Kondisionerin zərərləri...mütləq oxuyun

Kondisionerin zərərləri...mütləq oxuyunYayın qızmar istisində sərinlənmək üçün kondisionerlər əvəzedilməz vasitədir. Yay aylarında kondisionersiz yerdə oturmaq, işləmək çox çətin olur. Amma isti havada sərinləməyimizə səbəb olan kondisionerlərin zərərli tərəfləri də var. Hər kəsdə olmasa da, bir çox insanlarda kondisionerin zərərlərindən dolayı problemlər yarana bilir.
Mütəxəssislər bildirirlər ki, kondisionerlərin zərərindən qorunmaq üçün diqqətli olmaq lazımdır. Bəs biz kondisionerdən istifadə edərək sağlamlığımızı necə qoruya bilərik? Bunun üçün nələrə diqqət etməliyik? Bəs kondisionerdən daha çox zərər görən uşaqları necə qoruyaq? Ümumiyyətlə, uşaqların kondisionerli otaqda olmaları nə dərəcədə düzgündür?

Mövzu ilə bağlı qəzetimizə açıqlama verən həkim-terapevt Məlahət Abbasova bildirdi ki, kondisionerin sərinliyi bizim rahatlığımızı təmin edir. Ona görə də yay aylarında kondisionersiz çalışmaq çətin olar. Amma zərərli tərəfləri də ola bilər ki, bundan qorunmaq lazımdır. Həkim deyir ki, kondisioner havasına, ümumiyyətlə, soyuğa qarşı allergiyası olan insanlar var. Ona görə də kondisionerdən istifadə metodunu düzgün seçmək lazımdır ki, orqanizmə hər hansı zərər dəyməsin: "Sərinləmək üçün kondisioner işləyən otaqda oturmaq şərt deyil. Soyuğa, kondisionerə allergik reaksiya göstərən insanlar ola bilər. Yaxşı olar ki, kondisioner işə salınsın, otaq soyusun, sonra kondisioneri söndürüb otağa daxil olsunlar. Yaxud xroniki xəstəlikləri olan insanlar davamlı olaraq kondisioner altında olsalar, xəstəlikləri daha da kəskinləşəcək. Ona görə də kondisoner söndürüldükdən sonra otağa daxil olmaq daha məsləhətlidir".

Ev və ofislə yanaşı, avtomobillərdə də kondisionerlər var. Avtomobillərdə isə kondisioner soyuğu daha yaxın məsafədən bədənə vurduğu üçün bunun zərərini daha tez hiss edirik. M.Abbasova deyir ki, kondisionerin davamlı işlədiyi avtomobildə yol getmək bir çox problemlərə yola aça bilir: "Avtomobildə kondisioner soyuğu bir istiqamətdə vurduğuna görə çox vaxt böyrək yaxşı qorunmadığı üçün adətən böyrək kəskinləşməsi olur. Ayaq hissədən soyuq vurarsa, ayaq sinirlərinin kəskinləşməsi olur. Bəzi adamlarda isə baş ağrıları olur. Çünki sinirlər kəskin isti və soyuğa düşəndə uyğunlaşa bilmirlər. Öyrəşə bilmədikləri üçün də belə hallar olur".
Elə iş yerləri var ki, orada çalışanlar fasiləsiz olaraq kondisioner olan otaqda olmağa məcburdurlar. Həkimin sözlərinə görə, belə mühitdə işçilərin kondisionerdən zərər görməməsi üçün kondisionerlərin istiqamətini tavana doğru çevirmək lazımdır ki, işçilərin üzərinə birbaşa soyuq vurmasın: "Amma bunu da etmirlərsə, işçilər isti geyimlərdən istifadə etsinlər".

İnsanların bir qisminin kondisionerə tam dözümlü olmasına gəlincə, M.Abbasova bildirdi ki, orqanizmlər fərqli olduğu üçün hər kəsdə reaksiya eyni olmur. Amma kondisionerin soyuğuna dözümlü reaksiya göstərənlərin sağlamlığında hər hansı problem olarsa, soyuq onlara da əks təsir göstərə bilər. Ona görə də hər kəs diqqətli olmağa çalışmalıdır: "İnsanların orqanizmləri, sinir sistemləri müxtəlifdir. Elə adam var ki, kondisionerə qarşı orqanizmi dözümlüdür, onun hər hansı problemi olmur. Amma soyuq problem yaratmasa da, bu cür insanlarda hansısa xroniki xəstəlik olanda kondisonerli otaqda çalışmaq xəstəliyi kəskinləşdirə bilər".
M.Abbasova qeyd etdi ki, kondisionerin dərəcəsinin də önəmi var: "Tam soyutma dərəcəsində qoymaq olmaz. Otağın havasının sərin olacağı bir temperatura qoymaq olar".

Pediatr Vaqif Qarayev isə bildirdi ki, isti aylarda uşaq üçün komfort temperatur şəraiti yaradılmalıdır. Yəni uşaq olan ortamda temperatur 22-24 dərəcə olmalıdır. Bu mənada kondisioner faydalıdır. Kondisioner həm havanı sərinləşdirir, həm də xüsusi filtrlərin hesabına antivirus və antiallergen təsiri göstərir. Pediatr deyir ki, sərinləmək tərəflərini düşünməklə yanaşı, bəzi qaydalara da əməl etmək lazımdır: "Havanın temperaturunu birdən-birə yox, tədricən sərinlətmək lazımdır. Yoxsa xüsusilə kiçik yaşlı uşaqlar temperatur dəyişikliyinə dözməyəcək. Ən vacib məsələ odur ki, soyuq hava kütləsi birbaşa uşağın bədəninə və çarpayısına yönləndirilməsin. Bunu mütləq tənzimləmək lazımdır. Bəzən kondisioner havada quruluq yaradır, rütubəti azaldır. Bu məsələ də tənzimlənməlidir.

Vaxtaşırı otağın optimal rütubətliliyi təmin olunmalıdır. Bunun üçün xüsusi qurğudan istifadə etmək olar. Filtrlər havadakı mikroorqanizmləri tutub özündə saxladığından vaxtaşırı onlar mütləq təmizlənməlidir. Südəmər yaşlı uşaq olan otağa mümkün qədər kondisioner qoyulmamalıdır. Kondisioner başqa otağa qoyulmalı, amma temperatur rejimi və hava kütləsi elə tənzimlənməlidir ki, uşaq yatan otaqda da optimal temperatur əldə olunsun. Əgər maşında və ictimai yerlərdə qeyd etdiyim qaydalara əməl etmək mümkün deyilsə, uşağı uzun müddət birbaşa soyuq hava kütləsi altında saxlamaq düzgün deyil".
V.Qarayev onu da bildirdi ki, bu qaydalara əməl edilmədiyi zaman uşaqların sağlamlığında problemlər yarana bilər: "Uşaq qətiyyən üstüaçıq yatmamalıdır. Müraciət edənlər ən çox yuxarı sinif şagirdləri olur. Bunlar da bir qayda olaraq yatanda üstüaçıq yatanlardır"./Kaspi


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3953   Tarix: 23 iyul 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459