaryanla baş nazir Nikol Paşinyanın "ulduzları", deyəsən, heç vaxt barışmayacaq. 2018-ci ildə Sorosun dəstəyi ilə hakimiyyətə yiyələnən Nikol hər vəchlə 2008-ci ilin mart hadisələrinin acığını çıxmaq üçün və siyasi opponentini zərərsizləşdirmək üçün müxtəli

10:40 0
.

Ukrayna kəşfiyyatı Rusiyanın RLS-ni vurub

Ukrayna Baş Kəşfiyyat İdarəsi və hərbçilər Rusiyanın "Podlyot" radiolokasiya stansiyasını (RLS) aşkarlayaraq vurublar. "Report" xəbər verir ki, məlumatı "Nexta" yayıb. Bildirilib ki, belə RLS-in qiyməti beş milyon dollardır

27.04.2024 221
.

Orenburqda daşqınlardan zərərçəkmiş yüzlərlə ev söküləcək

Rusiyanın daşqınlara məruz qalan Orenburq vilayətində 1,7 mindən çox ev söküləcək. Bu barədə yerli hökumət nümayəndələri xəbər veriblər. Bildirilib ki, Mənzil Qiymətləndirmə Komissiyası rayon üzrə ümumilikdə 5007 evə baxış keçirib. "Bunlardan 3201-i əsaslı təmir olunacaq, 1745-i təhlükəli hesa

27.04.2024 203
.

Türkmənistan Türkmənbaşı limanı vasitəsilə Orta Dəhliz üzrə tranzitin stimullaşdırılmasını təklif edir

Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) inkişafı və Türkmənbaşı limanı vasitəsilə tranzitin stimullaşdırılması Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatlarının böyüməsində və dünya bazarında mövqelərinin möhkəmlənməsinə töhfə verəcək. "Report" xəbər verir ki, bunu Budapeştdə Tür

27.04.2024 155
.

Bakıda ev yanıb

Bakı şəhərinin Xəzər rayonunda ev yanıb. BİG.AZ Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, ümumi sahəsi 60 kvadratmetr olan birmərtəbəli iki otaqlı evin bir otağının yanar konstruksiyaları 40 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafiz

27.04.2024 195
.

Xankəndidə silah və sursatlar aşkarlanıb

Ötən gün Xankəndi şəhəri ərazisindən 7 ədəd müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 1 tapança, 10 qumbara, 3 trotil, 70 patron darağı, 2210 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib

27.04.2024 158
.

Yol pulunu verməmək üçün sürücünü döyüb öldürdülər

Rusiyanın Volqoqrad vilayətində sərnişinlər taksi sürücüsünə pul verməkdən imtina edərək onu döyərək öldürüblər. yerli mediaya istinadla xəbər verir ki, İstintaq Komitəsinin Volqoqrad vilayəti üzrə Baş İdarəsinin məlumatına görə, hadisə şənbə günü gecə baş verib. Sərnişinlər Zina Mareseva küçəsində 1

27.04.2024 275
.

Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: "Son arzusunu yerinə yetirmədilər" - VİDEO

Əməkdar artist Cavanşir Məmmədov 2 ay öncə iştirak etdiyi verilişlərin birində vəsiyyətini açıqlamışdı. Mərhum sənətçinin vəsiyyəti insanlar arasında marağa səbəb olmuşdu. Bəs görəsən, onun bu vəsiyyətinə niyə əməl olunmadı?. -a istinadən xəbər verir ki, bu sualla Filologiya üzrə fəlsəfə doktoru Aqi

27.04.2024 947
.

Qəzza zolağında dağıntıların təmizlənməsi neçə il çəkəcək?

"Qəzza zolağının minalardan təmizlənməsi və dağıntıların təmizlənməsi 14 il çəkəcək". Bunu BMT-nin minalarla mübarizə üzrə yüksəkvəzifəli rəsmisi Per Lodhammar bildirib. Onun sözlərinə görə, müharibə nəticəsində anklavın ərazisində 37 milyon tona yaxın dağıntı yaranıb. Eyni zamanda, partlamamı

11:10 0