
“Survivor” yarışmasından tanınan Atakan Arslan və Ezgi Avcı ötən gün paparatsilərin hədəfinə tuş gəlib.
BiG.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, hər dəfə sevgili olduqlarını inkar edən cütlük qucaqlaşarkən kameralara çəkilib.
Onları çəkdiyini görən Ezgi sosial şəbəkə hesabından status yazaraq yalnız dost olduqlarını bildirib. Atakan da öz növbəsində “Lazım olan açıqlamanı Ezgi verib” deyərək mövzudan kənarlaşıb.

